(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“İzmir Cup” təcrübəsi “Neftçi” futbolçuları üçün qiymətsizdi”

“İzmir Cup” təcrübəsi “Neftçi” futbolçuları üçün qiymətsizdi”

“Neftçi” Futbol Akademiyasının direktoru Mik Benet klubun rəsmi saytına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, ingiltərəli mütəxəssis aprelin 5-dən 7-dək 12 yaşadək futbolçular arasında Türkiyənin İzmir şəhərində təşkil olunmuş "İzmir Cup” beynəlxalq turniri ilə bağlı sualları cavablandırıb.

- "İzmir Cup” turniri haqda fikirlərinizi bilmək istərdik.
- Turnir çox yaxşı təşkil olunmuşdu. Möhtəşəm stadion və meydançaları var. Avropadan müxtəlif yüksək səviyyəli yaxşı komandalar iştirak edirdi. Mən əminliklə bütün klubların U-12 komandalarının bu turnirdə iştirakını tövsiyə edərdim.

- "Neftçi” "Anderlext”, "AZ Alkmaar”, "Seltik”, "Lill”, "Bursaspor” kimi komandalarla qarşılaşdı. Ümumiyyətlə, turnir yeniyetmə futbolçularımıza nə verdi?
- "İzmir Cup" turniri gənc futbolçuların xarici komandalara qarşı oynamaq üçün həyatlarında bir dəfə qazandıqları fürsətdir. Biz oradakı komandaların çoxundan geridəyik. Lakin top səviyyəli komandalarla yarışmaq möhtəşəm idi. Bu turnir hansı səviyyədə olduğumuzu qiymətləndirməyə imkan verir. Texniki və fiziki olaraq çox geridəyik. Azərbaycanda 7-11 yaş dövründə əsas diqqət topla məşq, koordinasiya və balans üzərində işləməyə yönəlməlidir. Turnir hər kəsə faydalıdır. Gələcəkdə yaxşı səviyyəli komandalara qalib gəlmək istəyiriksə, daha yüksək standartlı futbolçular yetişdirməli olduğumuzu və nəyin inkişaf etdirilməsinə ehtiyacın olduğunu görmək şansı yaradır.

- Komandamızın turnirdəki çıxışı sizi qane etdi?
- Qane etdi. Taktiki olaraq yaxşı təşkil olunmuşduq və rəqibə oynamaqda çətinlik yaradırdıq. "Anderlext” və "Siqma Olomous”la heç-heçə (0:0), "Konyaspor” üzərində 3:0 hesablı qələbə, "Hamburq”u yoldaşlıq matçında olsa belə, 1:0 hesabı ilə məğlub etmək möhtəşəm idi.

- Hansı çatışmazlıqları və mübət halları qeyd edə bilərsiz?
- Çatışmazlıqlar odur ki, futbolçularımızın texniki bacarıqları aşağı səviyyədədir, koordinasiya zəifdir. Uşaqlar qərar qəbul edə bilmirlər. Müsbət hal komanda işimiz, komanda ruhumuz və təşkilatçılığımız idi.

- Turnirdə komandamızdan ümumi gözləntiniz nə idi?
- Yeganə gözləntim o idi ki, bizə qalib gəlmək rəqib üçün çətin olsun. Rəqibin "Neftçi” haqqında "asan keçiləsi komandadır” deyə, düşünməsini istəmirdim. Biz bunu öz nəticələrimizlə sübut etdik və rəqiblərimizi təəccübləndirdik. Əslində, komanda gözlədiyimdən yaxşı çıxış etdi. Əlbəttə ki, futbolçuların hər biri oynadı. Bu çox vacib idi. Hər kəs bu təcrübədən zövq aldı.

- Bu cür turnirlər yeni futbolçuların üzə çıxmasında, təcrübə qazanmasında nə kimi rol oynayır?
- Bu təcrübə futbolçularımız üçün qiymətsizdir. Onlar gördülər ki, yüksək səviyyəli futbol oynamaq istəyirlərsə, çox çalışmalıdılar. Futbolda təkcə oyunlarda deyil, məşqlər zamanı və meydançadan kənarda da nə etdiyin vacibdir. "Meydançadan kənarda” deyəndə, düzgün hazırlıq, qidalanmaq, yatmaq, məşqlərə düzgün yanaşmaq, var-gücünlə çalışmaq, ayağınla yanaşı, beynindən də istifadə etməyi nəzərdə tuturam. Bütün bunlar "Mançester Siti”, "Ayaks”, "Valensiya” kimi komandalarda açıq-aşkar görünürdü.


 
tarix: 11-04-2019 13:46


 
Xəbər lenti
16.07.2019

20:00   Franko Lerda: “Bura turist kimi gəlməmişik”

19:44   “Qarabağ”ın yeni transferinin kimliyi bəlli oldu

19:00   Qurbanov: “Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma...”

18:34   “Qarabağ”ın gücünə bələdik”

18:03   “Partizani”nin müdafiəçisi: “Biz “Kukesi”nin aqibətini yaşamayacağıq”

17:49   “Neftçi”nin potensial rəqibi yeni transferini “qocaltdı” FOTO

17:20   “Zirə”də haitili hücumçu - RƏSMİ

17:07   “Qarabağ” yeni transferini göstərdi - VİDEO

16:35   “Sumqayıt” “Akhisar Bələdiyyəspor”la qarşılaşacaq

16:21   Türkiyə klubundan kuryoz transfer

16:14   “Qarabağ”dan azarkeşlərə jest

15:56   “Səbail” Rumıniyaya getdi

15:28   “Lids”in futbolçusu Super Liqa klubunda

14:59   “Partizani” Bakıda - FOTO

14:11   “Qarabağ” Gerye ilə bağlı qərarını verdi – RƏSMİ

14:04   “Monako”da 5 illik müqavilə

13:40   “Qəbələ”dən Qurbanovla bağlı rəsmi açıqlama

13:21   Zeedorf istefa verdi

13:05   “Mançester Siti”ni “Everton”a dəyişdi

12:44   “Partizani” penaltilər seriyasına hazırlaşır

12:20   Premyer Liqadan La Liqa klubuna

12:14   Pərdis yenidən “Keşlə”də: tibbi müayinədən keçdi

11:52   Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

11:33   Əvvəlcə Bordin, sonra Efros

11:18   Faysal Rerras: “Çox möhtəşəm kluba gəlmişəm”

11:00   “Liverpul” müqavilə bağladı və icarəyə göndərdi

10:41   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:24   Zidanın oğlu Portuqaliya klubunda

10:05   Yurçeviçin hesabatı: legionerlərdən narazıdı

09:45   Karikari yenə Azərbaycana gəlir

09:30   “Çelsi”də 4 illik müqavilə

09:19   “Neftçi” Saşanı istəyir

09:07   “Sumqayıt”da İsayev düyünü: Rəfiyev klubu yox, öz qazancını düşünür

09:00   Yaponiya millisinin üzvü rəsmən “Barselona”da

01:09   “Qəbələ” Boluda doluya düşdü

00:35   “Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

00:16   Davit Volkov: “Dinamo” ilə şanslarımız bərabərdi”

15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az