(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
FIFA referilərinə lider qadağası: çempionluğun taleyini Bayramov həll edir

FIFA referilərinə lider qadağası: çempionluğun taleyini Bayramov həll edir

AFFA Hakimlər Komitəsində dərəbəylikdi. Bəlkə də belə görüntü yaradılır, əslində, planlıdı. Yoxsa ki, göz görə-görə bu qədər qərbəliklərə əl atmazlar.

Komitənin sədri Frits Stuxlik gələndən sonra qurumun işində bir sıra dəyişiklik olub. Müsbətləri daha çoxdu, amma elə pis məqamlar da var ki, yaxşıların da üstündən xətt çəkir. Məsələn, bir sıra gənc referilərə etibar edilməsi, onların irəli çəkilməsi əladı, lakin əvəzində təcrübəlilərin, hətta FIFA referilərinin “vurulması” alqışlana bilməz.

Əliyar Ağayevin gözümçıxdıya salınması, karyerasının irəliləməsində AFFA rəhbərliyinin də müstəsna rolu olan birinin sıradan çıxarılması çox pisdi. Stuxlik yeni hakimlərin yetişdirilməsi, onların beynəlxalq oyunlara daha çox təyinat aınasını vəd etmişdi. Lakin bunun üçün qitədə kifayət qədər tanınan, güvənilən birindən imtina etmək nə qədər doğrudu?

Stuxlikin üzə çıxardıqları meşədən tapılmayıb, heç arxeoloji qazıntının nəticəsi də deyil. Vüqar Həsənli, Səbuhi Bayramov və başqaları əvvəlki rəhbərliyin də dövründə var idi, divizionda, uşaq liqalarında məhz bu gün üçün yetişdirilirdi. Avstriyalı da gəldi, hazır meyvəni topladı. Onun mövcud potensialı aşkar edib, üzə çıxarması müsbət əməlidi, hazır məhsulu bir kənara qoyması isə çox pisdi.

Neçə vaxtdı Premyer Liqada hakim təyinatlarına diqqət edirəm. Təəccüblü görünən çox şey var. Zaman keçdikcə bunların təsadüf olmadığını, düşünülərək edildiyini görürsən. Sanki hər şey haradansa idarə edilir və məkr var. Bu qədər təsadüf mümkün deyil.

Rövnəq Abdullayevin prezident postuna gəlişindən sonra futbolumuzdan təmizlənən ləkəli ünsürlər indi yenə meydan sulayır. Stuxlikin komitəsinə üzv kimi daxil olan, söz sahibinə çevrilən bu adamlar sabiq sədr Xaqani Məmmədovun qisasını onun yetirmələrindən alır. Onların günahını bağışlayıb, yenidən güvənən AFFA rəhbərliyi isə sanki durumdan məmnundu.

Premyer Liqa oyunlarına təyinat edənlər aşkar şəkikdə sifariş yerinə yetirir. İddialı klublar istədikləri hakimləri seçir və ya rəqibi üçün beləsini göndərtdirirlər. Statistikaya baxanda siz də əmin olacaqsız.

Qışdan bu yana, yəni, Stuxlik hakimiyyətini tam bərqərar edəndən cəmi 9 hakim oyunlara təyinat alır. 8 komandalı çempionat üçün normala yaxın rəqəmdi. Lakin təyinatlar olduqca müəmmalıdı. Hiss olunur ki, FIFA referiləri siyahısında dəyişiklik etmək üçün iş aparılır. Olsun, indi daha çox güvənilən Səbuhi Bayramov da istedadlıdı, digərlərindən seçilirsə, önə çəkilməsi yaxşıdı. Lakin İnqilab Məmmədov kimi divizion səviyyəki birinin yuxarı dartılması yaxşı perspektiv vəd etmir.

3-cü dövrədə və 4-cü dövrənin ilk 3 turunda Səbuhi, İnqilab və Əliyar hamıdan çox təyinat alıb – hərəsi 6 dəfə. Amma onların hansı ohunlara göndərildiyini görəndə məəttəl qalırsan. Bayramov “Neftçi”nin 3, “Qarabağ”ın 1 matçında fit çalıb. 2019-da debüt edən birinin 6 matçından 4-nün liderlərin oyununa təsadüf etməsi qəribədi. Demək olar ki, qızıl medalların taleyini bu uşaq həll edir. Halbuki qarşıda onun bircə səhvi həm çempionluğun taleyini həll edə, həm də öz üzərindən xətt çəkilməsinə səbəb ola bilər. Bayramovun qərəzli olduğunu demirik, amma yüklənmə onu yandıra bilər. Son turun “Qəbələ” – “Qarabağ” matçında onun xeyli yanışı, bəlkə də qərəzi üzə çıxdı.

