(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu naməlum şəxslər tərəfindən döyülməsinə aydınlıq gətirib.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı keçmiş müdafiəçi bu barədə sosial şəbəkə hesabında yazıb. 

Yunisoğlu hadisənin evinin yaxınlığında baş verdiyini bildirib:

“Təəssüflər olsun ki, haqqımda yayılan son xəbərlər hardasa, doğrudu. Hadisə belə olub. Şənbə günü, axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım. Park etdikdən sonra maşından düşüb kurtkamı geyinmək istəyərkən iki nəfər mənim yanımdan keçirdi. Qaranlıq olduğundan, sifətlərini görmədim. Biri mənə nəsə dedi və yanımdan maşınımın yanına keçdi, o biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim. Səndələdim, geri dönmək istədikdə isə qarşımda dayanan mənə tərəf təpik atdı və əlimdəki pul kisəsini əlimdən qapmağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım. Bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdılar. Ciddi bir xəsarət almadım, heç bir yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar, həyatdı. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz, inşallah! Çünki cəmiyyətimizdə idmançılara qarşı bir qarşılıqlı hörmət var”.

Yunisoğlu Azərbaycan millisinin heyətində 28 oyun keçirib. O, “Neftçi”, “Bakılı”, “MTK-Araz”, “Bakı”, “Qəbələ”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Araz Naxçıvan”, “Səbail”, “Diskoboliya”, “Poloniya” (hər ikisi Polşa) və Türkiyənin “Dənizlispor” klublarında çıxış edib.


 
tarix: 23-04-2019 14:26


 
Xəbər lenti
24.10.2019

01:03   “Liverpul”dan darmadağın, “İnter” və “Barselona”dan qələbə

00:09   Azərbaycan - Moldova 3:1 - VİDEO

23.10.2019

23:45  Millimizin baş məşqçisi: “Bunu bacaracağımıza inanıram”

23:39  “Azərbaycanla oyunda ən azı 1 xala layiq idik”

21:46  Yığmamız Moldovaya qalib gəldi

20:55  Vüqar Nadirov idman direktoru təyin olundu

19:34  “Dinamo” Ramil Şeydayevdən imtina edir

19:00  Noyer Kana çatdı

18:52  Roman Bezyak: “Bu, bizim oyunumuza təsir etməyəcək”

18:42  Tomas Toll: “Oyundan sonra gülən mən olacam”

18:17  Millimiz Moldovaya qalib gəldi

18:10  Millimiz Farer adalarına da uduzdu

17:52  Dibala ilk “5-lik"də

17:35  “Səfərlər uzun olsa da, nəticələr yaxşı idi” - Eddi İsrafilov

17:17  “Liverpul”da iki itki

16:54  Millimizin sabiq üzvü atası barədə: “Edam olunmalıdır!

16:38  Millimizin futbolçuları oteldə siqaret çəkiblər! – AÇIQLAMA

16:16  APOEL-in heyətində rotasiya

15:54  Təxirə salınan “el klasiko”nun vaxtı bəlli oldu

15:33  APOEL artıq Bakıdadı

15:15  Birinci Divizionda 8-cu turun hakimləri

14:56  Premyer Liqada 9-cu turun hakim təyinatları

14:30  Mbappe Messinin rekordunu qırdı

14:06  “Bavariya”da daha bir ciddi itki

13:46  PSJ-dən darmadağın - VİDEO

13:32  “Bavariya”dan çətin qələbə - VİDEO

13:21  Qara Qarayev: “Aramızda gizli bir şey qalmayıb”

13:14  Qurban Qurbanov: “Üstünlüyü bunda axtarmalıyıq”

13:01  Premyer Liqanın 9-cu turu rəqəmlərin gözü ilə

12:50  “Tottenhem”dən 5 cavabsız qol - VİDEO

12:44  Yığmamız Moldovaya qarşı

12:36  MS “Atalanta”nı qol vurmasına peşman etdi - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az