(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Onlarda Essyen varsa, bizdə də Deviç var”

“Onlarda Essyen varsa, bizdə də Deviç var”

“Sabah”ın yarımmüdafiəçisi Rəşad Eyyubov Azərbaycan Premyer Liqanın 23-cü tur çərçivəsində “Səbail”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, futbolçu əvvəlcə qarılaşma ilə bağlı fikirlərini açıqlayıb:

- Çoxdandı həm udmurduq, həm də qol vurmurduq. Bu gün 3 qol vurmağımıza şad olduq. Ən əsası isə hesabda geri düşdükdən sonra toparlana bildik, ruhdan düşmədik və öz oyunumuzu göstərdik. Bu da sonda qələbə ilə nəticələndi.

- Öz oyununu necə dəyərləndirirsən?
- Öz çıxışımdan çox da razı qalmadım. Xeyli səhvlərim oldu. Daha da yaxşı oynaya bilərdim. Amma arada elə olur ki, pis oynasam da, komandaya xeyirim dəyir. Bilirsiniz ki, bu gün məhsuldar ötürmə etdim və komandama penalti qazandırdım. Ona görə razıyam, hər dəfə pis oynayım, amma “Sabah” qələbə qazansın.

- Bildiyimizə görə, rəhbərlik bu oyunda qələbəyə görə mükafat vəd edib. Bununla bağlı nə deyə bilərsən?
- Bu, normal haldı. Hər komanda qələbədən sonra mükafat alır. Rəhbərlik sağ olsun, bu qələbədən sonra bizi mükafatla sevindirdi. Buna görə onlara “sağ ol” deyirik.

- Bu gün meydanda çox motivasiyalı görünürdünüz. Oyundan sonra komandanızda böyük sevinc hiss olunurdu. Bu, məhz “Səbail”lə oyuna görə idi, yoxsa artıq komandanın özünə gəldiyini düşünmək olar?
- Bundan əvvəlki oyunlarda ardıcıl heç-heçələr oldu. Hiss olunurdu ki, artıq öz oyunumuzu tapırıq. Bizə bir qələbə lazım idi ki, daha yuxarı yerlərə qalxaq. Ona görə də bu qalibiyyət bizim üçün çox vacib idi. Məhz bu səbəbdən çox sevinirdik.

- Essyen kimi dünya ulduzunun meydana daxil olması komandanızda “panika”ya səbəb olmadı?
- Əlbəttə, hamı Essyeni tanıyır, dünya ulduzudu. Amma bizdə də Marko Deviç var. O da ulduzdu. Odu ki, hər hansı “panika” olmadı. Amma hiss olunur ki, Esyen səviyyəli oyunçudu. Yaxşı məqamdı ki, bizim çempionata belə oyunçular gəlir.


 
tarix: 08-04-2019 09:39


 
Xəbər lenti
19.07.2019

02:07   “Səbail” Rumıniyada belə məğlub oldu - VİDEO

01:55   “Neftçi”dən Avroliqada 6 cavabsız qol - VİDEO

01:34   Avropa Liqası: 1-ci təsnifat mərhələsinə yekun vuruldu

01:00   “Neftçi”dən 3 rekord birdən

00:55   “Qəbələ”nin Avroliqadakı rəqibi dəqiqləşdi

00:14   Vüqar Əsgərov oynadı, komandası Avroliqada mərhələ adladı

00:01   Kamran Quliyev: “Daha 2 futbolçu ilə danışıq aparırıq”

18.07.2019

23:29  Bordin: “Onun qol vurmasını hədiyyə hesab edirəm”

23:15  “Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

23:04  “Neftçi”nin “Arsenal”la oyunlarının vaxtı bəllidi

22:56  “Belə emosiyaları yaşamaq istəməzdim”

22:47  “Neftçi” darmadağınla növbəti mərhələdə!

22:33  Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

21:52  “Səbail” mübarizəni erkən dayandırdı

19:57  “Zirə” ilə “Keşlə”dən qollu heç-heçə

19:24  “Dandalk”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

18:59  Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

18:05  Avropa Liqası: Balayevli “Tobol” mübarizəni dayandırdı

17:49  "Bəxtimiz gətirsəydi, "Qarabağ"a ən azı bir qol vura bilərdik"

17:11  Sabiq “Liverpul”luya mərc cəzası

16:48  Vinni Pert: “Qarabağ”ı izləmişəm”

16:24  “Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

16:05  Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

15:43  “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

15:24  Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01  PSJ-dən Bundesliqa klubuna

14:41  “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22  Paytaxt klubunda iki yeni futbolçu

14:00  “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30  “Nitsa”nın futbolçusu PSV-də

13:07  “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:25  “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00  “Qalatasaray” milli üzvü ilə güclənir

11:37  "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25  De Liqt rəsmən "Yuventus"da

11:12  Yenə 26-cı pillədə qaldıq

10:55  Super Liqa klubundan yeni transfer

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az