(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Biabırçı statistika: AFFA-ya təklifimiz var

Biabırçı statistika: AFFA-ya təklifimiz var

 
İştirak ərizələrinə diqqət salarkən mövsümün ən gənc qolçusu Ədilxan Qarəhmədovu siyahıda görmədik. “Səbail” onu ikinci komandasının heyətində sifariş edib, biz isə ümumi siyahıya əlavə etdik. Amma bəzi gözdənqaçmalar, kiminsə statistikada nəzərə alınmaması ola bilər. Hətta istisnaları nəzərə alanda da təqdim etdiyimiz statistikada ciddi dəyişiklik mümkünsüzdü.
 
Klublar Komitəsi iclasları zamanı bu məqamlara diqqət yetirməli, müzakirəyə onuncu dərəcəli məsələləri yox, ölkə futbolunun sabahı baxımdan gərəkli problemləri çıxarmalıdı. Elə İcraiyyə Komitəsi də yalnız təyinat təsdiqləməklə, veteranlara təqaüd ayırmaqla kifayətlənməməlidi. Klubların transfer siyasəti nəzarətə götürülməli, onlara təsir göstərilməlidi.
 
Vaxtilə yaş limiti tətbiq olunarkən İK çox tənqid olunmuşdu. Lakin məhz bu qərar üzündən indi orta yaş həddi nisbətən abırlıdı. Təsəvvür edin, 23 yaşınadək futbolçuların start heyətdə oynaması məcburiyyəti olmasaydı, hansı mənzərə ilə qarşılaşardıq. Bu baxımdan gənclər millimizin baş məşqçisi Milan Obradoviçin Klublar Komitəsinin iclasında verdiyi təklifi alqışlamaq istəyirsən. Serb mütəxəssis klubların start heyətdə 1 yox, 2 gənci oynatmasını istəyib.
 
Təbii ki, bu təklifin özü də tam “bişməyib”. Onu reallaşdırmaq üçün material olmalıdı. Görək bizdə klublar buna hazırdımı? Ümumiyyətlə, ölkədə kifayət qədər gənc varmı? Yox, vəziyyət faciəvidi! Ona görə də belə qərarın qəbulu çempionatın səviyyəsini bir qədər də aşağı salacaq, oyun keyfiyyətinə ciddi təsir göstərəcək. Hazırda klublarımız yaş limitinə görə çox əziyyət çəkirlər. Çünki layiqli nəsil yetişməyib, məcburiyyətdən heyətə qoyulanlar ümumi ansamblı pozur.
 
Bu statistikayla tanış olduqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovun israrını da alqışlamaq istəyirsən. O, UEFA-nın klublara ayırdığı yarım milyon avronun hesabatını istəyir. Həmin vəsait məhz uşaq futbolu üçün ayrılıb, əksər klublar isə qışda onu transferlərə dağıdıb, qoca əcnəbiləri heyətə qatıb. Halbuki bu pullar uşaq futbolun sərf olunmalı, sağlam, rəqabətədavamlı nəsil yetişməlidi.
 
Bununla belə, baş katibin indi ayılması da təəssüf doğurur. Bəs, ötən 10-12 ildə niyə bu sahəyə həssas yanaşılmayıb? Su boğaza çatanda fəryad qoparmaq lazım deyil, əvvəldən strategiya düzgün seçilməliydi. İndi davası aparılan 1 milyon manatın 40-50 qatı indiki AFFA rəhbərliyinin vaxtında uşaq futbolu adı ilə xərclənib, nəticə isə odur ki, Premyer Liqada orta yaş həddi 27-yə yaxındı.
 
AFFA ziyanın yarısından geri qayıtmaq istəyirsə, daha tələbkar olmalıdı. Obradoviçin təklifi öz yerində, bizim də variantımız var. “Futbolinfo” olaraq başqa limitin tətbiqini təklif edirik. Belə ki, yeni mövsümdən klubların qarşısına start heyətdə azı 3 yetirməsinin oynadılması tələbi qoyulsun. 23 yaşa çatmamış futbolçu da məhz klubun öz yetirməsi olsun. Yalnız bu yolla klubları uşaq futboluna diqqət göstərməyə məcbur etmək olar. O zaman onlar say düzəltmək naminə işləməyəcəklər, heyətin güclü olması üçün ən istedadlıları seçəcək, diqqət edəcək, ən yaxşı səviyyədə hazırlamağa səy göstərəcəklər. Hər klubun 5-6 futbolçunu üzə çıxarması isə milliyə 40-50 layiqli namizədin yetişməsi demək olacaq.
 
İndiki durum bizi uçuruma aparır. Yığma komandaların heyətindəki milliləşənlərin səviyyəsi bəlli, veteran futbolçular da yavaş-yavaş sıradan çıxır. Bir neçə ildən sonra millidə kim oynayacaq? İndiki AFFA rəhbərliyinin vaxtında yetişənlərdən yalnız Mahir Mədətovun start heyətinə düşə bildiyini nəzərə alsaq, qaranlıq sabahı özünüz düşünün.
 
CAVAD

 
tarix: 22-04-2019 13:00


 
Xəbər lenti
24.05.2019

20:15   İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47   Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06   “Sabah”da yeni məşqçi təyinatları

17:40   Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12   Premyer Liqa klbunda 3 illik müqavilə

16:47   “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24   PSJ-nin futbolçusu əməliyyat olundu

15:51   “Liverpul” UEFA-dan narazıdı

15:32   Venger də Bakı finalından danışdı

15:17   Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53   “Ayaks”da 3 illik müqavilə

14:32   “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15   “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54   “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36   “Sevilya”da italiyalı baş məşqçi

13:07   “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49   Emil Balayev ən yaxşılar arasında

12:24   Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00   Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47   Marçello Lippi yenidən milli komandada

11:31   Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22   PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11   Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00   Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33   “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00   Almaniyalı futbolçu İtaliya klubunda

09:30   “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00   Serbiya kubokunun qalibi bəlli oldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az