(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:3 hesabıyla məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransı bunları söyləyib.

- “Qarabağ"ı təbrik edirəm. Belə oyunlarda buraxdığımız səhvlər məni çox məyus edir. Birinci qolda da qapıçımız ağır zədə aldı. Onsuz da itirə-itirə gedirik. Oyundakı uşaq səhvləri məni də çox yorur. İkinci hissədə baş verən hadisələr bizdə başqa fikirlər yaradır. İstəyirəm ki, sakitlik olsun.

- Şahin Zəkiyevin durumu nə yerdədi?
- Xəstəxanadadı. Burnu sınıb.

- Texniki zonadan uzaqlaşdırılmağınız nəylə bağlıdı? 
- Şahinə olan zərbəyə görə etiraz edirdim. Qol qeydə alınmamalıydı. Con Kamaranın da vərəqəsinə etirazımı bildirdim. Biz də futbol oynamışıq. Kamaranın epizodunda müdaxilə yox idi. Ancaq sarı vərəqə aldı.

- Bəzi fikirlər formalaşır dediz. Bunu daha aydın deyə bilərsiz? 
- Qış fasiləsindən sonra artıq ikinci hissələrdə qol buraxırıq. Bunlar araşdırılmalıdı. Səbəbin axtarır, bilmək istəyirik ki, niyə ikinci hissədə komanda qollar buraxır. 10-15 fikir gəlir beynimizə. (komanda.az)


 
tarix: 18-04-2019 21:17


 
Xəbər lenti
21.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az