(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ”nin göstərdikləri...

“Qəbələ”nin göstərdikləri...

“Qəbələ” “Keşlə”ni daha istəkli olmasına görə məğlub etdi. Mövsümün sonunda ayılan əyalət klubu itirdiyi mövqeləri qaytarmaq üçün maksimum səy göstərir.
 
Hətta klub prezidenti Tale Heydərovun istefası da “Qəbələ”ni ruhdan salmayıb. Bu gün Sənan Qurbanovun yetirmələri meydana çıxıb, heç nə olmayıbmış kimi mübarizə apardı və hədəfə doğru növbəti addımı atdılar.
 
“Qəbələ” təkcə mübarizə ruhunu göstərmədi. Tribunalardakı anşlaq da qəribə idi. Komandanı bugünədək səfər oyunlarında 40-50 nəfər dəstəkləyərdi, “Keşlə” ilə matçda isə bu say 500-ü keçdi. Sonradan hər şeyin klub rəhbərliyi tərəfindən təşkil olunduğu aydınlaşdı. Sponsorlara bağlı “Gilan” şirkətinin əməkdaşları səfərbər olunub, matça göndərilmişdi.
 
Heydərovun istefasından sonrakı anşlaqın dəqiq səbəbini bilmirik. Amma 2 variant var:
1-cisi, Tale bəyin qəfil istefası yuxarıların xoşuna gəlməyib. Bu şəxsin futbola yatırım etməkdən çəkinməsi təpkiyə səbəb olub və tələsik addım atılıb.
2-cisi, kluba gəlməsi gözlənilən yeni sponsorlar üçün şou təşkil olunub. Deyilənlərə görə, Heydərov klubu sıx münasibətdə olduğu ərəblərə təhvil vermək istəyir və bu, onları bir az da şirnikləndirmək üçün yaradılan ajiotajdı.
 
Meydandakı oyun, tribunadakı izdiham öz yerində, qəbələlilər başqa “bir şey” də göstərdi. Oyununu 42-ci dəqiqəsində Stiven Monrozun göstərdiyini nə yazmaq olar, nə də fotosunu paylaşmaq. Amma qonaqların futbolçusu bunu canlı efirdə göstərdi.
 
Təbii ki, bu biabırçılığa görə kimisə konkret günahlandırmaq olmur. “CBC Sport”dakılar belə bir halın yaşanacağını ağlına da gətirməzdi. Bu hadisədə əsas günah hakimdə idi və o da gördüyü ilə payını aldı. Monroz Vüqar Həsənlinin israrla “baxmaq istədiyini” nümayiş etdirdi, lakin o da oyunun canlı yayımlandığını düşünməli idi.
 
Hakim matçdan öncə futbolçuların geyimlərinə nəzarət etməli, yoxlamalıdı. Amma Vüqar yalnız hissə başa çatarkən Monrozun alt geyiminin rəngində problem olduğunu anladı. Futbolçu onu dəyişdikdən sonra hakim bir daha yoxlamağa qərar verdi və israrla tumanı yuxarı çəkməsini istədi. Efirdə də aydın eşidilir, Monroz Həsənliyə “... görmək istəyirsən?” deyib, geyimini bir az da yuxarı çəkir və ... Biabırçılıq. Vüqar özünü o qədər itirdi ki, futbolçuya qırmızı vərəqə verməyi də unutdu.
 
“Qəbələ” 90 dəqiqədə çox şey göstərdi. Azarkeşlərə gözəl oyun, rəhbərliyə fanat izdihamı, hakimə görmək istədiyini...
 
AĞA
 
 
 
 
Qaldır, bir az da...

 
tarix: 14-04-2019 21:04


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az