(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Məcburi etimad: Axundov Əhmədovu sevdiyi üçün qorumur

Məcburi etimad: Axundov Əhmədovu sevdiyi üçün qorumur

Zaur Axundov Tərlan Əhmədovu çox istədiyinə görə qorumur. Özü hədəfə çevrilməmək üçün baş məşqçini hələ bir müddət də qalxan kimi istifadə edəcək.
 
“Keşlə”nin Müşahidə Şurasının sədri bəyan edib ki, Əhmədov postunda qalacaq. “Sumqayıt”a məğlub olub, son pilləyə düşdükləri oyundan sonra istefa vermək haqda fikirləşdiyini bəyan edən baş məşqçi dilə tutulub. Klubdaxili iclas keçirilib və bütün məsələlərə mövsümün sonunda aydınlıq gətiriləcəyi deyilib.
 
Axundovun məşqçiyə güvəndiyini deməsi boş sözdü. O, məşqçilərə günah keçisi kimi baxır. Klub düzgün idarə edilmir, faydasız transferlərə milyonlar dağıdılır, hərə bir tərəfdə başını açıb “yeyir”. Bunun təbii ardıcıllığı olaraq nəticələr pisləşəndə isə baş məşqçilər çətin vəziyyətdə qalır.
 
Tərlan bəyin gedişinə icazə verilsəydi, o deyil, sədr günahkar bilinəcəkdi. Yuri Maksimov və Mladen Milinkoviçdən sonra daha bir məşqçinin yola salınması artıq problemin başqa olduğunu göstərəcəkdi. İndiki vəziyyətdə isə Axundov vəziyyəti sabitləşdirməyi və son pillədən qurtulmaq üçün səy göstərməyi lazım bilir. Axı, klubun bütün maliyyəsini təmin edən AFFA da ondan hesabat istəyəcək.
 
Yeni məşqçinin gəlişi risklidi, 5 oyun üçün heç bir ciddi adam buna razılaşmaz. Dəyişiklikdənsə, komandanı tanıyan Əhmədovla yola davam etmək məntiqlidi. Amma mövsümün sonunda istənilən nəticə Tərlan bəyi xilas etməyəcək. Kifayət qədər sanballı büdcə ilə bu qədər uğursuz çıxış etməyin məsuliyyətini kiminsə boynuna yükləmək lazımdı və Zaur bəy də bu rol üçün Əhmədovu seçib.

 
tarix: 08-04-2019 13:15


 
Xəbər lenti
11.12.2019

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az