(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Biabırçı statistika: veteranlar Premyer Liqası

Biabırçı statistika: veteranlar Premyer Liqası

Statistika sizi dəhşətə gətirəcək. Klub futbolunda çox ciddi problemlər var. Milli komandalarımızın zəif çıxışının bir səbəbi də elə bu məqamda gizlənir.
 
Ölkədə uşaq futbolunun durumu, yeni nəslin hazırlanmaması, AFFA-nın, klubların bu sahəyə biganə münasibətinin nəticəsidi ki, komandalarda orta yaş həddi həddindən artıq yuxarıdı. Qocalar yığınının bir neçə ildən sonra karyerasını bitirməyə məcbur olacağını nəzərə alsaq, faktiki oynatmaq üçün futbolçu tapılmayacaq. İstedadlı gənclər ya yoxdu, ya güvənilmir, belədə çox böyük uçurum yaranıb. Hazırda 30-32 yaşı olanlarla limit məcburiyyətinə görə oynadılan 20-22 yaşlılar arasında böyük boşluq var - klublarda 22-30 yaş aralığında müntəzəm forma geyən 30-35 nəfər tapmaq olmur.
 
AFFA sistemin düzgün qurulmaması üzündən, təbii ki, əsas günahkardı. Lakin klublar da sabahı üçün ciddi iş görməyib. Əksər klublar hazır futbolçu axtarışına çıxır və hazırda belələri də azdı. “Qəbələ” futbol akademiyasından başqa heç kim oyunçu hazırlığına diqqət etmir, bu klun da yetirmələrini icarəyə göndərir, özü isə veteranlar güvənir. Bir sıra uşaq məktəbləri işləyir, klublar isə öz yetirmələrini üzə çıxarmaq üçün özünü əziyyətə salmır və bu məktəblərdən, müxtəlif qruplardan faydalanır.
 
Klublarımızın heyətini araşdırıb, onların orta yaş həddini müəyyənləşdirməyə çalışdıq. Bəri başdan yazaq ki, hazırda adı iştirak ərizəsində olan və ən azı 1 matçda forma geyənləri siyahıya saldıq. Çünki elə komandalar var ki, çoxlu gənc sifariş verib, lakin onları meydana buraxmayıb.
 
Eyni zamanda qışdan əvvəl klublarda olan, indi isə başqa komandaya keçənləri ikincilərin heyətində nəzərə aldıq. Ümumiyyətlə, ölkəmizi tərk edənlər statistikada qeyd edilməyib.
 
Beləliklə, komandalarda orta yaş həddi belədi:
Qəbələ - 27,73
Qarabağ – 27,47
Keşlə - 27,19
Neftçi – 26,75
Səbail – 26,30
Zirə - 26,24
Sabah – 26,05
Sumqayıt – 25,26
 
Ümimilikdə Premyer Liqanın orta yaş həddi 26,62-di. Amma bu rəqəm də aldadıcıdı. Təsəvvür edin, AFFA 1996-cı il təvəllüdlü və daha gənc bir oyunçunun mütləq start heyətində olması tələbini qoymasaydı, vəziyyət necə olardı? Hər klub məcbur qalıb 3-4 belə oyunçunu iştirak ərizəsinə salıb və onların da ən azı biri meydana çıxıb. Bu futbolçular oynamasaydı, Premyer Liqada orta yaş həddi 29-30 arasında olardı.
 
Real durumu təsəvvür etmək üçün müqayisəyə ehtiyac var. Və bu məqamda sıradan çempionatı və klubları deyil, nəticə üçün oynayanları göz önünə gətirək. Çempionlar Liqasının yarımfinalçısı olan “Ayaks”da heyətin orta yaş həddi 23,90-dı. “Tottenhem”də bu rəqəm 24-ü, “Liverpul”da 25-i keçmir. Əlavə şərhə ehtiyac varmı?
 
Bu rəqəmlər göstərir ki, klublar gənclərə güvənmir, yetişdirmir, şans vermir. Statistikaya “Qəbələ” kimi akademiyası olan komandanın başçılıq etməsi isə utancvericidi.
 
(davamı olacaq)
 
CAVAD

 
tarix: 22-04-2019 09:00


 
Xəbər lenti
25.05.2019

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az