(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ” rəsmisi Monrozun hərəkətinə görə üzr istədi

“Qəbələ” rəsmisi Monrozun hərəkətinə görə üzr istədi

“Qəbələ”nin futbolçusu Stiven Monrozun Azərbaycan Premyer Liqasının son turunda “Keşlə” ilə keçirilən matçda ədəbsiz hərəkətə yol verməsinin səbəbi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Səfiyarlı bildirib ki, fransalı hücumçu dördüncü hakim Rövşən Rəcəbovun israrından sonra şortunu tam yuxarı qaldırıb:

“Qaydalara əsasən, losin şortun rənginə uyğun olmalıdır. İndiyədək komandamız əksər oyunlara qara rəngli şortlarla çıxdığı üçün losin də qara olub. Amma bu dəfə səfər matçı olduğundan, ağ rəngli formada oynayırdıq. Monroz isə qara rəngli losin geyindiyindən, oyun vaxtı onu əynindən çıxarması tələb olunub. O da referinin tələbini yerinə yetirib, sadəcə, dəyişdirməyə macal tapmayıb. Meydana qayıtdığı vaxt dördüncü hakim ondan losini çıxarıb-çıxarmadığını soruşub. Monroz “çıxarmışam” desə də, Rəcəbov losini yığıb gizlətdiyini düşünərək, futbolçumuza qarşı israrlı davranıb. Nəticədə oyunçumuz şortunu tam yuxarı qaldırıb və bu da canlı yayıma düşüb”.

Bununla belə, “Qəbələ” rəsmisi futbolçunun cəzalanacağını vurğulayıb:

“İstənilən halda, Monrozun hərəkəti xoşagəlməz haldır və buna görə üzr istəyirik. Futbolçunun özü pul cəriməsinə məruz qalacaq”. (sportnet.az)


 
tarix: 15-04-2019 13:14


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az