(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
UEFA araşdırsa, “Səbail” avrokuboklara buraxılmamalıdı

UEFA araşdırsa, “Səbail” avrokuboklara buraxılmamalıdı

Azərbaycanı avrokuboklarda təmsil edəcək 2 klub bəllidi. Mövsümün başa çatmasına müəyyən zaman qalsa da, “Neftçi” və “Qarabağ” artıq qitə yarışlarına vəsiqəni təmin edib. Bu komandalar ən azı Avropa Liqasında, yarışı qalib bitirən isə Çempionlar Liqasında oynayacaq.
 
Daha 2 vəsiqənin taleyi qarşıdakı turlarda və ölkə kuboku uğrunda mübarizədən sonra həll olunacaq. “Sabah”ın qitə yarışlarına getməyə icazəsi yoxdu, son pillədəki “Keşlə” isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Bu üzdən 8 komandalı çempionatımızda qalan 2 vəsiqəyə 4 iddiaçı var.
 
“Qəbələ”, “Zirə” və “Sumqayıt” ölkə kubokunun yarımfinalındadı. Çempionatda ilk “üçlük”dən kənar qalan bu komandalar vəsiqəni məhz burada əldə etmək istəyir. Lakin “Qarabağ” da titula iddialıdı və çempionun rəqiblərinə şans verəcəyi ağlabatan deyil. “Səbail”in yeganə ümidi isə çempionatadı və hazırda 3-cü pillədə olan paytaxt klubu bürünc medalı təmin edib, arzusuna çatmaq istəyir. Komanda 4-cü pilləyə ensə və kuboku “Qarabağ” qazanmasa, kənarda qala bilər.
 
İndi elə vəziyyət yaranıb ki, hətta 3-cü pillə də “dənizçilər”in avrokuboklara gedişinə şərait yaratmaya bilər. Klubun sponsorları araşdırılsa, Bayıl təmsilçisi problem yaşayacaq. “Səbail”ə Bakı Gəmiqayırma Zavodu maddi dəstək verir, bu zavod isə SOCAR-ın balansındadı. “Neftçi”nin də maliyyə dəstəkçisinin eyni qurum olduğunu nəzərə alsaq, klubun problemi yaranacaq. Beynəlxalq futbol təşkilatları eyni maliyyə dayağına malik klubların eyni yarışlarda oynamasına icazə vermir. Eyni problem “Sumqayıt”ı da gözləyir. “Kimyaçılar”ın maliyyə mənbəyinin də kökü SOCAR-a gedib çıxır.
 
Düzdü, bütün klublarda fərqli sponsorlar qeydiyyatdan keçib. Lakin araşdırılma aparılsa, UEFA maraqlı faktlar əldə edəcək. Adıçəkilən klublardan başqa, “Sabah”ın büdcəsinə 1,4 milyon manat AFFA-dan əlavə edilir, “Keşlə” isə ümumiyyətlə, bu qurumdan asılıdı. Və AFFA bu işdə vasitəçidi, vəsait SOCAR-dan gəlir, bunu assosiasiyanın illik büdcə hesabatlarında da görə bilərik: aydın şəkildə AFFA-nın klublara fəaliyyət göstərməsi üçün maliyyə dəstəyi verdiyi yazılıb.
 
UEFA ölkə klub futbolunda başverənlərdən xəbərdar deyil. Lisenziyalaşdırma məsələlərində də illərdi ali qurum aldadılır. Ötən yay “Keşlə” də “Neftçi” ilə yanaşı, Avropa Liqasında mübarizə aparırdı, UEFA isə bu anormallığa göz yumurdu. Lakin onda səbəb başqa idi. AFFA-nın da sponsoru olan SOCAR UEFA-nın da əsas sponsorlarından biridi, deyilənlərə görə, 250 milyon dollar (təqribən yarım milyard manat) ödəmə edilib. İndiyədək qitə futbol qurumu bu anlaşmaya görə bəzi çatımaşlıqlara göz yumurdu, AFFA nə deyirdisə, ona da inanırdı. Avro-2020-nin final mərhələsinin bəzi oyunlarına sahiblənməyimizə şərait yaradan həmin müqavilənin bitmək üzrə olduğunu nəzərə alsaq, artıq güzəşt olmayacaq.
 
Vaxtilə Roman Abramoviçə görə “Çelsi” və ÇSKA-nın yaşadığı problem indi də Azərbaycan klubları üçün aktualdı. AFFA-nın xətti ilə SOCAR-dan və ya onun törəmə şirkətlərinin birindən maliyyə dəstəyi alan klublar eyni yarışda iştirak edə bilməz. Bu səbəbdən ciddi araşdırma aparılsa, qitə yarışlarına problemsiz klublar buraxılacaq. Yəni, “Qəbələ” və “Zirə”dən hansısa kənarda qalsa, rahatca şikayət edib, öz haqqlarına qovuşa bilərlər – onların hər ikisi müstəqil klubdu, fərqli maliyyə dayaqları var.
 
“Səbail”i bəladan “Neftçi”nin çempion olması xilas edə bilər. Belədə bakılılar Çempionlar Liqasına yollanacaq və fərqli yarışda mübarizə aparacaqlar. Lakin komanda orada uduzub Avropa Liqasına düşsə, problem yenidən aktuallaşacaq.
 
Mövzunu davam etdirəcəyik.
 
AĞA

 
tarix: 08-04-2019 10:12


 
Xəbər lenti
23.05.2019

11:00   “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30   Rudi Qarsiya istefa verdi

10:00   Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30   Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00   Paşayev üçün 90 dəqiqə və 1 xal

22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az