(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

“Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

Rusiya milli komandasının Azərbaycan əsilli futbolçusu, hazırda Samaranın “Krılya Sovetov” klubunun şərəfini qoruyan Aleksandr Səmədov müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, Səmədov müsahibəsində vaxtı ilə niyə Azərbaycanı yox, Rusiya millisini seçdiyinə də aydınlıq gətirib:

– Aleksandr, Azərbaycan futbolu haqqında fikirlərinizi eşitmək istərdik.
– Azərbaycan futbolu inkişaf edir. “Qarabağ” klubunun oyunlarına, o cümlədən Çempionlar Liqasında son çıxışına baxmışam. Çox yaxşı oyun sərgiləyirlər. Azərbaycanın milli komandasının Xorvatiya yığması ilə oyununu da izlədim. Düzdür, 1:2 hesabı ilə məğlub olsalar da, gözəl futbol göstərdilər. Ramil Şeydayev qol vurdu. Onun qol vurmasına çox şad oldum. Oyundan dərhal sonra zəng edib, Ramili təbrik etdim. Bir sözlə, Azərbaycan futbolunu izləyirəm. Azərbaycan futbolu inkişaf edir. Qarşıda Azərbaycan futbolunu çoxlu qələbələr gözləyir.

– Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Siz həmin oyunun səfirisiz. Belə bir mötəbər yarışmanın finalının Bakıda keçirilməsinin və sizin də səfir olmağınızın hisslərini, təəssüratlarını bölüşərdiz.
– Bundan çox məmnunam. Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda səfir olmaq qürurvericidir. Çox şadam ki, məni belə böyük mötəbər tədbirə səfir kimi dəvət ediblər. Avropa Liqasının final oyununun Bakıda keçirilməsi çox vacibdir. Bu, Azərbaycan futbolunun inkişaf etməsi baxımından da çox vacibdir. Belə nüfuzlu turnirin finalının Bakıda keçirilməsi möhtəşəm hadisədir.

– Aleksandr, Azərbaycan və Rusiya milliləri arasında seçim edərkən, nəyə əsaslandız? Azərbaycanlı futbol azarkeşlərinin sizə münasibəti barədə nə deyə bilərsiz?
– Düşünürəm ki, mən bu məsələdə haqlı olmuşam. Həqiqəti deyirəm. Vaxtında öz seçimimi etmişəm. Şadam ki, Rusiya yığmasını seçmişəm. Bundan qürur duyuram. Rusiya yığmasında uğurlu karyeram olub. İki dünya çempionatında oynamışam. Azərbaycan isə bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub. Ona görə ki, atam azərbaycanlıdır. Mən heç vaxt bunu gizlətməmişəm. Bəli, müxtəlif hadisələr olub. 2013-cü ildə insanlar məni tamamilə düzgün başa düşməmişdilər, ayrı cür qəbul etmişdilər. Lakin yenə də Allaha şükürlər olsun ki, bu münasibətlər dəyişdi, baş verənlər unuduldu. İndi çox şadam ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının səfiri olacam. (ona.az)


 
tarix: 22-04-2019 13:57


 
Xəbər lenti
24.07.2019

12:54   “Sumqayıt”ın növbəti sınaq matçının vaxtı açıqlandı

12:42   “Kəpəz”ə milyonlar ayrılacaq – buna görə də...

12:16   “Qarabağ” sürətli oyun sərgiləyir, ancaq zəif tərəfləri də var”

11:55   Qriqorçukun mətbuat konfransı baş tutmadı

11:37   Reynaldo Qazaxıstan klubu ilə vidalaşdı

11:17   "Neftçi"ylə debüt oyununda anşlaq

11:11   "Sabah"ın ilk rəqibi müəyyənləşdi

11:02   "Neftçi" Rusiyaya vaxtında uça bilmədi - təyyarədə problem yarandı

10:57   Elxan Məmmədova görə yazdırılan izahat

10:31   Gəncə veteranları Vahabzadəyə qarşı: “5 turdan sonra təhqir olunub Gəncədən gedəcəksən”

10:24   “Barselona”dan ayrıldı, PSJ-yə üz tutdu

10:14   Başverənlərin “Hədiyyə Essyen”ə dəxli yoxdu

10:00   Mirbağır İsayevin təyinatı üçün istefanı gözləyirlər

09:44   Premyer Liqa klubundan rekord transfer

09:30   Hazardın forma nömrəsi ona “miras” qaldı

09:21   “Qarabağ” İrlandiya klubuna qarşı - YENİLƏNİR

09:12   Millimizin futbolçusundan İngiltərə klubunda dubl

09:00   “Səbail”in çöküşünün pərdəarxası

00:48   Avropa Liqası: “Astana” yenə qələbəyə həsrət qaldı

00:20   Çempionlar Liqası: PSV-dən çətin qələbə

23.07.2019

23:31  “Futbolçulardan istədiklərimi tam ala bilmədim” - Samir Abbasov

23:02  Vinni Pert: “Qarabağ”la oyunda səbirli olmalıyıq”

22:44  “Qəbələ” “Dinamo” ilə oyuna doğma meydanda hazırlaşır

22:04  Qurban Qurbanov: “İndi bu haqda fikirləşməyə vaxtımız yoxdu”

21:20  AFFA “Səbail”i dağıtmağı qərara aldı: bütün futbolçulara getməyə icazə verildi

20:55  “Qəbələ” - “Dinamo” matçı 1 manata

20:40  Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq

20:26  Zidan: “Beylə hörmətsizlik etməmişəm”

20:12  Hacıyev “Səbail”lə bağlı bütün məqamları aydınlatdı: “Essyeni fasilədə əvəz etməli idim”

19:49  “Zirə”dən Rumıniya klubu ilə heç-heçə

19:00  “Milan”dan “Monako”ya 25 milyon avroluq keçid

18:30  “Atletiko”dan ayrılan futbolçu rəsmən “Flamenqo”da

18:00  “Qəbələ” önündə şansımız yüksəkdi”

17:43  “Neftçi”dən “Zirə”yə 8 qol

17:31  “Səbail”də toplanış dərdi: “Maliyyə ilə bağlı problemlərimiz var”

17:21  “Neftçi”nin hər iki oyunu canlı yayımda

17:10  Rzayev susduruldu, Vahabzadəylə Alxasov yenə cütləşdi

17:00  “Borussiya”nın yetirməsi Super Liqa klubunda

16:42  İbrahimoviçi cəza gözləyir - Rəqibinin sümüyünü sındırıb

16:20  “Dandalk” - “Qarabağ” matçı canlı yayımda

16:00  “Dandalk”ın baş məşqçisi: “Qarabağ” “Riqa” deyil”

15:41  “Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

15:22  “Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

15:00  Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

14:41  Millimiz Macarıstana qalib gəldi

14:20  Berdıyev Şeydayevin baş məşqçisi ola bilər

14:00  “Barselona”nın sabiq üzvü Braziliya klubunda

13:40  Fransa millisinin üzvü La Liqa klubunda

13:20  Əvvəlcə “Dinamo”nun baş məşqçisi, sonra Qurbanov

13:00  “Arsenal” “Neftçi” üçün 22 futbolçu sifariş etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az