(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA-dan 2 komandaya texniki məğlubiyyət

AFFA-dan 2 komandaya texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqasında “Sumqayıt” – “Neftçi” matçının 61-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Fariz Qasımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Keşlə” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Keşlə”nin futbolçusu Əmrah Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Tufan” – “Sabah” matçının 60-cı dəqiqəsində “Tufan”ın futbolçusu Muxtar Nəzərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 90+3-cü dəqiqəsində “Tufan”ınfutbolçusu Nurlan Nuriyev hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 90+3-cü dəqiqəsində “Sabah”ın baş məşqçisi Namiq Süleymanov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Xəzər Lənkəran” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın futbolçusu Əli Tağızadə təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra “Qəbələ”nin futbolçusu Emil Səfərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-16 Liqasında “Viləş” – “Zirə” matçının 56-cı dəqiqsəində “Zirə”nin futbolçusu Nurəli Nurəliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-14 Liqasında “Binə” – “Keşlə” matçının 46-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Əhməd Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Neftçi” – “Sabah” matçının 59-cu dəqiqəsində “Sabah”ın futbolçusu Əli Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Neftçi” İK İB (Siyəzən) – “Turan Tovuz” (Tovuz) matçının 17-ci dəqiqəsində “Turan Tovuz”un məşqçisi Elxan Abdıyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 31-ci dəqiqəsində “Neftçi” İK İB klubunun məşqçisi Elçin Ağayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Azərbaycan Kubokunda “Qubek” (Balakən) – 8 №-li “İOEUGİM” matçında “Qubek” əvəzetmə limitini pozduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan II Liqasının “Obolon” – “Advokat”   matçının 15-ci dəqiqəsində “Advokat”ın məşqçisi Fuad Rzayev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan II Liqasının “Star Karqo” – “Atletiko Baku” matçının 15-ci dəqiqəsində “Starkarqo”nun futbolçusu Şamil Ramazanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan II Liqasının “Gilan” – “Gənclik” İK matçının 27-ci dəqiqəsində “Gənclik” İK klubunun futbolçusu Pərviz Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan II Liqasının “Xəzər” – “Bədr” FK matçının 28-ci dəqiqəsində “Xəzər”in futbolçusu Yaşar Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan II Liqasının AZMİU – “Metropoliten” matçının 25-ci dəqiqəsində AZMİU klubunun futbolçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 30-cu dəqiqəsində AZMİU klubunun futbolçusu Hakan Erik hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan II Liqasının ADBTİA – “Sovetski” matçında “Sovetski” iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.


 
tarix: 16-04-2019 15:57


 
Xəbər lenti
18.07.2019

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az