(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Klublar kubokun finalının Naxçıvanda keçirilməsini istəmir?

Klublar kubokun finalının Naxçıvanda keçirilməsini istəmir?

“AFFA Klublar Komitəsinin bugünkü iclasında ilk olaraq, 2019-2020 mövsümündə Azərbaycan Premyer Liqasında gənc futbolçular üçün limit məsələsi müzakirə edilib".

Futbolinfo.az xəbər verir ki, bu barədə komitə sədri Riad Rəfiyev toplantıdan sonra keçirdiyi brifinqdə deyib. O bildirib ki, müzakirələrə Peşəkar Futbol Liqası rəsmiləri və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç də qatılıb. İclasda həm klublar, həm də Obradoviçin fikirləri dinlənilib. Serbiyalı mütəxəssis 1998-1999 təvəllüdlü iki futbolçunun start heyətdə yer almasını təklif edib. Klublar isə buna fərqli yanaşıblar. Yəni, bununla razılaşanlar da, razılaşmayanlar da olub.

Rəfiyev gündəlikdəki daha bir məsələnin oyunların vaxtı ilə əlaqədar olduğunu diqqətə çatdırıb: "Artıq havalar istiləşməyə doğru gedir. Aprelin 13-də "Zirə" - "Sumqayıt" matçı saat 16:00-da başladı. Azərbaycan Kubokunda bu iki komanda arasındakı ilk yarımfinal görüşü isə saat 16:30-da start götürəcək. Fikrimizcə, artıq oyunların saatlarını dəyişsək və bir qədər gec saatlara təyin etsək, daha yaxşı olar".

Komitə sədri Azərbaycan Kubokunun final matçının süni işıqlandırma sistemi olmayan stadionda təşkilindən narahatlıqlarını da ifadə ediblər: "Əslində finalın regionda keçirilməsi gözəl fikirdir. Biz də bu ideyanı dəstəkləyirik. Sadəcə, bəzi nüanslar var ki, onunla əlaqədar müzakirə aparılır. Məsələn, Azərbaycan Kubokunun finalının Naxçıvanda keçiriləcəyi deyilir. Amma oradakı stadionda süni işıqlandırma yoxdur. May ayının 19-da havalar isti olacaq. Bununla əlaqədar hansı tədbirlər görüləcək? Belə şeylər müzakirə olundu. Növbəti iclas mayın 14-nə təyin olunub. Ümidvarıq ki, hansısa dəyişiklik olsa, o vaxtadək bizə Peşəkar Futbol Liqasından xəbər gələcək".

Komitə sədri toplantıda İntizam Kodeksindəki bəzi bəndlərə yenidən baxılmasının təklif olunduğunu da diqqətə çatdırıb: "Klubların fikrincə, həmin bəndlərə baxılsa, daha yaxşı olar".

Nəhayət, UEFA-nın uşaq futbolu üçün klublara ayırdığı vəsaitin hara xərclənməsi də müzakirə olunub. Rəfiyevin sözlərinə görə, klublar gələn ay AFFA-ya bununla bağlı hesabatlarını təqdim etməlidirlər.

“Qəbələ”nin futbolçusu Stiven Monrozun Azərbaycan Premyer Liqasının 24-cü turunun "Keşlə" ilə səfər oyunundakı (2:1) hərəkətinə də münasibət bildirən Rəfiyev bu məsələnin Klublar Komitəsinin iclasında müzakirə olunmadığını deyib: "Onun məsələsinə İntizam Komitəsi baxaraq müvafiq qərar verəcək. Toplantıda tərbiyə işləri barədə danışdıq. Əlbəttə, Monrozun davranışı yaxşı hal deyil. Heç kim istəməz ki, belə alınsın. Biz və başqa klublar da müzakirələr aparırıq. Futbolçulara təkcə əsas komanda ilə deyil, akademiyada da özlərini necə aparmaları və media ilə necə münasibət qurmalı olduqları kimi məsələləri çatdırırıq".

KK-nın növbəti iclas isə mayın 14-nə təyin olunub. (Report)


 
tarix: 16-04-2019 12:48


 
Xəbər lenti
25.08.2019

11:30   Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44   "Neftçi"nin məşqçisi təltif olundu

10:32   Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25   “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08   “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

10:00   “Sabah” “Keşlə”yə, “Qarabağ” “Qəbələ”yə qarşı - YENİLƏNİR

09:43   Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21   Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12   “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

09:00   Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin günüə salındı

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az