(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Yalnız istəklə heç nə əldə etmək mümkün deyil”

“Yalnız istəklə heç nə əldə etmək mümkün deyil”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Serbiya yığmasına qarşı keçirdikləri ikinci yoxlama oyunundan (5:7) sonra federasiyanın rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Oyunla bağlı fikrinizi bilmək istərdik...
- Fərqli iki hissə oynadıq. Birinci hissəni faciəvi hesab etmək olar. Çünki intizamsız çıxış etdik, oyuna köklənə bilmədik, çoxlu səhvlər etdik. Rəqib də bundan düzgün istifadə etdi və qollar vurdu. Təbii ki, 3 oyunçumuzun zədə üzündən bizə kömək edə bilməməsi də təsirini göstərdi. Uşaqlarda fiziki baxımdan sanki yorğunluq vardı. İstəkli idik, amma konsentrasiya ola bilmirdik. Yalnız istəklə heç nə əldə etmək mümkün deyil. Sakit olmaq, düşünərək oynamaq vacibdi. Fasilədə oyunçularımı toparlamağa çalışdım, səhvlərini dedim. İkinci hissədə yaxşı oynadıq. Bu hissəni bir başqa oyun adlandırardım. Səhvlərimiz azaldı, oyuna nəzarəti ələ aldıq, düzgün ötürmələr etdik. Hərçənd məğlubiyyətdən qaça bilməsək də, fasilədən sonra biz daha çox qol vurduq. Rəqib isə ilk matçdakı məğlubiyyətdən sonra bu oyuna 200 faiz motivasiya olmuşdu.

- İkinci hissəni demək olar, qapıçını meydan oyunçusu ilə əvəzləməklə keçirdiniz. Bu, riskli deyildimi?
- Bu taktikanı meydanda tətbiq etmək vacib idi. Çünki məşqlərdə bunun üzərində çox çalışırıq. Həm də qapıçını oyunçu ilə əvəzləmək ənənəvi taktikamdı. Bütün oyunçuları yoxladıq. Müdafiədə, hücumda necə oynamalı olduğumuzu göstərdik. Məncə, alındı.

- Təxminən 10 günlük toplanış ərzində 4 beynəlxalq oyun keçirdi milli. Razı qaldınızmı?
- Bu toplanış faydalı oldu. Xeyli vaxtdı komanda bir yerə toplanmırdı, oyunlar keçirmirdik. Heyət üzvləri fərqli çempionatlarda çıxış etdiyindən, bu cür qarşılaşmalar irəli getməyimiz baxımından vacibdi. Ancaq bununla kifayətlənmək də mümkün deyil. Rəsmi görüşlərə qədər yenə toplanışlar keçirməli, oyunlarda gücümüzü sınamalıyıq.

- Komanda hansı oyunda istədiklərinizi verdi?
- Əlbəttə, Serbiya ilə ilk oyundan razı qaldım. Düzgün oynadıq, oyun intizamından qopmadıq. Serbiya da güclü rəqibdi. Çox intizamlı oynayırlar, fiziki-taktiki baxımdan da güclüdürlər, təcrübəlidirlər, əla kollektivləri var. İlk oyuna biz daha yaxşı konsentrasiya olmuşduq. Qələbə qazandığımıza görə demirəm. Oyun elementləri məni qane etdi, ona görə həmin qarşılaşmanı qeyd edirəm.

- Latviya ilə oyunlarda komanda heç də yaxşı təsir bağışlamadı. Soyuq başla həmin matçları analiz etmisinizmi?
- Oyuna konsentrasiyadan çox şey asılıdı. Elə qarşılaşmalar var ki, konsentrasiya olmaq rəqibdən asılıdı. Oyunçu artıq Serbiyanın Latviya olmadığını bilir. Və ya sabah İspaniya ilə qarşılaşsaq, artıq rəqibin adı komandanı oyuna kökləyəcək. Heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz. Kiminlə oynamağından asılı olmayaraq, 3 xal qazanmaq üçün qələbə qazanmalısan. Bunu etməsən, büdrəyəcəksən. Həm də Latviya ilə oyunlara yorğun çıxmışdıq. Kardoso oyun günü komandaya qoşulmuşdu, bir neçə futzalçı Bakıdakı iki günlük hazırlıq prosesində iştirak etməmişdi.

- Bir neçə futzalçı var ki fərqli çempionatlarda oynayırlar. Onların hazırlıq durumu necə, sizi qane etdimi?
- Fineo təxminən 2 həftədi ki, məşq etmirdi. Çünki İndoneziya çempionatı başa çatıb və o, Braziliyaya dönüb. Thaqo isə yaxşı formadadı, amma onun problemi başqadı. O, klubunda meydanda 2-3 dəqiqə oynayır, sonra istirahət edir, yenidən oyuna qoşulur. Bu oyunlarda Thaqonu 5-6 dəqiqə dəyişmədən meydanda saxlayanda fəsadını hiss edirsən. Conatandan razı qaldım. Hərçənd Qazaxıstanda da çempionat başa çatıb, amma özünü yaxşı tərəfdən göstərdi. Kardosonun yüngül zədəsi var. O da klubunda son bir həftədə oyun keçirmirdi. Təbii ki, bunları düzəltmək mümkündü. Toplanışlar, yoldaşlıq oyunları bunun üçün lazımdı.


 
tarix: 17-04-2019 09:30


 
Xəbər lenti
24.05.2019

20:15   İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47   Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06   “Sabah”da yeni məşqçi təyinatları

17:40   Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12   Premyer Liqa klbunda 3 illik müqavilə

16:47   “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24   PSJ-nin futbolçusu əməliyyat olundu

15:51   “Liverpul” UEFA-dan narazıdı

15:32   Venger də Bakı finalından danışdı

15:17   Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53   “Ayaks”da 3 illik müqavilə

14:32   “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15   “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54   “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36   “Sevilya”da italiyalı baş məşqçi

13:07   “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49   Emil Balayev ən yaxşılar arasında

12:24   Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00   Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47   Marçello Lippi yenidən milli komandada

11:31   Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22   PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11   Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00   Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33   “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00   Almaniyalı futbolçu İtaliya klubunda

09:30   “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00   Serbiya kubokunun qalibi bəlli oldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az