(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

Qurban Qurbanov: “Hər qərara etiraz edə bilmərik”

“Qarabağ”ın baş məşqçi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar. 3:0 hesabıyla rahat qalib gəldiyimiz düşünülə bilər, ancaq asan olmadı. İlk qoldan sonra "Keşlə" təzyiqlər göstərdi. Onlara uğurlar arzulayıram.

- Bu gün Araz Abdullayevin ad günü idi. Qələbəni Araz Abdullayevə həsr edirsizmi? 
- Bunu futbolçular qeyd edəcək.

- 13-cü turdan bu yana böyük hesabla qalib gəlirsiz. Bu, nə ilə bağlıdı? Bir növ "Neftçi"yə “çempion bizik” demək istəyirsiz? 
- “Neftçi" fikri yoxdu. Biz özümüzü göstərmək üçün futbol oynamırıq. Bu hesablar dünya futbolunda da çox olur. Ən vacib oyunlarda da belə qələbələr olur. Hər oyunda daha istəkli olmalıyıq.

- Bu gün "Sabah" Təmkin Xəlilzadəni intizamsızlığa görə komandadan uzaqlaşdırdı. Uzun müddət millidə sizin rəhbərliyiniz altında çalışıb. Onda da intizamsızlığı vardımı? 
- Bu haqda bir şey demək düzgün olmaz. Milli komandada olanda hər futbolçudan razı idim, eləcə də Təmkindən.

- Bu qələbədən sonra "Neftçi"dən 5 xal öndəsiz... 
- Yanvardan sonra bildirmişdim ki, hamı xal itirə bilər. Qarşıdakı 3 oyun göstərəcək nəticəni. Hər komanda xallar uğrunda mübarizə aparır. Hamı nəticə üçün oynayır. Bizim hər birimiz üçün çətin olacaq. Bunlara hazır olmalıyıq.

- Azərbaycan kubokunun finalının Naxçıvanda keçirilmək ehtimalına münasibətiniz necədi? 
- Buna biz qərar vermirik. Hər qərara etiraz edə bilmərik. İstərdik ki, yaxşı stadionda oynayaq. Yəqin bölgələrdə futbolu yada salmaq üçün bu addımı atırlar. Məşqçi kimi fikir bildirməyim düz olmaz. Finala çıxsaq, harda olsa, gedib meydana çıxmağa hazır olacağıq. (komanda.az)


 
tarix: 18-04-2019 21:28


 
Xəbər lenti
21.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az