(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bordin: “Çempionluq uğrunda sonadək mübarizə aparacağıq”

Bordin: “Çempionluq uğrunda sonadək mübarizə aparacağıq”

“Neftçi”nin baş məşqçi Roberto Bordin Premyer Liqanın 24-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Bizim üçün gözlənilməz nəticə oldu. İlk hissədə çalışırdıq ki, oyuna nəzarət edək. Hesabı açdıqdan sonra daha bir qol vurmaq istəyirdik. Lakin rəqib hesabı bərabərləşdirdi. Buraxılan qoldan sonra komandamızda balans itti. Çalışdıq ki, bu balansı tez zamanda bərpa edək. Sonadək mübarizə apardıq və hesabı bərabərlişdirə bildik. Sonadək mübarizə aparmaq lazımdı.

- Mirabdulla zədələndikdən sonra Sansoneni yox, Tural Axundovu meydana buraxdınız. Çempionluğa oynayan komanda niyə 1 top öndə olan kimi müdafiəyə çəkilir?
- Abbasov azərbaycanlıdı. Onun yerinə əcnəbi futbolçu daxil etsəydim, limiti pozmuş olacaqdıq. Mirabdullanın ayağında qıcolma oldu. Eyni zamanda, onu da qeyd edim ki, rəqib hücum xəttindəki oyunçu sayını artırmışdı.

- Belə çıxır ki, oyunda qırılma anı Mirabdullanın zədələnməsi oldu?
- Əlbəttə, Abbasovun zədələnməsi planlarımızı pozdu. Bəli, həmin an qırılma nöqtəsi oldu. Məcburiyyətdən sxemi də dəyişməli oldum.

- “Səbail”in vurduğu qolları çılğınlıqla qeyd etməsi ehtiyat oyunçular skamyanızda qıcıq doğurmurdu?
- Buna fikir vermirdim. Bəlkə sizə elə gəlir ki, onlar təxribat yaratmaq istəyirdilər?

- Müdafiənizin sol cinahı zəif təsir bağışlayırdı. Gələcək oyunlarda bu, sizə başağrısı olmayacaq?
- Bu, sizin fikrinizdi. Mən razılaşmıram ki, Anton zəif idi. İlk yarıda oyunu idarə edirdik və Anton da yaxşı oyun göstərirdi. Son dəqiqəyədək qələbəyə oynayırdıq.

- Emin Mahmudovun yoxluğu bu gün nə dərəcədə hiss olundu?
- Emin komandamızın simvoludu. Deyərdim ki, öz mövqeyində ölkənin ən yaxşılarındandı.

- “Qarabağ”dan 2 xal geridəsiniz. İkinci hissədəki bərbad futbolla “Neftçi”ni nə dərəcədə çempionluğa layiq sayırsınız?
- İstər 1-ci, istərsə də 2-ci hissədə göstərdiyi oyunla titulu qazanmağa layiqdi. Razılaşmıram ki, komandam pis oynadı.

- 54 yaşınız olsa da, baş məşqçi olaraq təcrübəniz azdı. İkinci yer tutsanız, bunu özünüz üçün uğur sayacaqsınız?
- Uşaq yaşlarımdan futbolun içindəyəm. İllər boyu məşqçi olmuşam. Kifayət qədər də təcrübəm var. Biz 2-ci yer üçün oynamırıq. Əmin olun ki, sonadək çempionluq uğrunda mübarizə aparacağıq. (sport24)


 
tarix: 14-04-2019 20:29


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az