(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Divizionda yeni qumar faktları: AFFA üçün siyahı

Divizionda yeni qumar faktları: AFFA üçün siyahı

Birinci divizionda şıdırğı alver gedir. Danışılmış oyunların kökünü kəsə bilmədiyi üçün susan AFFA faktiki aciz qalıb. UEFA-dan hər həftə şübhəli matçların yeni siyahısı gəlir.
 
AFFA-nın nəyi, niyə gizlətdiyini bilmirik, amma bizim də şübhələndiyimiz məqamlar var. Divizonda əmsalı yüksək olan, favorit göstərilməyən komandaların qələbə sayı xeyli çoxalıb. Zəif bilinənlərin gözlənilməz qələbələri təbii ki, təsadüf deyil. 1-2 oyun olsa, şübhələnməzdik, lakin indi hər tur bir neçə belə oyuna şahid oluruq. Hələ bol qollu matçlar və s. demirik.
 
Son vaxtlar divizionda qumar başqa üsulla oynanılır. Şəxsi müşahidələrimizə əsasən bir neçə faktı yazacaq və AFFA-nın araşdırmasını gözləyəcəyik.
 
Mərc oyunları ilə maraqlananlar bilir ki, oyun çevirməyin əmsalı minimum 15-20 əmsalı ilə ölçülür. İlk yarıda bir komandanın, 90 dəqiqənin tamamında isə digərinin qələbəsi bu variant pul qoyanlara sərvət qazandırır. Əmsal isə bunu zəifin və ya qonaq komandanın bacarması halında daha böyük olur, “stavka” edənə qoyduğu pulun 30-40 mislini qazandırır.
 
Və bizim divizionda son 4 turun bugünədək baş tutan 25 oyununda artıq 7 belə matç reallaşıb. Bu, ümumi oyunların 28 faizi deməkdi. Müqayisə üçün qeyd edək ki, Premyer Liqada reallaşan 24 turun 96 matçı ərzində cəmi 3 dəfə belə geridönüş reallaşıb. Təkcə bu fakt divizionda belə nəticələrin ssenariylə reallaşdığını deməyə əsas verir.
 
Son 4 turun hissə və matçda fərqli qalibləri olan qarşılaşmalarının siyahısı:
 
20-ci tur
Qarabağ-2 - Keşlə-2 1:2 (1-ci hissə 1:0)
Sumqayıt-2 – Zaqatala 3:2 (1-ci hissə 1:2)
 
21-ci tur
Zaqatala - Səbail-2 3:2 (1-ci hissə 1:2)
MOİK - Qarabağ-2 2:1 (1-ci hissə 0:1)
 
22-ci tur
Səbail-2 - Qaradağ Lökbatan 2:3 (1-ci hissə 2:1)
Qarabağ-2 - Neftçi-2 2:1 (1-ci hissə 0:1)
 
23-cü tur
Qaradağ Lökbatan – Ağsu 1:2 (1-ci hissə 1:0)
 
“Qarabağ-2” 3, “Səbail-2”, “Zaqatala” və “Qaradağ Lökbatan” hərəyə 2, “Keşlə-2”, “Sumqayıt-2”, MOİK, “Ağsu”, “Neftçi-2” hərəyə 1 dəfə belə matçın iştirakçısı olub. Hansı matçların ssenariləşdirildiyini, hansıların təsadüfən belə alındığını deyə bilmərik, lakin şübhələnmək, buna əsasən araşdırma aparmaq üçün əsas var. Təki istək olsun.
 
Onlarla adamı futboldan ömürlük uzaqlaşdıran, “Bakılı”, “Şərurspor”, “Göyəzən”, “Rəvan”, “Şahdağ” və s. klubları ya diskvalifikasiya edən, ya da şübhə səbəbi ilə yarışlara buraxmayan AFFA virusun kökünü kəsə bilməyib. Yenidən ciddi araşdırmalar aparılmalı, cəzalar tətbiq olunmalıdı. Yox, bu klubları qovmaqla AFFA-nın baş katibi Elxan Məmmədov, eləcə də yarışı keçirən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bazarı öz əllərində saxlamaq istəyibsə, bu, başqa məsələ. Bu yazı/xəbərə reaksiyalarından biləcəyik...
 
AĞA

 
tarix: 17-04-2019 10:11


 
Xəbər lenti
24.10.2019

01:03   “Liverpul”dan darmadağın, “İnter” və “Barselona”dan qələbə

00:09   Azərbaycan - Moldova 3:1 - VİDEO

23.10.2019

23:45  Millimizin baş məşqçisi: “Bunu bacaracağımıza inanıram”

23:39  “Azərbaycanla oyunda ən azı 1 xala layiq idik”

21:46  Yığmamız Moldovaya qalib gəldi

20:55  Vüqar Nadirov idman direktoru təyin olundu

19:34  “Dinamo” Ramil Şeydayevdən imtina edir

19:00  Noyer Kana çatdı

18:52  Roman Bezyak: “Bu, bizim oyunumuza təsir etməyəcək”

18:42  Tomas Toll: “Oyundan sonra gülən mən olacam”

18:17  Millimiz Moldovaya qalib gəldi

18:10  Millimiz Farer adalarına da uduzdu

17:52  Dibala ilk “5-lik"də

17:35  “Səfərlər uzun olsa da, nəticələr yaxşı idi” - Eddi İsrafilov

17:17  “Liverpul”da iki itki

16:54  Millimizin sabiq üzvü atası barədə: “Edam olunmalıdır!

16:38  Millimizin futbolçuları oteldə siqaret çəkiblər! – AÇIQLAMA

16:16  APOEL-in heyətində rotasiya

15:54  Təxirə salınan “el klasiko”nun vaxtı bəlli oldu

15:33  APOEL artıq Bakıdadı

15:15  Birinci Divizionda 8-cu turun hakimləri

14:56  Premyer Liqada 9-cu turun hakim təyinatları

14:30  Mbappe Messinin rekordunu qırdı

14:06  “Bavariya”da daha bir ciddi itki

13:46  PSJ-dən darmadağın - VİDEO

13:32  “Bavariya”dan çətin qələbə - VİDEO

13:21  Qara Qarayev: “Aramızda gizli bir şey qalmayıb”

13:14  Qurban Qurbanov: “Üstünlüyü bunda axtarmalıyıq”

13:01  Premyer Liqanın 9-cu turu rəqəmlərin gözü ilə

12:50  “Tottenhem”dən 5 cavabsız qol - VİDEO

12:44  Yığmamız Moldovaya qarşı

12:36  MS “Atalanta”nı qol vurmasına peşman etdi - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az