(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Elxan Məmmədov Gəncədə: onun yeni kadrı “yeyinti"yə” görə qovulub

Elxan Məmmədov Gəncədə: onun yeni kadrı “yeyinti"yə” görə qovulub

Azərbaycanda köklü klubların sayı o qədər də çox deyil. Uzağı kiminləsə mübahisə etsən, bir əldəki barmaqların sayından o yana gedə bilməz. Ancaq iki klub var ki, Azərbaycan futbolu dedikdə ilk ağıla gələn onlar olur. Yəqin ki, söhbətin “Neftçi” və “Kəpəz”dən getdiyini anladız.

SSRİ dönəmində cəmi bir dəfə Azərbaycan güclülər dəstəsində iki komanda ilə təmsil olunub ki, onlardan biri “ağ-qaralar”, digəri isə Gəncə (o vaxt Kirovabad) klubudu. “Neftçi” hər zaman ölkə üçün bir nömrə olub. Bütün Respublika onun üçün çalışıb. Gəncə klubunun isə taleyi isə bakılılarla müqayisədə o qədər də xoş olmayıb. “Sarı-göylər” istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində gah piramidanın zirvəsində olub, gah da Misir fironu Tutanhamon kimi ağır daş plitələr altında torpağa basdırlıb.

Ancaq bütün bunlara baxmayaraq, Gəncədə futbol ölməyib, “Kəpəz” maddi durumundan asılı olmayaraq, fəaliyyətini davam etdirib.
Hazırda birinci divizionda çıxış edən, AFFA-nın “bulağından su içən” “sarı-göylər”in növbəti mövsümdən elitada çıxış edəcəyi söylənilir. Kuluarlarda gəzən söz-söhbətlərə inansaq, assosiasiya rəhbərliyi yeni ot örtüyünə yüzminlərlə vəsait sərf etdiyi “Kəpəz”i 2019/20 “futbol ili”ndə yenidən elitada görmək niyyətindədi. Hətta AFFA-nın baş katibi artıq indidən qollarını çırmalayaraq, “sarı-göylər”ə rəhbərlik edəcək yeni kollektivi qurmağa çalışır.

Elxan bəy bu gün Gəncəyə səfər edəcək. Baş katib əvvəlcə şəhərin icra başçısı Niyazi Bayramovla görüşüb klubun gələcəyi barədə müzakirələr aparacaq. Ardınca isə başçı və baş katib Gəncə şəhər stadionuna baş çəkib, neçə illərdi arenanın həyətində yığılıb qalan süni örtüklü meydançanın salınmasında iştirak edəcəklər.

İcra başçısı ilə görüşdə Məmmədov “Kəpəz”in yeni rəhbərliyi barədə də söhbət edəcək. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Elnur Camalxanovun istefasından sonra boş qalan icraçı direktor postuna namizədlərdən birinin adı məlumdu. Bu, Xəyal Hacızadə adlı şəxsdi. Vaxtilə Gəncə Texnologiya Universitetində rektorun təsərrüfat işləri ilə köməkçisi olmuş bu şəxs işçində yol verdiyi nöqsanlara (yeyintiyə) görə işini itirib. Bir müddətdən sonra Hacızadə Təhsil Nazirliyinin nəznində olan idman məktəblərinin birinə rəhbər vəzifəyə gətirilib. Lakin orda da nəfsinə sahib çıxa bilmədiyindən, şəhərin ovaxtkı başçısı Elmar Vəliyev tərəfindən tutduğu postdan uzaqlaşdırlıb.

O vaxtdan işsiz qalan Xəyal bəy kimlərinsə sayəsində yeni icra başçısına yol tapıb. Havadarları Niyazi bəydən onu klubun icraçı direktoru təyin etməsini xahiş edib. O da öz növbəsində Hacızadəni AFFA-nın baş katibinin qəbuluna göndərib.

Yəqin ki, Elxan bəyin Gəncə səfərində müzakirə olunacaq mövzulardan biri də Hacızadənin namizədliyi olacaq. Ancaq ümid edirik ki, baş katib bu dəfə “Kəpəz”lə bağlı kadr siyasətində yanlışlığa yol verməyəcək və növbəti dəfə özünü “yandırmayacaq”.

RƏŞAD, "Futbol+"


 
tarix: 13-04-2019 09:00


 
Xəbər lenti
10.12.2019

16:00   Süleymanov Xəlilzadəyə çatdı

15:41   Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24   Messi: 8 ildən sonra ilk dəfə

15:04   Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40   Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26   “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05   "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51   “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43   “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21   Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02   80-ci qələbə

12:48   “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32   İsveçrə millisi Bakı proqramını açıqladı

12:15   “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00   “Traktor”da növbəti ayrılıq

11:46   Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33   APOEL Tomas Dollu istefaya göndərdi

11:16   Öncə Qurbanov, sonra Krasson

11:00   Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40   36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

10:20   “Barselona” Milana Messisiz yollandı

10:01   Elxan Məmmədovun “şişirtdiyi” gündəlik

09:44   “Traktor” Təbriz derbisindən məğlub ayrıldı

09:30   Dadaşovun vurduğu qol komandasını məğlubiyyətdən xilas etmədi

09:15   Avro-2020 üçün 40 çarter reysi bron edilib

09:00   Gəncə, Qəbələ, Lənkəran: Avro-2020 üçün onları da unutmayaq

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az