(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Kamran Ağayev: “Milli komandanın forması ilə maşın da yuyuram, toya da gedirəm”

Kamran Ağayev: “Milli komandanın forması ilə maşın da yuyuram, toya da gedirəm”

AFFA “Keşlə”nin qapıçısı Kamran Ağayevi reklam çarxına Azərbaycan milli komandasının formasında çəkən tikinti şirkətinə etirazını bildirib. 

Futbolinfo.az xəbər verir ki, bu barədə "Report"a qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, video-çarxda Ağayevin geyindiyi formada qurumun rəsmi qeydiyyatdan keçmiş əmtəə nişanı olan AFFA-nın loqosundan istifadə olunub: "Mövcud qanunlara əsasən, AFFA-nın əmtəə nişanından təşkilatın razılığı olmadan istifadə etmək olmaz. Biz də bununla bağlı həmin şirkətə narazılığımızı çatdırmışıq. Bildirmişik ki, sizin videoda AFFA ilə razılaşdırılmamış, bizə məxsus olan nişandan istifadə olunub. Məsələ bundan ibarətdir. Tikinti şirkətinin rəsmisi millinin keçmiş baş məşqçisi ilə bağlı məsələni qabardıb. Bunun heç bir əsası, məsələnin ona aidiyyəti də yoxdur". 

Məhkəməyə müraciət etmədiklərini bildirən F.Abdulla "Bizim tələbimiz ondan ibarətdir ki, icazəmiz olmadan reklam videosunda əmtəə nişanımız istifadə olunmasın. Videonun yayımlanmamasını tələb etmişik. Yenə yayımlanacağı təqdirdə, atılacaq addımlarla bağlı ictimaiyyətə məlumat verəcəyik" deyib. 

Öz növbəsində, Ağayev "Report"a açıqlamasında məsələnin mahiyyətindən məlumatsız olduğunu söyləyib: "Reklama çəkilməyimin nəyi düzgün deyil, anlamıram. Bu, mənim şəxsi həyatımdır. Həmin vaxt milli komandanın təlim-məşq tolanışında olmamışam. Bu reklam da çoxdan çəkilib, yeni deyil. Azərbaycanda millinin formasını geyinən o qədər vətəndaş var ki... Söhbətin nədən getdiyini dəqiq bilmədiyim üçün bu cür danışıram". 

33 yaşlı qolkiperin sözlərinə görə, çəkildiyi video-çarxla bağlı ona heç bir irad bildirilməyib: "Millinin forması ilə meydana da çıxıram, gəzirəm, maşın da yuyuram, kross da qaçıram, toya da gedirəm. Bir sözlə, hər şey edirəm. Reklamın buna nə dəxli var ki? İndi bildiyimi deyirəm, bəlkə, başqa nüanslar var. Ola bilər ki, doğrudur. Amma bunu indi eşidirəm. Zəng ediblərsə, demək, bir şey var. Formanın üstündə loqonun olub-olmadığını xatırlamıram. Loqo olubsa, bunu başa düşərəm". 

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı ilk xəbəri futbolinfo.az saytı yayıb.


 
tarix: 11-04-2019 18:38


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az