(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

Nikola Yurçeviç dünən Qəbələdə idi. Ölkə kuboku uğrunda “Qəbələ” - “Qarabağ” matçını izləmək üçün bölgəyə səfər etməyi lazım bilmişdi.
 
Milli komandanın baş məşqçisi gərək olanı etmişdi. Mətbuatın tənqidlərindən sonra, nəhayət, Azərbaycana qayıdıb müqaviləsinin şərtlərinə əməl etməyi özünə borc bildi. 2 iddialı komandanın görüşündə yəqin ki, diqqətini çəkən oyunçular oldu, eyni zamanda əksər milli üzvlərini iş başında gördü.
 
Amma deyəsən, Yurçeviçin Qəbələyə yollanmasında əsas məqsədi futbola baxmaq deyildi, sadəcə, həm də stadionda görünməyi lazım bilmişdi. Elə olmasaydı, ailəvi səfərə çıxmazdı. Həyat yoldaşını və qızlarını yanına salan Nikola həm ziyarət, həm ticarət prinsipini əsas götürmüşdü.
 
Bu səfərin xərcini AFFA-nın çəkdiyi dəqiqdi. Yəqin müqavilədə ailə üzvlərinin istirahətinin təmin olunması haqda bənd də var. Yox, xorvat məşqçinin əsas köməkçiləri bu xanımlardısa, o zaman onları mənuniyyətlə Masazırda, Zirədə, Sumqayıtda da görmək istəyəcəyik. İşlə eşqi qarışdıran Nikola bunu da etməlidi.
 
Yaxşı olardı ki, xorvat çalışdırıcı ailəvi söhbətlərini asudə vaxtına saxlayar, oyunu daha diqqətlə izləyər, Amin Seydiyev, Bəhlul Mustafazadə kimi yaddan çıxardığı gənclərə diqqət edərdi. Bu oyunçuları Qəbələnin təmiz havasına, gözəl təbiətinə görə yox, əzmkar, ağıllı oyunlarına görə milliyə dəvət etmək lazım gələcək.
 
Xanımların milli komandaların geyimində görünməsi də maraqlıdı. Yığmaların keçmiş inzibatçısı İslam Abbasovu inventarların dağıdılmasında ittiham edənlər bir az diqqətli olmalıdı. Yoxsa bir müddətdən sonra onun xələfi Zaur Hacı-Məhərrəmov da geyim çatışmazlığına, it-bata düşməsinə görə ittiham ediləcək.
 
İstənilən halda, Yurçeviçin hətta ailəvi istirahətin tərkibində vacib bir oyunu canlı izləməsi yaxşı haldı. Əsas odu ki, mətbuatın tənqidlərindən nəticə çıxarıb. Eyni addımı AFFA-nın baş katibi Elxan Məmmədovdan və PFL-in prezidenti Ramin Musayevdən də gözləyirik.
 
Bu kabinet bəyləri də futbolu kreslodan idarə etməyin zamanı olmadığını anlamalı, stadionlarda görünməlidi. Ölkə futbolunun idarəçiliyi onlara tapşırılıb, yeganə bölgə komandasının oyununa heç olmasa, ildə bir dəfə getsələr, şərəf vermiş olarlar. Bakıdakı oyunlarda görünmürlər, heç olmasa, həm də istirahət etmək üçün Qəbələyə yollansınlar. Bölgə futbolu onlar üçün önəmlidisə...

 
tarix: 24-04-2019 09:00


 
Xəbər lenti
14.12.2019

01:52   Hərəyə 1 qol, 1 xal

01:38   “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26   “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

13.12.2019

23:50  Turun açılış matçında qolsuz heç-heçə

21:56  Millimiz Türkiyə yığması ilə qarşılaşa bilər - Şenol Güneş açıqladı

21:27  “Traktor”a 1 qol bəs etdi

20:46  Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

19:15  “Sabah” “Saburtalo”ya uduzdu

18:50  “Qarabağ”dan azarkeşlərinə jest

18:41  Qumarbazları AFFA özü bəsləyirmiş

18:25  Yurgen Kloppdan yeni müqavilə

18:00  Yurçeviç: “Yenə Azərbaycanda çalışmağım mümkündür”

17:40  UEFA reytinqində irəliləmək şansı əldən çıxdı

17:21  Luis Suaresdən tarixi antirekord

17:00  İngiltərə klublarından rekord göstərici

16:41  AFFA 28 nəfəri futboldan “sildi” - Danışılmış oyunlara görə

16:21  ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

16:00  Cerrardla bağlı qərar rəsmən açıqlandı

15:40  Şota Arveladze Bakıya niyə gəlib? - Özü açıqladı

15:23  Azərbaycanlı futbolçu ayın ən yaxşısı seçildi

15:00  Avropa Liqasında son turun rəmzi komandası

14:41  “Çelsi”də yeni müqavilə

14:20  Avroliqada 1/16 finalın püşkatmasının vaxtı bilindi

14:00  Kubok duelinə 5 oyunluq seriya ilə

13:31  İcraiyyə Komitəsinin qərarları açıqlandı

13:26  “Sabah” “Levante”yə məğlub oldu

13:15  Millimizə 25 futbolçu çağırıldı

13:06  Kevin Kubemba: “Yarımfinala çıxa bilərik”

12:57  1/4 finalın hakim təyinatları açıqlandı

12:42  Paşayev 90 dəqiqə oynadı, komandası Avroliqa ilə vidalaşdı

12:36  AFFA Vüqar Məmmədi göndərdi, Obradoviçi saxladı

12:25  Yurçeviç millidən göndərildi

12:16  Əliyar Ağayevdən Avroliqa matçında 4 sarı vərəqə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az