(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Tale Heydərovun etdiklərinin qarşılığında ona heç nə verməmişik”

“Tale Heydərovun etdiklərinin qarşılığında ona heç nə verməmişik”

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Keşlə"ni 2:1 hesabı ilə məğlub edən "Qəbələ"nin kapitanı Cavid Hüseynov oyundan sonra jurnalistlərə müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi əvvəlcə oyunla bağlı danışıb:

- Komandadan razı qaldım. Oyuna çox ciddi və istəkli hazırlaşmışdıq. Oyunu Tale Heydərov üçün oynayırdıq. Prezidentliyindən istefa verdi və bizim üçün üzücü xəbər oldu. Belə olmasını istəməzdik. Bu oyunda qələbə qazanıb, ona həsr etmək istəyirdik. Sevinirik ki, buna nail ola bildik. Oyunun ilk hissədində komandada gərginlik var idi. Bəzən gərginlik və istək çox olanda komandanı “yandırır”. Fasilədən sonra məşqçilər rahat olmağımızı istədilər. Bu gərginliklə davam etsəydik, ilk hissədəki kimi olacaqdıq. İkinci hissə başlayan kimi bunu hiss etdik, qol vurduq. İkinci qoldan sonra üçüncünü də vura bilərdik. “Keşlə” də dayanmırdı, mübarizə aparırdı. Hesab 2:2 də ola bilərdi, 3:1 də.

- Qələbəni Tale Heydərova həsr etsəniz də, onun rəhbərliyi dövründə titul qazana bilmədiniz. Kubokda mübarizə aparırsınız. Ölkə kubokunu qazanıb, ona həsr etmək fikirniz var?
- Düzgün vurğuladınız. Elə bir insan və şəxsiyyət üçün biz heç nə etməmişik. Onun elədiklərinin müqabilində qarşılıq verməyi bacarmadıq. Bu şəkildə klubdan ayrılmasını insan özünə sığışdıra bilmir. Bir insan kluba bu qədər qayğı göstərir, qapıları üzünə açır, ancaq sən ona nəsə verə bilmirsən. Bu da adamı yaralayır. Çox fikirləşirik. İstefa xəbərindən sonra geri baxıb, düşündük ki, bu qədər qayğının qarşılığında biz heç nə edə bilməmişik. Günahkar özümüzük.

- İstefa verəcəyini gözləyirdiniz?
- Xeyr, heç kim gözləmirdi. Ani anda oldu. Mövsümün sonuna 5 tur qalmış bu qərarı verdi. Mövsümün sonunda bəlkə də bu qərar gözlənilən olardı.

- Tale Heydərovun getməsindən sonra futbol ictimaiyyətində müxtəlik fikirlər var. Futbolçularda “Qəbələ”dəki gələcəkləri barədə gərginlik var?
- Gərginlik olmalıdır, bu, mümkünsüzdür. Biz o insana öyrəşmişdik. Ondan başqa rəhbər təsəvvür edə bilmirik. Mənimlə yanaşı, 99 faiz şəxs klubda belə düşünür. Onun yerinə kiminsə gəlməsini düşünə bilmirik. Burda komandanı o formalaşdırıb. 13 il az müddət deyil.

- Bu gün “Qəbələ”ni minə yaxın azarkeş dəstəklədi. Bu, gözlənilməz deyildi?
- Hər kəs Tale Heydərov üçün gəlmişdi.

- İkinci hissədə oyunun yaxşı alınmırdı. Bu, meydanla əlaqəlidir, yoxsa 90 dəqiqə oynamağa hazır deyilsən?
- Onu deyə bilmərəm. 70-ci dəqiqədə bunu hiss edirdim. Yorulmuşdum.

- Tale Heyədrovun gedişi “Qarabağ”la kubok oyunu öncəsi motivasiyanızı aşağı salmadı?
- Onun gedişi bizə pis etsə də, bundan sonrakı oyunlarımızı Tale Heydərova həsr edəcəyik.


 
tarix: 14-04-2019 18:55


 
Xəbər lenti
26.06.2019

14:20   “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00   Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30   “Fənərbaxça”da ayrılıq

13:00   “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30   “Sent-Etyen”dən Super Liqa klubuna

12:02   “Mançester Siti”də ayrılıq

11:41   Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20   Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:10   “Neftçi” Rumıniya klubu ilə üz-üzə - YENİLƏNİR

11:00   “Barselona” hücumçusunu satdı

10:30   FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00   “Barselona”dan “Everton”a - RƏSMİ

09:30   Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00   “Zalsburq”dan Super Liqa klubuna

08:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az