(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Əmisi, xətrinə dəymə Tamerlanın

Əmisi, xətrinə dəymə Tamerlanın

Tamerlan! Əmir Teymuru avropalılar belə adlandırırdılar.

Tamerlan - Əmir Teymur bacarığı, sərkərdəlik qabiliyyəti, iti ağlı, düşüncəsi hesabına az qala dünyanın yarısına hökmranlıq etməyi bacarmışdı.

Ta o vaxtdan, valideynlər övladlarına Tamerlan adı veriblər. Amma Tamerlan adı verilən hər uşaq böyüyüb də Əmir Teymur ola bilməzdi axı.

Amma istəyin qarşısını almaq da mümkünsüz. Arzu, istək ki var, “qanadsız quş kimidir” deyirlər. Sənə kim mane olur ki,  böyük-böyük arzular, istəklər formalaşdırmağa?

Məsələn, əmin öz oğluna yepyekə bir oyuncaq – futbol klubu bağışlayır. Əmin oğlu o klubla oynayır-oynayır, gözünün qurdunu öldürür və sənə bağışlayır. 

Sən də bu yepyekə oyuncağı alandan sonra yepyekə arzular qurusan. Məsələn, istəyirsən ki, sənin klubun “Real”, “Çelsi” boyda, gücdə olsun.

Bunun üçün də nə edirsən? Gedirsən, “Real”da, “Çelsi”də oynamış, hazırda təqaüddə olan bir veteran futbolçunu gətirib buraxırsan meydana. Və elə bilirsən ki, “Real”da, “Çelsi”də oynamış bu futbolçu “Səbail”də də forma geyinərsə... “Səbail” dönüb olacaq “Real”, “Çelsi”.

Uşaqdır də, belə bilir. Uşaq arzusunun sərhədi olmaz ey. İndi durub bu uşağı  bu arzusuna görə ittiham edəsi deyilik ki.

Yox, qətiyyən. Hələ bir, əmisinə demək lazımdır ki, uşağın qəlbini qırmasın, pulun-parasın artırsın ki, arzuları, istəkləri də bir qədər böyüsün. Arzuları, istəkləri böyüyə-böyüyə, bəlkə özü də böyüdü, inşallah. Böyüyüb vətənə, xalqa gərəkli bir oğul oldu. Baxmayaraq ki, indi bahalı oyuncağını – “Səabil”i “Real”, “Çelsi” etmək istəyi üçün xərclədiyi vəsait də əmisinin deyil, elə vətənin, xalqındır.

Amma belə bir əmin varsa, başına daş sala bilərsən vətənin, xalqın vəsaitinin. Buna görə xətrinə dəyməyəcəklər ki, Tamerlanın.

Bilmək olmaz, bəlkə böyüyüb elə Tamerlan - Əmir Teymur olacaq bu balaca Tamerlan. “Səabil” də “Real”, “Çelsi”...

Əmisi, xətrinə dəymə Tamerlanın. Pul vətənin, xalqındır. Onun başına daş da salmaq olar, havaya da sovurmaq.

Uşağın böyük-böyük  arzuları naminə. Arzularında şirinlik duy, bala.


 
tarix: 08-04-2019 17:40


 
Xəbər lenti
25.08.2019

10:32   Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25   “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08   “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

10:00   “Sabah” “Keşlə”yə, “Qarabağ” “Qəbələ”yə qarşı - YENİLƏNİR

09:43   Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21   Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12   “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

09:00   Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin günüə salındı

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az