(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

“Sabah”ın Müşahidə Şurasının (MŞ) iclası olub. 

Futbolinfo.az xəbər verir ki, dünən “Bridge Plaza”da baş tutan iclasda MŞ-nın üzvləri – Firudin Qurbanov, Rüfət Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev və Yaqub Hüseynov, həmçinin klub prezidenti Maqsud Adıgözəlov iştirak edib.

İclasa giriş sözü ilə başlayan Maqsud Adıgözəlov komandanın cari mövsümkü çıxışı, klubun transfer siyasəti, ictimaiyyətlə əlaqələr, akademiya, aşağı yaş qruplarının AFFA-nın bayrağı altında keçirilən yarışlarda göstərdiyi nəticələr və gələcək hədəfləri barədə ətraflı məlumat verib.

Daha sonra MŞ-nın üzvləri komandanın nəticələri barədə fikirlərini bildiriblər.

MŞ-nın sədri Firudin Qurbanov çıxışı zamanı “Sabah”ın peşəkar komanda kimi ilk oyununu stadiondan izlədiyini xatırladıb:

“Mən “Sabah”ın ilk oyununda olmuşam. Həmin qarşılaşmada 1:0 hesabıyla qalib gəlmişdik. Oyundan sonra paltardəyişmə otağına gedərək, futbolçulara təşəkkür etdim. Onlara “sizin bu qələbəniz “Sabah”a ümid verdi” dedim. “Sabah” Premyer Liqada ilk mövsümünü keçirir. Bu amili nəzərə alanda, komandanın hazırda qərarlaşdığı mövqe, göstərdiyi nəticələr çox yaxşıdı. Bundan əlavə, klubda təşkilatçılıq da yüksək səviyyədə qurulub. Klubun qısa müddətdə bu cür nəticə göstərməsi sevindiricidir”.

Daha sonra MŞ-nın digər üzvləri də çıxış edərək, komandanın cari mövsümdə qazandığı nəticələri qənaətbəxş hesab etdiklərini deyiblər. Bundan əlavə, MŞ-nın üzvləri klub prezidenti Adıgözəlova “Sabah” FK ilə bağlı suallarını ünvanlamaqla yanaşı, öz məsləhətlərini də veriblər.

Sonda klub prezidenti Maqsud Adıgözəlov gələcəkdə bu cür görüşlərin tez-tez baş tutmasını arzuladığını, MŞ-nın üzvlərinin bundan sonra da klubun inkişafı istiqamətində öz məsləhətlərini əsirgəməyəcəklərinə ümid etdiyini bildirib.


 
tarix: 24-04-2019 14:22


 
Xəbər lenti
23.10.2019

01:00   “Qalatasaray” “Real”a uduzdu, MS, PSJ və “Tottenhem” 5 qola sevindi

22.10.2019

23:41  APOEL Bakıya 20 futbolçu ilə gəlir

21:52  Millimizin DÇ-nin əsas mərhələsi üçün heyəti

21:08  ÇL matçında spirtli içki qadağası

19:29  PSJ Avropada yeni rekorda imza ata bilər

18:43  “Düdelanj”ın futbolçusu üçün il bitdi

18:24  “Neftçi” “Sumqayıt” üçün başladı

18:00  “Qəbələ”nin baş məşqçisi: “APOEL-lə oyunda hamı bizdən uğur gözləyir”

17:30  “Qarabağ” - APOEL matçına nə qədər bilet satılıb?

17:01  İtaliyada daha bir baş məşqçi istefası

16:40  Ronaldoya 100 milyon avroluq təklif

16:18  Qrizmann məsələsi çözüldü - Gizli razılıq

15:54  “Borussiya” Milana ciddi itkilərlə yollanır

15:36  Motta İtaliya klubunda

15:19  Aylton APOEL-lə matçların həlledici olacağı ilə razılaşır: “İstər-istəməz acı xatirə qalıb”

15:00  “Qarabağ” üçün bizimlə Bakıda oynamaq çətin olacaq”

14:43  Ən yaxşı qapıçı adına 10 namizəd

14:22  “Sabah”la “Zirə”nin 6-cı dueli

14:01  AFFA-dan daha 2 komandaya texniki məğlubiyyət

13:48  Millimizin oyunu yenidən Sumqayıtda

13:30  Divizion klublarının da cəzası açıqlandı

13:15  AFFA Təmkin Xəlilzadənin cəzasını açıqladı

12:51  Ən yaxşı gənc futbolçu adına 10 namizəd

12:34  “Qızıl top”a namizədlər açıqlandı

12:12  APOEL “Qarabağ”la oyunun biletlərini satışa çıxardı

11:53  Millimizin Moldova ilə oyunlar üçün heyəti

11:34  Radamel Falkao “Real”a qarşı oynayacaq?

11:19  “Beşiktaş”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər

11:00  Kamara “Qarabağ”ın çempion, “Neftçi”nin ikinci olacağı ilə razılaşmır: “Hər şey baş verə bilər”

10:40  UEFA-dan Serbiyaya cəza

10:20  Matçın 20-ci saniyəsində qırmızı vərəqə aldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az