qaynar xətt
“Vacib olan səhvlərimizi düzəltməkdi”
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Ramiz Çovdarov Latviya yığmasına qarşı keçirdikləri yoxlama oyunundan (3:1) sonra federasiyanın rəsmi saytına müsahibə verib.
Futbolinfo.az həmin müsahibəni təqdim edir:
- Latviya ilə oyun haqda nə düşünürsən?
- Oyuna yaxşı başlamışdıq. Öz səhvimiz üzündən qapımızda qol gördük. Rəqib bizi hansısa təzyiq altında saxlamaqla, ardıcıl hücumlar qurmaqla fərqlənmədi. Sadəcə, biz müdafiədə ötürmə zamanı səhv etdik, onlar da bunu qola çevirdilər. Tez toparlandıq və fasiləyə qədər hesabı bərabərləşdirdik. İkinci hissədə isə qələbə toplarını vurduq.
- Fasilədən sonra əks-hücumda oynamağınız yorğunluqla bağlı idi?
- Səbəblər çox idi. Meydana uyğunlaşmamışdıq, xeyli vaxt idi bir yerdə çıxış etmirdik, heyətə yeni oyunçu qoşulmuşdu, - bunlar hamısı təsir edən amillərdi və xüsusilə ikinci hissədə təsirini göstərdi. İstənilən halda yoldaşlıq oyunu məhz bu cür çatışmazlıqları görməyə və aradan qaldırmağa xidmət edir.
- Bu rəqiblə yenə qarşılaşacaqsız. Onları daha yaxından tanıdığınızı demək olarmı?
- Bu amil hər iki komandaya aiddi. Biz onları, onlar da bizi əyani tanıdılar. Vacib olan səhvlərimizi düzəltməkdi ki, bunun üçün də çalışacağıq.
- Aprelin 15-də və 16-da isə Serbiya ilə üz-üzə gələcəksiz. Onlar da yoldaşlıq oyununda Braziliya kimi güclü komandanı udublar.
- Serbiya Latviyadan 2-3 dəfə güclüdür. Həmin oyunun nəticəsi barədə məlumatımız var. Hər oyunun öz xarakteristikası olur. İndi Latviya ilə ikinci oyunu düşünürük. Belqrada gedəndə Serbiyanı analiz edəcəyik.
- Baş məşqçi Serbiyanın Braziliyanı məğlub etməsindən sonra sizə rəqiblə bağlı hansısa tapşırıq veribmi?
- Serblərlə oyunlar haqda danışmaq tezdi. Alesio da heç nə deməyib. Çünki onlarla oyuna qədər Latviya ilə görüş var. Bu dueldən sonra növbəti rəqibi incələməyə başlayacağıq. Latviya ilə ikinci matçdan da qalib ayrılmaq istəyirik.
- Hazırkı milli rəsmi oyunlara nə qədər hazırdı?
- Rəsmi oyunlara hazırlaşmaq üçün vaxtımız olacaq. Dediyim kimi, xeyli vaxtı bir yerdə oynamırdıq. Bura gələndə də toplanış keçirmədik. Ancaq rəsmi oyuna qədər toplanışlarımız olacaq, Həmçinin, Rusiyada təşkil ediləcək turnirə qatılacağıq.
- Öz oyununda çatışmazlıq hiss etdinmi?
- Az da olsa, anlaşılmazlıq var idi. Yayda “Araz”dan ayrıldığıma və başqa kluba keçdiyimə görə hazırkı məşqçinin tapşırıqlarını yerinə yetirərkən çətinlik çəkirdim. Amma bu aradan qaldırılacaq çətinlikdi.
18:01 “Zirə” “Səbail”ə qarşı - YENİLƏNİR
17:58 Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”
17:49 Yalnız Peyman Babayi
16:12 “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda
15:51 “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı
14:15 Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif
13:46 “Napoli”də ciddi itki
12:59 Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”
12:02 “Bavariya”da 300-cü oyun
11:09 Turabovun komandası səfərdən 1 xalla döndü
10:24 Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi
09:17 Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu
01:54 “Barselona” səfərdə xal itirdi
01:41 “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu
01:02 Marsel “Olimpik”i səfərdə xal itirdi
23:45 “Bavariya” 3 xalı 6 qolla qazandı
23:25 “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə
22:58 “Qalatasaray” qələbəni əldən verdi
21:04 Təbriz klubu səfərdən xalsız döndü
19:39 Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ
19:30 Rekord.az 9 yaşında!
19:12 Azərbaycan futbolunun “bataqlığı”
18:55 Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”
17:53 “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov
16:56 Hakimlərdən boykot qərarı
15:50 “Sabah” “Verona” ilə də bacarmadı
15:24 14 oyun, 21 futbolçu
14:46 “Sabah” “Verona” ilə qarşılaşacaq
13:45 Argentina kubokunun qalibi bəlli oldu
13:17 Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu
12:46 “Qəbələ”nin 15-ci startı
12:08 Premyer Liqada noyabrın ən yaxşıları
11:26 “Liverpul”da yeni müqavilə
11:00 Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı
10:47 Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”
10:33 “Messi sərt futbolçudur”
10:18 “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı
10:00 Yanvara saxlanan suallar
09:41 “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı
09:27 Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal
09:11 Dadaşov yenə qol vurdu, komandası qalib gəldi
09:00 Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır
01:52 Hərəyə 1 qol, 1 xal
01:38 “Lill” “Monpelye”ni məğlub yola saldı