(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Avroliqanın finalı və AÇ-2020 ilə əlaqədar vergi güzəştləri qəbul edildi

Avroliqanın finalı və AÇ-2020 ilə əlaqədar vergi güzəştləri qəbul edildi

Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub.

Futbolinfo.az xəbər verir ki, dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək UEFA Avropa Liqasının final matçı və AÇ-2020-nin oyunları ilə əlaqədar ölkəyə idxal olunan aksizli mallar aksizdən azad ediləcək. Dəyişikliklərə aşağıdakılar daxildir:

– Malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb edilmiş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlar ilə bağlı əldə etdiyi gəlirlər gəlir vergisindən azad olunacaq.

– UEFA-nın, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla və çempionatla bağlı əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunacaq.

– UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ƏDV-dən azad ediləcək və ya ƏDV sıfır dərəcə ilə tutulacaq.

Qanun oyunların keçirildiyi müddətdə – 2019-cu il martın 1-dən 2020-ci ilin 1 avqustunadək qüvvədə qalacaq. (Report)


 
tarix: 09-04-2019 14:15


 
Xəbər lenti
21.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az