(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi”dən ayrılacaq 4 futbolçu bəllidi

“Neftçi”dən ayrılacaq 4 futbolçu bəllidi

“Neftçi” yay transfer planlarını cızır. Neçə vaxtdı bir neçə futbolçunun adı bakılılarla yanaşı çəkilir, hər ötən gün yeni namizədlər ortaya çıxır. Həm yerli, həm də əcnəbi oyunçularla bağlı ciddi informasiyalar var.
 
Tutacağı yerdən asılı olmayaraq, komandanın heyətdə islahat aparılacaq. Çünki avrokuboklarda uğurlu iştirak üçün daha yaxşı futbolçulara ehtiyac var, sponsorlar da rəhbərliyə bu imkanı yaratmağın əleyhinə deyil.
 
4 futbolçunun yayda komanda ilə vidalaşacağını indidən demək olar. Qoran Paratski ümidi doğrultmur, onun yaşı da müqavilənin davam etdirilməsi üçün əlverişli deyil. Bu səbəbdən 32 yaşlı xorvat ölkəmizdə son mövsümünü keçirir.
 
Petru Rakunun gedəcəyi isə elə debüt oyununda bəlli oldu. Cəmi 1 matça çıxan və komandaya yaramadığını 10-15 dəqiqəyə sübut edən moldovalı müdafiəçi də vətəninə qayıdacaq. Bu oyunçunun da 32 yaşı var və ümumiyyətlə, niyə transfer edildiyi azarkeşlər üçün sual olaraq qalır. Elvin Sərkərovun icarəyə verilməsindən sonra tələsik alınan arxa xətt oyunçusu Roberto Bordinin güvənmədiyi futbolçulardandı.
 
“Neftçi” 2 yerli futbolçunu da yola salacaq. Rəhman Hacıyev heç cür heyətə düşə bilmir və özünə yeni iş yeri axtarır. Yarımmüdafiəçi ilə bir neçə komanda, əsasən “Sumqayıt” maraqlanır. 2 klub bu futbolçunun Aleksey İsayevlə dəyişdirilməsi məsələsində ortaq məxrəcə gələ bilər. Bakılılar İsayevi düşərgəsinə cəlb etmək arzusundadı və Rəhman barter üçün sumqayıtlıların arzuladığı simadı.
 
Bordinin şans cermədiyi Məhəmməd Mirzəbəyovun gedəcəyi yer isə bəllidi. Cinah müdafiəçisi heyətdəki yerini çoxdan itirib və gənclərlə rəqabəti uduzur. Onun qışda “Sabah”a gedən Rəşad Eyyubovun arxasınca yollanacağı gözlənilir. Debütant milliləşdirilmiş oyunçunun xidmətində maraqlıdı, futbolçu da ilkin razılıq verib. Qalır mövsümün bitimini gözləmək və anlaşmanı rəsmiləşdirmək.
 
“Neftçi”dən göndərilənlərin sayı daha çox ola bilər. Bu, daha çox italiyalı baş məşqçinin taleyindən asılıdı. Bakılılar nəticələr üzündən Bordinlə müqaviləyə vaxtından əvvəl xitam versə, birbaşa çalışdırıcının istəyi ilə transfer olunan daha bir neçə oyunçu göndərilə bilər. Hələliksə 4 nəfərin gələn mövsüm “ağ-qara” forma geyməyəcəyi dəqiqdi.
 
CAVAD

 
tarix: 16-04-2019 09:00


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az