(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
UEFA yardımı: tələbə əməl etməyənlər şura klublarıdı

UEFA yardımı: tələbə əməl etməyənlər şura klublarıdı

Elxan Məmmədovun narahatlığı təkcə beynəlxalq qurumların tələblərinə əməl etməyə görə deyil. O, hətta himayəsində olan klublara da təzyiq etmək üçün bu yolu seçib. Eyni zamanda özünü şəffaf işləyən idarəçi kimi göstərmək istəyir.
 
AFFA-nın baş katibi istənilən halda haqlıdı. Ötən ilin sonunda UEFA-dan uşaq futbolunun inkişafı üçün ayrılan yardım istiqaməti üzrə xərclənməlidi. “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşdüyü üçün ayrılan və hər kluba çatan yarım milyon avro məhz uşaq futboluna sərf olunmalıdı. Məmmədov isə xəbər tutub ki, klublar bu vəsaiti qış transferlərinə xərcləyib və açıqlama istəyir.
 
Klublar Komitəsinin indiki sədri Riad Rəfiyevin də hər dəfə məhz bu məsələni qabartması təsadüfi deyil. O, Elxan bəyin sözünü çatdırır və mətbuatın klublara təzyiq etməsini gözləyir.
 
Gəlin, nəzər salaq.
Qışda müstəqil klublardan “Qəbələ” bir legioner aldı, onu da Təmkin Xəlilzadənin satışından əldə edilən vəsaitlə reallaşdırdı.
“Qarabağ” oyunçu almadı, hətta alsaydı da, kimsə heç nə deyə bilməzdi. Çünki ağdamlılar avrokuboklarda iştiraka görə daha böyük vəsait əldə etmişdi.
“Zirə” transfer bazarında çox fəal oldu. Lakin bu klub da “Bakcell” ilə bağlanan 3 illik müqavilədən və yarım milyon manatlıq əlavə gəlirdən sonra oyunçu almaq imkanı qazandı.
“Sabah” transfer etmədi, heç bu klubu hədəfə gətirməyə də dəyməz. Debütant ötən mövsüm Premyer Liqada olmadığından həmin yardımdan pay götürməmişdi.
 
Qışda transferlər edən “Neftçi”, “Səbail”, “Keşlə” və “Sumqayıt”dı. Baş katib təftiş etmək istəyirsə, bu klublara nəzər salsın, onlardan hesabat tələb etsin. Əgər UEFA-nın tələbi pozulubsa, bunu edən elə Məmmədovun birbaşa nəzarətində olan, rəhbərlərini özünün göndərdiyi şura klublarıdı.
 
Və süni ajiotaj yaratmaq lazım deyil, baş katib özünün təyin etdirdiyi kadrlardan izahat tələb etmək hüququna malikdi. Bunun üçün rəsmiyyətə də ehtiyac yoxdu, hər həftə yığışdıqları məkanlardan birində sorğu-sual edə bilər. Kimdənsə nəyə görəsə küsübsə, Zaur Axundovun timsalında kiməsə gücü çatmırsa, mətbuatda şou yaratmaq lazım deyil.
 
Baş katib bu klublarla yanaşı, “Kəpəz”dən də hesabat istəməlidi. Divizionda oynayan kluba ayrılan bu yardım az qala gəncəlilərin 3 illik büdcəsidi. Qərb klubuna hər gün bir rəhbər qoyur, nə etdiyi bilinmir. Bəs, “Kəpəz”ə ayrılan yarım milyon avronun taleyi necə olacaq? Yoxsa bu pulun Tovuzda açılan akademiyaya yönəldilməsi haqda deyilənlər doğrudu?
 
Rəsmi açıqlama verilsə, maraqlı olar...
 
FƏRİD

 
tarix: 09-04-2019 09:00


 
Xəbər lenti
19.07.2019

02:07   “Səbail” Rumıniyada belə məğlub oldu - VİDEO

01:55   “Neftçi”dən Avroliqada 6 cavabsız qol - VİDEO

01:34   Avropa Liqası: 1-ci təsnifat mərhələsinə yekun vuruldu

01:00   “Neftçi”dən 3 rekord birdən

00:55   “Qəbələ”nin Avroliqadakı rəqibi dəqiqləşdi

00:14   Vüqar Əsgərov oynadı, komandası Avroliqada mərhələ adladı

00:01   Kamran Quliyev: “Daha 2 futbolçu ilə danışıq aparırıq”

18.07.2019

23:29  Bordin: “Onun qol vurmasını hədiyyə hesab edirəm”

23:15  “Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

23:04  “Neftçi”nin “Arsenal”la oyunlarının vaxtı bəllidi

22:56  “Belə emosiyaları yaşamaq istəməzdim”

22:47  “Neftçi” darmadağınla növbəti mərhələdə!

22:33  Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

21:52  “Səbail” mübarizəni erkən dayandırdı

19:57  “Zirə” ilə “Keşlə”dən qollu heç-heçə

19:24  “Dandalk”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

18:59  Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

18:05  Avropa Liqası: Balayevli “Tobol” mübarizəni dayandırdı

17:49  "Bəxtimiz gətirsəydi, "Qarabağ"a ən azı bir qol vura bilərdik"

17:11  Sabiq “Liverpul”luya mərc cəzası

16:48  Vinni Pert: “Qarabağ”ı izləmişəm”

16:24  “Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

16:05  Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

15:43  “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

15:24  Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01  PSJ-dən Bundesliqa klubuna

14:41  “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22  Paytaxt klubunda iki yeni futbolçu

14:00  “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30  “Nitsa”nın futbolçusu PSV-də

13:07  “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:25  “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00  “Qalatasaray” milli üzvü ilə güclənir

11:37  "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25  De Liqt rəsmən "Yuventus"da

11:12  Yenə 26-cı pillədə qaldıq

10:55  Super Liqa klubundan yeni transfer

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az