(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Rəşad Qasımov ciddi təklif gözləyir: “Uzunmüddətli plan olsa, çox iş görmək olar”

Rəşad Qasımov ciddi təklif gözləyir: “Uzunmüddətli plan olsa, çox iş görmək olar”

Onu cəmi 11 ay iş başında gördük. Bu müddətdə də yalnız problemlərin həlli ilə məşğul oldu. Taleyin ümidinə buraxılan “İnter”in başında oldu, klubu böhrandan xilas etdi və getdi.
 
“İnter”i prezidenti Rəşad Qasımov elə ovaxtdan kölgəyə çəkilib. Futbol təsərrüfatında özünü sübut etməyi bacarsa da, bu sahədən kənardadı. Amma top oyununa biganə deyil. Futbolinfo.az-a müsahibəsində bunu hiss etdirdi.
 
- 2016-cı ilin noyabrından “Keşlə” barədə heç nə danışa bilmirəm. “Sumqayıt”la oyundan, 26-cı məğlubiyyətsiz matçdan sonra. Missiyamı bitirib, getdim. İndi dövlət işində, nazirlikdəyəm.
 
- Sizi axtarmaqda məqsədim futboldan uğursuz olmadan gedən bir nəfərin indiki durumla bağlı fikirlərini öyrənməkdi.
- Azərbaycan futbol tarixinə bələd olan biri kimi vəziyyətin acınacaqlı olduğunu deməliyəm. Millimizin uğursuz çıxışı çox adamı məyus etdi. Lakin yenə də həmişə olduğu kimi ümid var, potensial var. Düzgün işləmək lazımdı. 5 il, 10 il, 1 ay – düzəlməsi mümkündü.
 
- Həqiqətən ümidlisiz?
- Ümid həmişə var. Mən “İnter”ə gələndə vəziyyətin necə faciəvi olduğunu hamı bilirdi. Sanksiyalar, borclar, avrokuboklarda çıxış edib-etməmək dilemması. Mən “avrokuboklarda oynamayaq, amma klub yaşasın” deyəndə mətbuat, əksər futbol adamları məni topa tuturdu. Amma qərar vermişdim – döyüşü uduzub, müharibəni udmaq istədim. Futboldakı indiki durum da elədi. Hələlik döyüşləri uduzuruq, müharibəni uduzmamışıq.
 
- Döyüşlər uduzulduqca, strateji mövqelər əldən verildikcə müharibənin uduzulmasına da şərait yaranır.
- Həlledici döyüş həmişə sona qalır.
 
- “İnter”də 11 ay işlədiz...
- 2015-ci il dekabrın 1-dən 2016-cı il noyabrın 1-dək. Mən “İnter”i götürəndə 1 dövrə bitmişdi. Qalmaqallı legionerlərin hamısı qalırdı. Avrokuboka vəsiqə qazanıb, cəzanı çəkmək üçün oynadıq. Bizə qadağa qoyulmuşdu, yalnız yarışa vəsiqə qazanıb, cəzamızı çəkməli idik ki, yeni mövsümdə belə bir əngəl olmasın. Və bunu bacardıq. Qalmaqallı oyunlar da var idi, amma onu bacardıq. Mayda qurduğumuz heyətlə isə böyük iş gördük, 26 oyunda ardıcıl uduzmadıq. Çempionatın startında “Qarabağ”ı 2:1 yendiyimiz matçda start heyətində Azərbaycan himnini oxuyan 9 yerli ilə çıxış edirdik. Legionerlərin az olduğu, əsasən yerli futbolçulardan qurulan kollektiv formalaşdırmışdıq, uğura onlarla nail olduq.
 
- 26 döyüşü udub, müharibəni uduzduz?
- Yox, biz medal da götürdük. Və həmin 26 oyundan sonra müharibəni də udmuş sayıldıq. Getməyimin səbəbi məğlubiyyətlə bağlı deyildi. Hamı gedir və kimsə necəsə gedir. Lakin həmin vaxt məhz getmək məqamı idi.
 
