(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

"Zirə" klubunun futbolçusu Şafik Tiqruca səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri yarımfinal oyunundan sonra müsahibə verib. Fransalı yarımmüdafiəçi öncə kubokun ilk matçından danışıb.
 
- Nəticə sizi razı saldı?
- Məncə, 0:0 həm biz, həm də "Sumqayıt" üçün yaxşı nəticə oldu. Biz də, rəqib də qalib gəlmək istəyirdi. Yaxşı hesabdı, amma lap yaxşı hesab da deyil.
 
- “Zirə” niyə qalib gələ bilmədi? Sanki aqressivlik çatmadı...
- Məncə, biz yaxşı çıxış etdik, öz oyunumuzu sərgilədik, planımıza uyğun oynadıq. Təbii ki, bu görüşdə qalib gəlmək istəyirdik. Anlayırıq ki, futboldur, hər zaman qol vurmaq da alınmır. İnanıram ki, öz meydanımızdakı cavab görüşündə qol vuracağıq.
 
- Bəs mərhələ şanslarınızı necə dəyərləndirirsiniz?
- Biz qələbə üçün oynayacağıq. Sumqayıtdakı hesab da pis nəticə deyildi. Onsuz da evdəki bütün matçlarda qalib gəlmək üçün oynayırıq.
 
- "Sumqayıt"ın çempionatdakı işləri heç də yaxşı getmir. Bu komandaya qalib gəlməsəniz, fiasko sayılmayacaq?
- Rəqibin birinci və ya yeddinci pillədə olmasına baxmırıq. Bu, yarımfinaldır və qələbə üçün oynayacağıq.
 
- "Zirə"nin avrokuboklara yollanması üçün son şansınızdır...
- Bəli, son şansımızdır. Bu şansdan yaxşı yararlanmaq istəyirik.
 
- Digər cütlükdə "Qəbələ" "Qarabağ"a qalib gəldi. Bu, sizin üçün sürpriz olmadı?
- Xeyr, sürpriz deyildi. Keçən oyunda "Qəbələ"ni gördüm. Güclü komandadır. Mənə görə sürpriz deyildi.
 
- Finalda hansı komandanı görmək istərdiniz: "Qəbələ"ni, yoxsa "Qarabağ"ı?
- Mən finalda oynamaq istəyirəm. Əsas odur ki, həlledici görüşə vəsiqə qazanaq. Finalda "Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdur. Əsas odur ki, yarımfinal səddini adlayaq.

 
tarix: 24-04-2019 11:06


 
Xəbər lenti
21.10.2019

01:28   Aftandil Hacıyev: “Xal itkisi limitini doldurmuşuq”

01:11   Marsel “Olimpik”indən inamlı, “Monako”dan çətin qələbə

00:58   “Qarabağ”ın rəqibinə 1 qol bəs etdi

00:47   “İnter” qalib gəldi, “Milan” yenə xal itirdi

20.10.2019

23:44  Təbriz klubu evdə məğlub oldu

23:23  Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı

23:00  “Beşiktaş”ın yeni prezidenti bəlli oldu

22:47  Şeydayev ehtiyatda qaldı, “Dinamo”...

22:35  “Fənərbaxça” səfərdən 3 xalla döndü

22:17  Ayxan Abbasov: “Bizə ancaq qələbə lazım idi”

22:07  “Səbail”in ardıcıl üçüncü məğlubiyyəti - VİDEO

21:58  Meydan sahiblərinin günü

21:50  Lənkəranda kütləvi dava: azarkeşlər “Kəpəz”in futbolçusunu döydü

21:43  “Liverpul”u dayandıran tapıldı

21:24  “Zirə” “Neftçi”yə, “Səbail” “Sumqayıt”a uduzdu

20:53  “Çempionluq uğrunda sonadək mübarizə aparacağıq”

20:38  “Qarabağ”ın rəqibi səfərdə uduzdu

19:50  Zaur Həşimovlu “Zirə”nin siftəsi: 0:3 - VİDEO

19:27  Roberto Bordin: “Öz evimizin içinə baxmalıyıq”

19:15  “Bu hesab mənim işimə mənfi təsir göstərməyəcək”

18:25  İsrafilov üçün 90 dəqiqə və 3 xal

17:55  Millimiz Norveçə də böyük hesabla məğlub oldu

17:22  Emil Balayevli “Tobol” evdə uduzdu - VİDEO

17:06  “Sumqayıt”la oyuna 4 itki ilə

16:42  Nəbiyevli “Slaviya”dan səfərdə inamlı qələbə

16:20  Serhatın komandasından çətin qələbə

15:50  “Napoli”dən inamlı qələbə - VİDEO

15:33  Hərəyə 3 qol, 1 xal - VİDEO

15:15  Əliyevli “Ximki” səfərdən xalsız döndü

15:04  “Yuventus”dan çətin qələbə - VİDEO

14:55  “Çelsi”yə 1 qol bəs etdi - VİDEO

14:33  Ayaz oynamadı, “Spartak” yenə xal itirdi

14:15  “Mançester Siti”dən inamlı qələbə - VİDEO

13:54  Xəlilzadə üçün təmkinli qərar

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az