(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Riçard Almeyda: “Mən heç “Neftçi”nin oyununa baxmıram”

Riçard Almeyda: “Mən heç “Neftçi”nin oyununa baxmıram”

"Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqanın 24-cü turunda evdə “Sabah”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Görüşdə hesabı açan futbolçu əvvəlcə qələbəni şərh edib.
 
- Qələbə qazanmaq üçün nə lazımdırsa, etdik: hücumların qurulması, top itirdikdən sonra pressinq edib topu yerindəcə almaq. Kifayət qədər qol vəziyyəti yaratdıq.  Böyükhesablı qələbəyə baxmayaraq, daha çox qol vura bilərdik. Buna görə komanda yoldaşlarıma minnətdaram. Doğru yoldayıq, belə də davam etməliyik.
 
- Bir neçə real qol epizodunda son nöqtəni qoya bilmirdiniz. Problem nədə idi?
- Hardasa sizinlə razılaşa bilərəm. Məşqlərdə bunun üzərində çox işləyirik. Saşa Stamenkoviçin zəhmətini də yerə vurmaq olmaz. O, çox seyv etdi, əməyini danmaq olmaz. Ümumi götürdükdə bunu yaxşılaşdırmaq üçün çalışırıq.
 
- Səncə, bunun üçün hücumun sivri ucuna yeni, daha səviyyəli hücumçu lazımdı?
- Bu, mənim üzərimə düşən iş deyil. Komandamızda Mahir, Emeqara, Reynaldo, Araz kimi hücumçular var. Hər kəs öz üzərinə düşən işlə məşğul olmalıdır. Mən də öz işimi görməliyəm. Bu sual baş məşqçiyə ünvanlansa, yaxşı olar. Mövsümün sonunda hər şeyi biləcəyik.
 
- Sona dörd tur qalıb. Çempionluq şansınızı necə dəyərləndirirsən?
- Biz qalib gəlirik, "Neftçi" də udur. İndidən nəsə demək olmur. “Neftçi” də yaxşı komandadı. Azərbaycan klubları son illər inkişaf mərhələsindədirlər. Getdikcə qələbə qazanmaq daha da çətin olur. Komandaların səviyyəsi artıb.
 
- “Neftçi” “Səbail”ə qarşı oynayacaq. Əsas rəqibinizin xal itirəcəyini gözləyirsiniz?
- Mən heç “Neftçi”nin oyunlarına baxmıram. Bizim üçün əsas olan öz üzərimizə düşən işdir. Bu gün qalib gəlməliydik. Yolumuza davam edirik.
 
- Necə düşünürsən, çempionluğun taleyi son oyuna qalacaq, yoxsa vaxtından əvvəl həll olunacaq?
- Futbolda hər şey mümkündür. Niyə də olmasın? Təsəvvür edin ki, hər şey son tura qalır. Həm bizim, həm də onlar üçün möhtəşəm oyun olacaq. Öz üzərimizə düşən işi görməliyik.
 
- Son vaxtlar səni çox tənqid edirlər. Necə düşünürsən, bunu haqq edirsən?
- Hər bir futbolçu tənqid olunmalıdır. Tənqidi qəbul etməyi bacarmaq lazımdır. Amma məşqçim nə deyirsə, mənim üçün o daha önəmlidir.

 
tarix: 14-04-2019 10:47


 
Xəbər lenti
26.06.2019

14:00   Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30   “Fənərbaxça”da ayrılıq

13:00   “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30   “Sent-Etyen”dən Super Liqa klubuna

12:02   “Mançester Siti”də ayrılıq

11:41   Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20   Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:10   “Neftçi” Rumıniya klubu ilə üz-üzə - YENİLƏNİR

11:00   “Barselona” hücumçusunu satdı

10:30   FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00   “Barselona”dan “Everton”a - RƏSMİ

09:30   Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00   “Zalsburq”dan Super Liqa klubuna

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az