İnqilabın siyahısı da zəngindi. Onun 6 oyunundan 4-ü liderlərin matçlarına təsadüf edib və bu, qorxunc rəqəmdi. Sıradan bir hakim matçlarının yarıdan çoxunda çempionluğun taleyini həll edirsə, ürəyə şübhə düşür.

Bəs, Əliyar? Onun hesabında hər liderin cəmi 1 matçı var. Stuxlik hər ay Avropadan təyinat alan FIFA referisinə beləmi dəstək verir? Polşadan rəsmi oyundan gəlib, divizion matçı idarə edən, ən yaxşı halda Premyer Liqada autsayderlərin oyununda görünən Ağayevi beləmi qoruyuruq? Bu hakim tonusda qaımaq üçün daim liderlərin oyununu idarə etməli, yüksək səviyyəyə hazır olmalıdı. Amma Stuxlik və köməkçiləri sanki bilərəkdən bu hakimi sıradan çıxarır.

FIFA referilərinin vurulması Rəhim Həsənov və Rauf Cabbarovun timsalında da görünür. Rəhim 2019-dakı 10 turun cəmi dördünə təyinat alıb və cəmi 1 dəfə “Qarabağ”ı görüb. Raufda da durum eynidi. Bu 2 FIFA referisi heç vaxt “Neftçi”nin matçlarına təyinat almayıb. Əcəba, niyə? Qərəzlidilərsə, kiməsə “işləyirlərsə”, niyə ümumiyyətlə, qovulmurlar; əldə belə fakt yoxdusa, niyə süni şəkildə vurulurlar?

Belə düşünməyimizə əsas verən başqa fakt da var. Daim səhvləri ilə gündəm olan Orxan Məmmədov kimi sıradan, FIFA referiliyindən geri çağırılmış hakim də bu cütlükdən daha çox təyinat alıb. O, 5 matça çıxıb və bunlardan üçü liderlərin matçı olub. Hətta 4 matça çıxan Rəvan Həmzəzadə də təyinatların yarısından çoxunda (3) çempionluq yarışında olanları canlı görüb, FIFA referilərinə isə belə imkan tanınmayıb.

3 oyuna göndərilən Vüqar Həsənli, 2 təyinat alan Rəşad Əhmədov da hərəyə bir dəfə “Neftçi”ni meydana çıxarıb. Və bu təyinatlar da Rəhimlə Raufun tamamilə sıradan çıxarıldığını, Əliyarın isə karyerasına zərbə vurulmasına cəhd edildiyini göstərir.

Beləliklə, 2019-da təyinat alanların tam siyahısı belədi (mötərizədə onların “Neftçi” və “Qarabağ”ın oyunlarında görünmə sayı göstərilib):

Səbuhi Bayramov – 6 (3 N - 1 Q)
İnqilab Məmmədov – 6 (2 – 2)
Əliyar Ağayev – 6 (1 – 1)
Orxan Məmmədov – 5 (1 – 2)
Rəvan Həmzəzadə - 4 (1 – 2)
Rəhim Həsənov – 4 (0 – 1)
Rauf Cabbarov – 4 (0 – 1)
Vüqar Həsənli – 3 (1 – 0)
Rəşad Əhmədov – 2 (1 – 0)

Stuxlik buyurub bu siyahıya izahat versin. Hər şey qaydasındadısa, niyə hansısa hakim 10 tur ərzində 1 komandanın matçına 3 dəfə təyinat alır, 2 FIFA referisi isə bir dəfə də şans qazanmır? Hər şey qaydasındadısa, şəffaflıqla buna aydınlıq gətirsin. Yox, təyinatlar klubların sifarişiylə edilirsə, bunun da məntiqli açıqlaması olmalıdı...

FƏRİD


 
tarix: 12-04-2019 12:02


 
Xəbər lenti
25.08.2019

10:44   "Neftçi"nin məşqçisi təltif olundu

10:32   Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25   “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08   “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

10:00   “Sabah” “Keşlə”yə, “Qarabağ” “Qəbələ”yə qarşı - YENİLƏNİR

09:43   Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21   Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12   “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

09:00   Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin günüə salındı

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az