- Özünüz getdiz?
- Bəli. Mən etdiyimi etdim. “İnter”ə prezident təyin olunanda 4,5 milyon dollar borc var idi. Klubun 38 fiziki, 16 hüquqi şəxsə borcu qalmışdı. Mən klubdan ayrılanda isə heç kimə 1 qəpik də borclu deyildik. Məqsədim də bu idi. Maliyyəçi olaraq vəzifəm klubu böhrandan çıxarmaq və bütün problemləri həll etmək idi. Buna nail oldum, üstəlik, idman nəticələrimiz də yaxşı oldu. Məqsədə çatdım.
 
- Bəs, niyə getdiz?
- Bəlkə də intuisiya, bəlkə də dövrün dəyişmələrini görərək bu addımı atdım. Kənara çəkilməyi lazım bildim. Yeni missiyanı üzərimə götürmək istəmədim.
 
- Klubdan ayrıldıqdan sonra da komandanın oyunlarına gedirdiz. Bəs, indi niyə sizi tribunada görmürük?
- Çempionatın axırına kimi getdim. Sonra klub “Keşlə”yə çevrildi və mənim üçün hər şey bitdi. Ürəyim “İnter”lə döyünürdü. Axı, mən “İnter”ə 2015-də gəlməmişəm, prezident postuna gələnə kimi də klubda idim. 2010-cu ildən klubun idarə heyətində idim, maliyyəyə nəzarət edirdim. Komandanı Bilbaoya aparan da mən idim. Həmişə “İnter”in bir parçası olmuşam.
 
- Bütün problemlərdən sizin dövrünüzdə xilas olmuş “İnter” indiki vəziyyətə necə düşdü? “Keşlə” hazırda son pillədədi.
- İndiki vəziyyətdən xəbərsizəm və bu barədə danışmağım da doğru deyil. Klubun içində deyiləm, kənardan həmişə başqa cür görünə bilər. Ancaq öz dövrümdən danışa bilərəm. Biz ailə mühiti yaratdıq, bütün insanlar əl-ələ verib birgə işləməyə motivasiya olundu.
 
- İndi futbol adamları ilə əlaqə saxlayırsız?
- Keçmiş yoldaşlarla zəngləşirik. Futbolçularla, məşqçilərlə, Zaur Svanadze ilə. İndiki iş yerimin yaxınlığıdı, “Şəfa”da hər həftə futbol oynayırıq. İstər-istəməz kimlərləsə qarşılaşır, danışırıq.
 
- Gəncəlisiz, veteran futbolçumuz Müzəffər Qasımovun oğlusuz. Deməli, yenə bir problemli komanda, problemli şəhər barədə danışacağıq. Atanız artıq klubun Müşahidə Şurasında deyil.
- Yaş, səhhət imkan vermir. Futbolla maraqlanır, izləyir, amma idarəçilikdə deyil. “Kəpəz” üçün ürəyi ağrıyır. Futbol barədə tez-tez danışırıq. Gəncənin potensialı Bakıdan da çoxdu, həm də qat-qat.
 
- Niyə özünüz Gəncə futbolunda işləmək barədə təşəbbüs göstərmirsiz? Komanda qurmaq, yaxşı nəticələr qazanmaq mümkün deyilmi?
- Futbolla məşğul olmaq ciddi vəsait tələb edir. “Qarabağ”, “Neftçi”, “Keşlə” qədər yox, amma müəyyən büdcə lazımdı. Buna can atan, Gəncədə futbolun olmasını istəyən, dəstək vermək istəyən varsa, gərək səlahiyyətləri tam olaraq etibar etsin. Maliyyəyə qarışacaqlarsa, iş görmək mümkün deyil. Bizdə isə hamı maliyyəni verirsə, klubun işinə, idarəçiliyə qarışır.
 
- Ən azı AFFA-da sizi tanıyırlar. “Kəpəz”ə də yeni rəhbər tapa bilmirlər. Nə əcəb sizə dəvət göndərmirlər?
- Onu mən deyə bilmərəm.
 
- Bəlkə xidmətinizi təklif edəsiz. Gəncə futbolu naminə...
- Mən indiki işimi atıb necə gedim? Perspektivə inansam, olar, lakin futbolda sabitlik qarantiyası yoxdu. 3 aydan sonra hər şey dəyişə bilər. Öz vəsaitim olsaydı, klub saxlamağa imkanım çatsaydı, bu işə qol qoyardım. Özü də ilk olaraq Gəncədən başlardım.
 
