(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Piyada qələbəsi

Piyada qələbəsi

“Sumqayıt” üzərindəki 6:0 hesablı qələbə “Qarabağ”ı aldatmışdı. Elə bu səbəbdən Qəbələ səfəri az qala itkiylə bitəcəkdi. Ağdamlılar çempionatın “dişli” komandalarından biriylə görüşdə elə futbol oynadı ki, çempionluğa oynadığı şübhə doğurdu.
 
Matçdan sonra baş məşqçi Qurban Qurbanov da “Qələbə”nin məğlubiyyətə layiq olmadığını dedi. O, oyunda tempin olmamasına məntiqli izah tapmışdı: hava isti imiş. Düz deyir, “Qarabağ” günorta saat 2-də futbol oynamağa öyrəşməyib, lakin çempion üçün belə əngəllər bəhanə olmamalıdı.
 
Komanda faktiki meydanda gəzişirdi, sürət, temp yox idi. Sanki “Neftçi” ilə çempionluq mübarizəsi aparan komandanı yox, mövsümü yola verən ortababı izləyirdik. İstək, əzmkarlıq görünmürdü, futbolçular top saxlayıb, rəqibin səhvlərinə ümid edirdi.
 
“Qəbələ” də fövqəladə bir iş görmürdü. Erkən buraxılan qolun əvəzi elə ilk yarıdaca çıxıldı, qalan müddətdə komanda sadəcə, mövqeyində dayanıb monoton hücumları dəf edirdi. Ağdamlılar cərimə meydançası ətrafında gəzişir, real şans qazana bilmirdi.
 
Qurban Qurbanov yalnız 79-cu dəqiqədə oyuna müdaxilə və Araz Abdullayev komandanı xal itkisindən xilas etdi. Ruh kimi meydanda gəzişən, yarımmüdafiəçilər üçün boş zona açmayan, hərəkətsiz Mahir Mədətov cinaha çəkildi, Araz isə bircə hərəkəti ilə yatmış müdafiəni dağıdıb səhvə məcbur etdi. Abdulla Zubirin ötürməsindən sonra isə özünə koridor açan Araz topa ilk toxunuşundaca toru silkələdi. Beləcə Mədətovun 79 dəqiqəyə bacarmadığını Avdullayev 4 dəqiqəyə etdi.
 
“Qarabağ” piyada gəzə-gəzə qələbə qazandı. Bu, bir az da bəxt məsələsi idi, lakin çempionluğa oynayan komandanın heç də həmişə bəxti gətirməyəcək. Ağdam klubunun oyunçuları daha əzmkar, daha istəkli olmalıdı və hava şəraiti bəhanə olmamalıdı. Mahir isə özü düşünsün, gələn mövsüm yaş limitinə görə güzəşt görməyəcək və heyətə düşmək ona çox çətin olacaq. Araz hücumçu olmasa da, ön xətdə necə oynamaq lazım olduğunu bircə hərəkəti ilə göstərdi. Nümunə olsun...
 
AĞA

 
tarix: 07-04-2019 17:07


 
Xəbər lenti
23.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az