(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Mövsümdə yeni rekord və yubileylərlə zəngin matç

Mövsümdə yeni rekord və yubileylərlə zəngin matç

Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turu “Səbail” üçün yubileylərlə əlamətdar olub. 

Futbolinfo.az xəbər verir ki, öz meydanında “Neftçi” ilə 2:2 hesablı heç-heçə edən Aftandil Hacıyevin yetirmələri Premyer Liqada 10-cu dəfə bərabərliyə imza atıblar. Yubiley heç-heçəsi 52-ci qarşılaşmada qeydə alınıb. Bu, paytaxt təmsilçisinin öz meydanında 5-ci sülhü olub. Doğma divarlar arasında 26-cı matçını keçirən komanda həm də evdə 15-ci qolunu vurub. Yubiley qoluna Ağabala Ramazanov imza atıb.

Abbasovla Ramazanov üçün eyni göstərici

Bu oyun həm də iki futbolçunun Azərbaycan çempionatlarında yubiley qolu ilə yadda qalıb. İlk qolu vuran Mirabdulla Abbasov özünün Premyer Liqada 20-ci qoluna imza atıb. O, bu rəqəmə 79-cu matçda çatıb. Hücumçu bu qollardan 12-nə (52 oyun) indiki komandasında imza atıb. Oyunun gedişində meydan sahiblərini önə çıxaran Ağabala Ramazanov da 20-ci qolunu vurub. O, 139-cu matçında buna nail olub. Forvard indiki klubunda keçirdiyi 20-ci oyunda 5-ci qola imza atıb.

Mövsümdə yeni rekord

“Səbail”in futbolçusu Ədilxan Qarəhmədov cari mövsümdə qol vuran ən gənc futbolçu olub. “Neftçi” ilə oyunda (2:2) fərqlənən futbolçu 17 yaş 313 günlüyündə qol sevinci yaşayıb. 2001-ci il iyunun 5–də anadan olan gənc oyunçu mövsümün rekordunu 2 il 79 gün yeniləyib. Bu matçadək rekord 20 yaş 27 günlüyündə qol vuran Anton Krivotsyuka məxsus idi. “Neftçi”nin futbolçusu “Keşlə”ylə 2018-ci il sentyabrın 16-da keçirilən görüşündə rəqib qapısına yol tapmışdı.


 
tarix: 15-04-2019 13:50


 
Xəbər lenti
26.06.2019

13:30   “Fənərbaxça”da ayrılıq

13:00   “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30   “Sent-Etyen”dən Super Liqa klubuna

12:02   “Mançester Siti”də ayrılıq

11:41   Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20   Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:10   “Neftçi” Rumıniya klubu ilə üz-üzə - YENİLƏNİR

11:00   “Barselona” hücumçusunu satdı

10:30   FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00   “Barselona”dan “Everton”a - RƏSMİ

09:30   Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00   “Zalsburq”dan Super Liqa klubuna

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az