- Bu gün “Kəpəz”ə göndərməyə etibarlı kadr tapa bilmirlər. Əvvəlki idarəçi maliyyə fırıldağına görə qovuldu, sonrakılar da başqa səbəbdən işdən uzaqlaşdırıldı. Gəncədə bu işi görə biləcək yerli kadr varmı? Yoxsa mütləq Bakıdan kimsə getməlidi?
- Deyə bilmərəm. Məndə bu suala cavab yoxdu. Amma maliyyəni etibar etsələr və uzunmüddətli ciddi plan olsa, çox iş görmək olar.
 
- Gəncəyə tez-tez gedirsiz. Orada uşaq futbolunun vəziyyəti necədi? Çoxmu diqqətdən kənar qalıb?
- Xəbərim də yoxdu. Mən oynadığım vaxt stadionun meydanları 5-6 saat uşaqlarla dolu olurdu, bir neçə qrup var idi, mütəmadi məşğul olurdular. Son dövrlər isə bir neçə dəfə getmişəm, heç kimi görməmişəm. Amma bizim dövrümüzdə küçə futbolu da var idi – bunu da unutmayaq.
 
- Dövlətin futbola qayğısı yetərincədimi?
- Bəli, sadəcə, düzgün istiqamət verilməlidi. Cavabdeh olan, məsuliyyət daşıyan şəxslər var, onlar düzgün işləməlidi.
 
- İndi elə bir görüntü var ki, sanki kim gəlir-gəlsin ölkədə futbolun inkişafı mümkünsüzdü...
- Məncə, bütün sahələrdə yaxşı işlər görmək olar. Kadr problemi də var. Seçimlər düzgün deyil. Gəncəyə göndərməyə kadr tapa bilmirlərsə və ya tapıb onu nə üçünsə itirirlərsə, yenə kadr problemi var deməkdi.
 
- Tapdıqları kadrlar etimadı doğrultmursa, deməli, başqa məsələlər də var...
- (gülür) Buna artıq mən qiymət verə bilmərəm.
 
- Azərbaycan futbolu kənardan necə görünür?
- “Neftçi”nin, “Qarabağ”ın, hərdən “Keşlə”nin oyunlarına baxıram. Bu komandaya cəlb etdiyimiz xeyli futbolçu hələ də qalır. Slavik Alxasova xüsusi rəğbətim var, maraqlı oyunçudu. Tərlan Quliyev, Denis Silva ailəmin bir parçasıdı. Amma ümumi götürsək, yığmamız, klublarımız çox zəifdi. Hətta bizim “İnter” bu komandaları rahat udar, ilk 2 yerə oynayardı. Bu, ən alt səviyyədi, daha aşağısı yoxdu. “Qarabağ”, “Qəbələ” zəifləyib, “Neftçi də elə bir oyun göstərmir, rəqabət zəif olduğundan yaxşı görünürlər. Əvvəl “Neftçi” flaqman sayılırdı, sonra “Qarabağ” oldu, indi yenə “Neftçi”yə dönürük.
 
- Dönə biləcəyikmi?
- Niyə də yox. Klubun prezidenti Kamran Quliyevi çoxdan tanıyıram. Futboldan əvvəl tanışıq, bir yerdə futbol da oynamışıq. Onun peşəkar olmağına şübhəm yoxdu. O “Sumqayıt”da işləyəndə tez-tez danışırdıq və ilk məsləhət aldığım adamlardan olub.
 
- “İnter”də uşaq futbolunda bir sistem qurmağa çalışırdız və nələrəsə nail olmuşduz...
- İndi heç nə qalmayıb. 1-2 dəfə mənim dövrümdən qalan məşqçiləri görmüşəm, danışmışıq. Çox dərinə də gedə bilmirəm, amma görürəm.
 
- Təklif  olsa, “Keşlə”yə qayıdarsız?
- Yox. Amma ciddi təklif olsa, futbola qayıdaram. Bu idman növü mənim həyatımdı. “İnter”dəki prezidentlik dövrüm karyeramın ən parlaq dönəmi idi. Həm özümə, həm başqalarına çox şeyi sübut etdim. Mən “İnter”i yaşatmağı bacardım.
 
AĞA

 
tarix: 11-04-2019 12:57


 
Xəbər lenti
22.08.2019

09:00   Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az