(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Bordinin hədiyyəsi

Bordinin hədiyyəsi

“Neftçi” bu xal itkisinə görə yalnız baş məşqçisindən narazı qalmalıdı. Aylardı yazılır, deyilir, amma italiyalı mütəxəssis tutduğunu buraxmır. Qorxaqların aqibəti belə olmalı idi. Ehtiyatlı oynamaq olar, lakin sənin müdafiən yalnız hücumçularının fərdi bacarığına görə yaxşı görünürsə, bunu bilməli, ona uyğun davranmalısan.
 
Premyer Liqada 24-cü tur sürprizsiz keçirdi. “Qarabağ” gözlənilən qələbə sayəsində çempionluq mübarizəsinə davam edirdisə, “Sumqayıt”la “Keşlə”nin növbəti məğlubiyyətləri onların mövsümün ən zəifləri olması haqda deyilənləri təsdiqləyirdi. Kəsəsi, bütün matçlarda favoritlər qalib gəlmişdi. Bircə qalırdı “Neftçi”nin “Səbail”i üstələyərək bir gün əvvəl oyun sayında əldən verdiyi liderliyi qaytarması.
 
Əvvəlki turlarda rəqibindən daha tez meydana çıxan bakılılar sonradan “Qarabağ”ın qələbəsini görmüşdü. Bu dəfə isə ağdamlılar gözləmədə idi və “Neftçi” psixoloji basqıdan çıxa bilmədi.
 
Əslində, hər şey əla gedirdi - “Neftçi” hesabı açmışdı, oyuna diqtə edirdi, liderliyini qorumaq üçün əla şans qazanmışdı. Və birdən Bordinin adəti yadına düşdü, növbəti dəfə hesabı qorumaq üçün beşli müdafiəyə keçdi. Bir neçə oyunda bunun əziyyətini çəkən, axırıncı dəfə bu üsulla “Qəbələ”yə xal bağışlayan italiyalı yenə komandaya zərbə vurdu. Subut olundu ki, müdafiəçi sayını artırmaq hələ düzgün müdafiə olunmaq demək deyil. Bununla rəqibin öz üstünə daha çox gəlməsini təmin edirsən.
 
Aftandil Hacıyev daha uğurlu əvəzetməyə əl atdı. O, həm oyun sistemini dəyişdi, həm də irəlidə aqressiv oynamaq üçün yetirmələrini ruhlandırdı. “Səbail”in bərabərlik qolunu çempionatın ən gənc oyunçusu Ədilxan Qaraəhmədov vurdu. O, Mamadu Mbodju asanca zərərsizləşdirdi və uzaq küncə qarşısıalınmaz zərbə vurdu. Az sonra ağır Mbodj Ağabala Ramazanova - bu dəfə sürətdə - uduzdu və meydan sahibləri 2:1 hesabıyla önə keçdi.
 
“Neftçi” bir məşqçinin edə biləcəyi ən ağılsız addımın qurbanı olmuşdu. Yarımmüdafiəni gücləndirmək və ya topu öndə saxlamaq üçün hücumları sıralamaq əvəzinə müdafiəçi sayını artırmaqla komandanı təzyiq altına salan Bordini məğlubiyyətdən həmin Mbodj xilas etdi. Hücumçu Canluka Sansonedən 4 dəfə çox qol vuran Mamadu son saniyədəki dəqiq baş zərbəsi ilə həm də səhvlərini unutdurmağa çalışdı.
 
Lakin bu qol “Neftçi” üçün heç nəyi dəyişmir. İstənilən halda, çempion olmaq üçün son turda “Qarabağ”ı yenmək lazım gələcək. Məğlubiyyət təqdirində də eyni tələb olacaqdı. Əvəzində Aleksandr Rıbkanın hirslənərək qırmızı vərəqə almasına da səbəb olan sonuncu qol “Qəbələ“nin işinə yaradı. “Qara-qırmızılar” 3-cü pillə uğrunda mübarizədə əsas rəqiblərinin xal itkisinə sevinməlidi.
 
Lider dəyişdi, amma böyük ölçüdə heç nə dəyişmədi. “Neftçi” yenə çempionluq şansını öz əlində saxlayır, sadəcə, indi ağdamlılarla şəxsi oyunda heç-heçə sərf etməyəcək, bugünədək “Qarabağ” həmin matçda qələbə qazanmağa məhkum idisə, indi bakılılar eyni məcburiyyətdədi.
 
Lideri dəyişən “Səbail”i də alqışlamaq lazımdı. İlk yarını bərbad keçirən komanda fasilədən sonra toparlandı. Heyət baxımından qonaqlardan zəif olan bayıllıların baş məşqçisi Aftandil Hacıyev həmkarının səhvlərindən maksimum istifadə etdi. Düzgün əvəzləmələr, daha cəsarətli futbol qələbə də gətirə bilərdi.
 
Maraqlıdı ki, gün ərzində baş tutan hər iki oyunu 1-ci hissəsi qolsuz bitdi, fasilədən sonra isə 7 top vuruldu. Və yalnız digərlərindən 1 qol az vuran “Keşlə” xal qazana bilmədi.
 
FƏRİD

 
tarix: 14-04-2019 20:39


 
Xəbər lenti
24.08.2019

22:00   “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

21:51   Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37   “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56   “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23   Bundesliqada yeni rekordçu

19:51   Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11   Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39   Vensan Kompaniyə daha bir zərbə

17:36   “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10   “Dinamo”dan Şeydayevsiz qələbə

15:11   “Sumqayıt”la oyuna 4 itki ilə

15:01   “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21   “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47   Millimizin heyəti açıqlandı

12:49   Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59   İsrafilovsuz qələbə

11:03   UEFA “Qarabağ”ı cərimələdi

09:47   "Neftçi"nin legioneri Hindistan klubunda

09:21   “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14   Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00   Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi: "Məni bağışlayın"

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az