(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ağabala Ramazanov: “Rəqibin işini özümüz asanlaşdırdıq”

Ağabala Ramazanov: “Rəqibin işini özümüz asanlaşdırdıq”

“Səbail”in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistləsin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu öncə oyunla bağlı danışıb:

- Yaxşı hazırlaşmışdıq. Oyunun əhəmiyyətini hamımız dərk edirdik. Qalib gəlsəydik, mövqeyimizi möhkəmləndirəcəkdik. Ancaq alınmadı. Futboldu, keçən tur səfərdə “Zirə”yə qalib gəlmişdik, bu gün öndə olduğumuz matçda məğlub olduq. “Qəbələ”nin məğlubiyyətindən xəbərimiz var idi, qalib gəlsəydik, 3-cü yerdə daha da möhkəmlənəcəkdik. Alınmadı. Artıq diqqətimizi qarşıdakı oyunlara ayıracağıq. “Sabah”ı təbrik edirəm, layiqli qələbə qazandılar.

- Erkən qol arxayınlıq yaratmadı ki?
- Deməzdim ki, arxayınlaşdıq. Sadəcə, öz səhvlərimizdən uduzduq. Bundan nəticə çıxaracağıq.

- “Sabah” sizə qarşı həmişə çətinlik çəkirdi və indiyə qədər bu rəqibdən qol belə buraxmamışdız. Bu gün nə baş verdi?
- Mən öz adımıza danışa bilərəm. Bu gün çox zəif oynadıq. Rəqibin qələbəsinə heç bir şübhəmiz yoxdu. Layiq olduqları qalibiyyəti əldə etdilər. Sadəcə, özümüz də onların işini asanlaşdırdıq. Erkən qol vurmuşduq, rahat qələbə əldə edə bilərdik, ancaq əksinə oldu.

- Baş məşqçiniz Aftandil Hacıyev dedi ki, bizi vaxtından əvvəl avrokuboka göndərənlər var və bununla sanki onu bildirmək istədi ki, belə fikirlər komandada arxayınlıq yaradır. Sən necə düşünürsən?
- Komanda yığılanda heç kim indi 3-cü yerdə olacağımızı düşünmürdü. Hamı orta sıralarda yer alacağımızı gözləyirdi. Fikirləşirdilər ki, 6, ya da 7-ci yerdə olacağıq. İndi 3-cü yerdəyik, avrokuboka getmək imkanımız var və çalışırıq bu şansdan istifadə edək. Baş məşqçimiz daha yaxşı bilir. Ola bilər ki, nələrdəsə özümüzü “yandırırıq”.


 
tarix: 08-04-2019 09:28


 
Xəbər lenti
21.10.2019

10:15   “Barselona”nın futbolçusu sıradan çıxdı

10:08   “Neftçi” və “Sumqayıt”ın turu

10:00   Əsgərovsiz “Liepaya” evdə uduzdu

09:45   Dario Federiko: “Qara zolaq”dan çıxdıq”

09:28   Orxan Sadıqlı: “Onların problemi “Xəzər Lənkəran”ladı”

09:15   Cavid Hüseynov: “Deməzdim ki, bu, ən pis oyunumuz idi”

09:00   Obradoviçə xüsusi tapşırıq: Rəfiyev yenə istedadların taleyi ilə oynayır

01:28   Aftandil Hacıyev: “Xal itkisi limitini doldurmuşuq”

01:11   Marsel “Olimpik”indən inamlı, “Monako”dan çətin qələbə

00:58   “Qarabağ”ın rəqibinə 1 qol bəs etdi

00:47   “İnter” qalib gəldi, “Milan” yenə xal itirdi

20.10.2019

23:44  Təbriz klubu evdə məğlub oldu

23:23  Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

23:00  “Beşiktaş”ın yeni prezidenti bəlli oldu

22:47  Şeydayev ehtiyatda qaldı, “Dinamo”...

22:35  “Fənərbaxça” səfərdən 3 xalla döndü

22:17  Ayxan Abbasov: “Bizə ancaq qələbə lazım idi”

22:07  “Səbail”in ardıcıl üçüncü məğlubiyyəti - VİDEO

21:58  Meydan sahiblərinin günü

21:50  Lənkəranda kütləvi dava: azarkeşlər “Kəpəz”in futbolçusunu döydü

21:43  “Liverpul”u dayandıran tapıldı

21:24  “Zirə” “Neftçi”yə, “Səbail” “Sumqayıt”a uduzdu

20:53  “Çempionluq uğrunda sonadək mübarizə aparacağıq”

20:38  “Qarabağ”ın rəqibi səfərdə uduzdu

19:50  Zaur Həşimovlu “Zirə”nin siftəsi: 0:3 - VİDEO

19:27  Roberto Bordin: “Öz evimizin içinə baxmalıyıq”

19:15  “Bu hesab mənim işimə mənfi təsir göstərməyəcək”

18:25  İsrafilov üçün 90 dəqiqə və 3 xal

17:55  Millimiz Norveçə də böyük hesabla məğlub oldu

17:22  Emil Balayevli “Tobol” evdə uduzdu - VİDEO

17:06  “Sumqayıt”la oyuna 4 itki ilə

16:42  Nəbiyevli “Slaviya”dan səfərdə inamlı qələbə

16:20  Serhatın komandasından çətin qələbə

15:50  “Napoli”dən inamlı qələbə - VİDEO

15:33  Hərəyə 3 qol, 1 xal - VİDEO

15:15  Əliyevli “Ximki” səfərdən xalsız döndü

15:04  “Yuventus”dan çətin qələbə - VİDEO

14:55  “Çelsi”yə 1 qol bəs etdi - VİDEO

14:33  Ayaz oynamadı, “Spartak” yenə xal itirdi

14:15  “Mançester Siti”dən inamlı qələbə - VİDEO

13:54  Xəlilzadə üçün təmkinli qərar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az