(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun italiyalı çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Nəticədən razı qaldım. Qarşımıza qoyduğumuz məqsədə daha da yaxşınlaşdıq. Bu tur çətin keçdi. Rəqibin də imkanları oldu. Bizim də boşa verdiyimiz epizodlar oldu. İkinci hissədə oyunçularım oyunun sürətini daha da artırdı. Rəqibin azlıqda qalmağı da işimizə yaradı. Nəticəyə görə sevinirəm. Amma üzüldüyüm məqamlar da var. Bəzi oyunçularım zədə, bəziləri də cəza səbəbindən növbəti oyunu buraxacaq. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm.

- İlk hissədə komandanın hücumu alınmırdı. İkinci hissədə də rəqib azlıqda qaldıqdan sonra hesabı açdız. Çempionluğa oynayan komanda ancaq rəqib azlıqda qaldıqdan sonramı qələbə qazanmalıdı? 
- İlk hissədəki epizodları gördüzmü? Rəqibin də qol imkanları var idi, bizim də. Həm də sona üç tur qalmış çempionluğa əsas namizəd iki komandadan biriyik. Buna heç də rəqiblərimizin hər oyunda azlıqda qalması nəticəsində nail olmamışıq.

- Çempionluğun son turda həll olunacağı ehtimal olunur. Siz də belə düşünürsüz?
- Bu fikirlə razı deyiləm. Bu gün qələbə qazandıq, bu oyunu unudub, növbəti rəqiblə matça hazırlaşmalıyıq.

- "Qarabağ"ın qarşıda kubok matçının olması sizin xeyrinizə ola bilərmi?
- Öz komandam, öz oyunlarımız barədə düşünürük. "Qarabağ"ın güclü və geniş heyəti var. Dəyişikliklər edə bilərlər.

- Mirabdulla Abbasovun oyununda irəliləyiş varmı?
- İrəliləyiş var. Sona qədər mübarizə apardı. Sadəcə ona üzülürəm ki, bu gün qol vura bilmədi. (komanda.az)


 
tarix: 19-04-2019 20:56


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az