(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Essyenin maaşını “Səbail” yox, AFFA verir – 1,5 milyon dollar

Essyenin maaşını “Səbail” yox, AFFA verir – 1,5 milyon dollar

Maykl Essyenin “Səbail”ə keçidinin detalları məlum olur. Qanalı yarımmüdafiəçinin transferi sən demə, yeyib-içmək masası arxasında gerçəkləşib.
 
Bakıda ötən ay Avropa Liqasının finalı üçün təşkil olunan “Ulduzlar matçı”na qatılan Essyen daha sonra ziyafətdə iştirak edib. AFFA rəhbərliyinin, bir sıra veteran futbolçunun qatıldığı, ulduz qonaqların şərəfinə verilən ziyafətin gedişində Maykldan ölkəmizdə oynaması haqda fikri soruşulub. O isə karyerasını bitirmək istəəmədiyini və yaxşı təklif olarsa, oynamağa davam edəcəyini bildirib.
 
Bunu “CBC Sport”da qonaq olan təcrübəli məşqçi Ağasəlim Mircavadov etiraf edib. O, sözügedən ziyafətdə Essyenlə bu barədə söhbət edildiyini dilə gətirib.
 
Əldə etdiyimiz məlumata görə, sonradan AFFA rəhbərliyini kimlərsə bu transferin vacibliyinə inandıra bilib. Guya ki, Essyenin gəlişi ölkə futbolunun reklamı baxımından önəmli olacaq. Təəssüf ki, Azərbaycanda bu məsələlər məhz belə həll olunur. Heç kim Essyenin 37 yaşı olduğuna, çoxdan aktiv futbolla məşğul olmamasına, sonuncu dəfə İndoneziyada top qovmasına fikir verməyib. Hətta onun karyerasını bitirmiş futbolçularla birlikdə şou tipli oyunda iştirak etmək üçün Bakıya gəldiyini də “xatırlamayıblar”.
 
Beləcə, Essyenlə danışıq aparılıb və onunla ilyarımlıq müqavilə razılaşdırılıb. İlk vaxtlar 300 min avro qarşılığında ölkəmizdə oynamağa razılıq verdiyi deyilən Mayklla bağlı indi yeni xəbərlər ortaya çıxır. Deyilənlərə inansaq, Essyen bu müddətdə 1,5 milyon dollara sahib çıxacaq. “Səbail”in digər futbolçularını narazı salan da bu məbləğdi. Onlar meydanda yeriməyə taqəti olmayan futbolçuyla özləri arasında onqat fərq qoyulmasını həzm edə bilmirlər.
 
Təbii ki, “Səbail”in büdcəsi belə maliyyə ağırlığına dözməz. Ona görə də qanalı legionerin pulu AFFA tərəfindən ödəniləcək. Onsuz da klub elə assosiasiyanındı. Bu səbəbdən Essyen transferini qohumlar tərəfindən idarə olunan Bayıl klubuna hədiyyə də saymaq olar.
 
Klubda oynayan futbolçuların maaşının AFFA tərəfindən ödənməsi təzə xəbər deyil. Ramil Şeydayev “Trabzonspor”da, “Jilina”da oynayanda da onun əməkhaqqısının böyük qismini bizimkilər qarşılayırdı. Kamran Ağayevlə Emin Mahmudovun Portuqaliyada çıxış etməsinə də bu amil yardımçı olmuşdu. Hətta Eminin “Neftçi”dəki ilk mövsümündə maaşı AFFA-dan verilirdi, bununla bağlı problem yadınızda olar. Fərq ondadı ki, indiyədək milliləşmiş və ya xaricdə yetişən azərbaycanlıların legioner həyatı yaşaması üçün belə süni fədakarlıq edilirdisə, indi muzeyə qoyulmalı olan veteranlara milyonlar xərclənir.

 
tarix: 10-04-2019 09:00


 
Xəbər lenti
25.05.2019

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az