(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

“Qəbələ” yeni prezidentini açıqladı - RƏSMİ

Tale Heydərovun “Qəbələ” İdman Klubunun prezidenti vəzifəsindən istefasından sonra bu posta Fariz Nəcəfov təyin olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi “Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir.

Yeni prezident Fariz Nəcəfov təyinatla bağlı bildirib: "Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə edib".

Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov bunları deyib: "Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm - bilirəm ki, onlar daha da irəli gedəcəklər".


 
tarix: 18-04-2019 21:00


 
Xəbər lenti
11.12.2019

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az