(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Emil Balayev: “Hər oyundan sonra məni təbrik edirlər”

Emil Balayev: “Hər oyundan sonra məni təbrik edirlər”

“Tobol"un qapıçısı Emil Balayev qol.az-a müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, qış fasiləsində "Səbail"dən Qazaxıstan klubuna keçən qolkiper həm oradakı vəziyyətindən, həm də gələcək hədəflərindən danışıb.

- Üç aya yaxındır Qazaxıstandasan. Ümumi vəziyyətin necədir?
- Şükürlər olsun, hər şey yaxşıdır. Həm şəhərə, həm çempionata, həm də komandaya uyğunlaşma dövrü yaxşı keçdi. Hər şey qaydasındadır.

- Çempionatın səviyyəsi necə, səni razı salır?
- Təbii ki, çempionatın səviyyəsi məni razı salır. Artıq 5 tur geridə qalıb. Hər bir oyun özünəməxsus məqamlar, hisslərlə yadda qalıb. Bu haqda ancaq pozitiv sözlər deyə bilərəm.

- Azərbaycan və Qazaxıstan Premyer Liqası arasında nə kimi fərqlər var?
- Azərbaycanda daha çox texnikalı futbola üstünlük verilir. Burada isə atletik futboldur. Qazaxıstan çempionatında ikili mübarizələr, qarşıdurmalar daha çox nəzərə çarpır. Bir də komanda sayında fərq var. Bilirsiniz ki, Azərbaycan Premyer Liqasında 8, burada isə 12 klub mübarizə aparır.

- Sənə qarşı yerli publikanın, komanda yoldaşlarının münasibəti necədir?
- Həm azarkeşlərin, həm də futbolçuların yanaşması, münasibəti çox yaxşıdır. Hər oyundan sonra istənilən vəziyyətdə komanda yoldaşlarım, yerli fanatlar məni təbrik edirlər. Azarkeşlərimiz daim komandanın yanındadır. Bu, çox xoşagələn haldır.

- "Tobol"a keçməklə əsas məqsədinin oradan daha səviyyəli klublara getmək olduğunu bildirmişdin. Gəlib, oyunlarınıza baxan skautlar olurmu?
- Futbolçuların klubla peşəkar müqaviləsi var. Hazırda yalnız bu komandanın uğurları üçün çalışırıq. Digər amillər, kiminsə gəlib oyunumuza baxıb-baxmaması ilə maraqlanmamışam. Hazırda əsas diqqətim "Tobol"un uğur qazanmasına yönəlib.

- Bundan əvvəlki turda kobud səhvə yol versən də, hamı sənə dəstək oldu. Necə düşünürsən, eyni səhvi burada etsəydin, hansı reaksiyalarla üzləşərdin?
- Yadınızdadırsa, "Səbail"in heyətində "Sumqayıt"a 0:1 hesabı ilə uduzduğumuz səfər matçında da səhvim olmuşdu. Elə qol da məhz həmin səhvdən sonra vurulmuşdu. Həmin oyunda məğlub olmağımıza baxmayaraq, matçdan sonra həm Aftandil Hacıyev, həm komanda yoldaşlarım, həm də rəhbərlik məni dəstəkləmişdi. Baş məşqçi növbəti görüşdə də mənə şans vermişdi. Futbol ictimaiyyətini deyə bilmərəm, amma az öncə sadaladağım insanlar mənim yanımda oldular.

- Burada çox vaxt boş tribunalar qarşısında oynayırdın. Qazaxıstanda isə hər oyuna kifayət qədər azarkeş gəlir. Bu amil çıxışına necə təsir edir?
- Hər bir çempionatın özünəməxsus gərginliyi, sürəti var. Təbii ki, azarkeş amili böyük rol oynayır. Amma mən deməzdim ki, Azərbaycanda oyunlara az adam gəlir. "Səbail"in "Neftçi" ilə son oyununu yəqin ki, izləmisiniz. Demək olar ki, stadion dolu idi. "Səbail" azarkeşləri həm səfər, həm də ev oyunlarında bizə maksimum dəstək olmağa çalışırdılar. 

- Bu mövsümdə komandanızın qarşısına hansı məqsəd qoyulub?
- Qarşımıza konkret hansı məqsəd qoyulması haqda nəsə deyə bilmərəm. Sadəcə olaraq, çempionat başlayandan komandada yaxşı atmosfer, ruh yüksəkliyi var. Məqsədimiz hər oyunda meydana çıxıb, final fitinə qədər mübarizə aparmaq və maksimum nəticə qazanmaqdır.


 
tarix: 16-04-2019 14:51


 
Xəbər lenti
18.07.2019

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az