(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

Gələn mövsüm sıradan, ortabab bir komanda olacağını nəzərə alsaq, cari ölkə kuboku “Qəbələ”nin son ümididi. Tale Heydərovun vaxtında heç bir titul qazanmayan “qırmızı-qaralar” bəlkə Fariz Nəcəfovun prezidentliyi dövründə tilsimi qırdı.
 
Lakin hələ titiuldan danışmaq üçün tezdi. Yarımfinalın ilk matçında “Qarabağ” üzərində qələbə yalnız yolun yarısının qət edilməsidi. Bakıda cavab matçı var və güclü rəqibin təzyiqinə davam gətirmək lazım olacaq.
 
Bu mövsüm “Qəbələ” “Qarabağ”ın aşkar qapazaltısı idi. Düzdü, əyalət klubu üçün ağdamlılara qol vurmaq heç vaxt problem olmayıb, lakin ümumi statistikada hər şey Qurban Qurbanovun yetirmələrinin üstünlüyündən xəbər verir. Ona görə kubokda da cavab matçını gözləmək lazımdı.
 
1:0 əla nəticədi. Evdə top buraxmadan qalib gəlmək bir yana, çempionatda hamıdan çox fərqlənən rəqibi bundan məhrum etmək psixoloji üstünlükdü. Ağdamlıların 2019-da ilk məğlubiyyətini alması da qeyd edilməlidi. Bakıda qonaqların bir qolu çox şeyi dəyişəcək. Hər şey oyuna köklənməkdən, matça necə başlamaqdan asılı olacaq.
 
Bügünkü oyunun ilk hissəsi cansıxıcı idi. Ehtiyatlı oynayan rəqiblər bir-birinin səhvini gözləyirdi. O səhv ikinci hissədə reallaşdı. Və Ceyms Adeniyi milli komandanın 2 müdafiəçisini – Maksim Medvedevlə Bədavi Hüseynovu bir-birinə qatıb, qələbə qolunu vurdu. Sənan Qurbanovun riskli əvəzləmələri, oyunçu yerdəyişmələri həm tempin yüksəlməsinə, həm də hesabın açılmasına səbəb oldu. Ayağını sürüyən Stiven Monrozun bacarmadığını Ceyms qısa zamanda reallaşdırdı. Cavid Hüseynov isə ehtiyatda qalmasının hirsini çıxdı.
 
Bir məğlubiyyətə görə “Qarabağ”ı siyahıdan silmək olmaz. Amma hətta zəngin heyətin də 2 cəbhədə mübarizə aparmaq üçün yetərli olmadığı bu gün aydınlaşdı. Əsas heyətin bir neçə futbolçusuna istirahət verilincə komanda əzəmətini itirdi.
 
Hər şey Bakıda həll olunacaq. “Qəbələ” rəqibindən - birinci oyundakı kimi - qorxmasa, uğurlu sonluğa ümid edə bilər. Yox, “Qarabağ”a öz futbolunu oynamağa imkan versələr, Naxçıvana ağdamlılar gedəcək. İstənilən halda, cavab oyunu erkən final olacaq.
 
FƏRİD

 
tarix: 23-04-2019 18:42


 
Xəbər lenti
24.10.2019

01:22   “Qəbələ” APOEL-lə üz-üzə – YENİLƏNİR

01:03   “Liverpul”dan darmadağın, “İnter” və “Barselona”dan qələbə

00:09   Azərbaycan - Moldova 3:1 - VİDEO

23.10.2019

23:45  Millimizin baş məşqçisi: “Bunu bacaracağımıza inanıram”

23:39  “Azərbaycanla oyunda ən azı 1 xala layiq idik”

21:46  Yığmamız Moldovaya qalib gəldi

20:55  Vüqar Nadirov idman direktoru təyin olundu

19:34  “Dinamo” Ramil Şeydayevdən imtina edir

19:00  Noyer Kana çatdı

18:52  Roman Bezyak: “Bu, bizim oyunumuza təsir etməyəcək”

18:42  Tomas Toll: “Oyundan sonra gülən mən olacam”

18:17  Millimiz Moldovaya qalib gəldi

18:10  Millimiz Farer adalarına da uduzdu

17:52  Dibala ilk “5-lik"də

17:35  “Səfərlər uzun olsa da, nəticələr yaxşı idi” - Eddi İsrafilov

17:17  “Liverpul”da iki itki

16:54  Millimizin sabiq üzvü atası barədə: “Edam olunmalıdır!

16:38  Millimizin futbolçuları oteldə siqaret çəkiblər! – AÇIQLAMA

16:16  APOEL-in heyətində rotasiya

15:54  Təxirə salınan “el klasiko”nun vaxtı bəlli oldu

15:33  APOEL artıq Bakıdadı

15:15  Birinci Divizionda 8-cu turun hakimləri

14:56  Premyer Liqada 9-cu turun hakim təyinatları

14:30  Mbappe Messinin rekordunu qırdı

14:06  “Bavariya”da daha bir ciddi itki

13:46  PSJ-dən darmadağın - VİDEO

13:32  “Bavariya”dan çətin qələbə - VİDEO

13:21  Qara Qarayev: “Aramızda gizli bir şey qalmayıb”

13:14  Qurban Qurbanov: “Üstünlüyü bunda axtarmalıyıq”

13:01  Premyer Liqanın 9-cu turu rəqəmlərin gözü ilə

12:50  “Tottenhem”dən 5 cavabsız qol - VİDEO

12:44  Yığmamız Moldovaya qarşı

12:36  MS “Atalanta”nı qol vurmasına peşman etdi - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az