(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Stuxlik 4 hakimi mövsümün sonuna kimi cəzalandırdı

Stuxlik 4 hakimi mövsümün sonuna kimi cəzalandırdı

AFFA Hakimlər Komitəsində özbaşınalıq davam edir. Qurum idarəolunmaz vəziyyətdədi. Sədr Frits Stuxlik hakimlərlə istədiyi kimi davranır, komitə üzvləri isə bu vəziyyətdən şəxsi məqsədləri üçün istifadə edir.
 
Bir neçə gün öncə ikisi FIFA referisi olmaqla, 4 hakimin “qələmi qırılıb”. Rəhim Həsənov, Rauf Cabbarov, Rəvan Həmzəzadə və Orxan Məmmədov mövsümün sonuna kimi cəzalandırılıb. Onların son tura təyinat almaması da bununla bağlıdı. Hakimlərə cəza tətbiq edilmədiyini bildirən, işində bu prinsipə sadiq qalan avstriyalı sədr mövsümün sonunda nədənsə belə bir addım atıb.
 
Bəzi komitə üzvlərinin də dəstək verdiyi qərarın əsas səbəbi çempionatın sonunda gənc və təcrübəsiz hakimlərlə hoqqalar çıxarmaqdı. Lazım olan komandalara kömək etmək üçün onsuz da müəyyən işlər görülür. Lakin adı çəkilən təcrübəlilərin yoxluğunda bunu daha rahat etmək olacaq. Necə ki, dünən hakim Vüqar Həsənli “Keşlə”nin xal qazanması üçün hər şey etdi. Sadəcə, “Qəbələ” güclü olub, vacib qollar vurdu və meydan sahiblərini xilas etmək mümkün olmadı. Dmitri Bezotosnıya qarşı kobudluq edərək qol vurulması, hakimlərin buna göz yumması təsadüfi deyildi.
 
4 hakimin cəzalanmasının, Premyer Liqadan kənar saxlanmasının səbəbi də onlara qarşı qərəzin olduğunu, hər şeyin planlı edildiyini göstərir. Belə ki, bu hakimlərdən 23-cü tur bitən kimi normativ götürülüb. Rəhim və Orxan baş, Rauf 4-cü hakim kimi təyinat aldıqları oyunun ertəsi imtahana cəlb olunub, faktiki fiziki güclərini bərpa etməyə imkan tapmayıblar. Belədə onların normativi verə bilməməsi hardasa gözlənilən olub. Stuxlikin gözünə “pis görünən” Əliyar Ağayev isə tora düşməyib, vəziyyətdən çıxmağı bacarıb.
 
Təbii ki, normativ vermək vacibdi, hakimlərin formada olması şərtdi. Lakin ilin-günün bu vaxtında ədalət təmsilçilərini test etmək özü anormaldı. Hakimlər normativi ildə 2 dəfə verir və bu, mövsümün startında, eyni zamanda qış fasiləsində olur. Çempionatın gedişində, hətta finişə bir ay qalmış qəfil yoxlanışın arxasında məkr olmalıdı.
 
Premyer Liqada 2019-cu ildə cəmi 9 hakimin fit çaldığını nəzərə alsaq, yarışı 5 referi ilə yola vermək lazım gələcək. Qarşıda isə çempionluğun, digər medalçıların, son pillənin sahibinin taleyinin həll olunduğu 4 tur və 5 vacib kubok matçı var. İlinə 150 min avro maaş almaqla 3 illik müqavilə bağlayan avstriyalı isə heç kimlə hesablaşmır, hətta AFFA rəhbərliyini də saya salmır, öz bildiyini edir.
 
FƏRİD

 
tarix: 15-04-2019 10:50


 
Xəbər lenti
17.09.2019

20:00   “Qarabağ” - “Sevilya”: Son məşqlər və mətbuat konfransları

19:17   Millimizin rəqibinin heyəti açıqlandı

18:24   Lopeteqi: “Qarabağ” bizim üçün hər şeyi çətinləşdirə bilər”

17:46   Braziliya millisi afrikalılarla qarşılaşacaq

17:21   Kokorinlə Mamayev azadlıqda

16:58   “Valensiya”da “Çelsi” ilə oyun öncəsi “üsyan”

16:36   “Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

16:15   “Sevilya” Bakıya 23 futbolçu ilə gəlir - FOTO

15:54   Neymarın cəzası azaldıldı

15:35   Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

15:24   Dmitri Nazarova yeni müqavilə təklifi

15:02   “Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

14:41   “Qarabağ” - “Sevilya” matçına nə qədər bilet satılıb?

14:20   “Qarabağ”ın Avroliqadakı rəqibi baş məşqçisi ilə vidalaşdı

14:00   Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar

13:42   Petrov: “Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridi”

13:21   Birinci Divizionda da cəzalar açıqlandı

13:00   AFFA-dan 7 kluba 800 manatlıq cərimə

12:41   Azərbaycanla oyunun mükafatı xeyriyyəyə sərf edildi

12:22   Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

12:03   Emil Balayev ən yaxşılar arasında

11:51   “Təmkindən Messisayağı qol gözləmirdim” - VİDEO

11:40   “Qarabağ” Romeronun qardaşını da aldı

11:21   Millimizin heyəti açıqlandı

11:00   “Sabah”da xorvat baş məşqçi?

10:49   “Fənərbaxça”nın sabiq forvardı Belçika klubunda

10:30   “Real”da daha bir ciddi itki

10:14   “Trabzonspor”un daha bir futbolçusu əməliyyat olundu

10:00   Messi “Borussiya”ya qarşı oynaya biləcək

09:44   Xesus Navas “Futbolinfo”ya danışdı: “Qarabağ”ı “Atletiko” ilə oyunlardan tanıyıram”

09:17   MY-dən De Xea ilə 5 illik müqavilə - RƏSMİ

09:00   Kamran 90 dəqiqə oynadı, “Jonava”...

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az