(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ” 6 aydan sonra...

“Qarabağ” 6 aydan sonra...

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində ilk oyunda “Qəbələ”nin qonağı olan "Qarabağ" 0:1 hesabı ilə məğlub olub. 

Futbolinfo.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin 2019-cu ildə ilk rəsmi yenilgisi olub.

Ağdam klubu bu il Topaz Premyer Liqasında keçirdiyi 11 oyunun heç birində meydanı başıaşağı tərk etməyib. Yalnız "Neftçi" (1:1), "Sabah" (1:1) və "Zirə" (0:0) Qurban Qurbanovun kollektivindən 1 xal almağa müvəffəq olub. Digər qarşılaşmalarda çempion "Sumqayıt" (2:0, 6:0), "Qəbələ" (2:1, 2:1) və "Keşlə"ni (1:0, 3:0) iki dəfə, "Səbail" (2:1) və "Sabah"ı (3:0) isə bir dəfə məğlubiyyətə uğradıb.

"Qarabağ" buna qədər sonuncu dəfə ötən il dekabrın 13-də Avropa Liqasının qrup mərhələsinin son görüşündə "Arsenal"a uduzub - 0:1. Ölkə daxili yarışlarda isə ağdamlılara axırıncı dəfə "Neftçi" qalib gəlməyi bacarıb. Bu isə oktyabrın 28-də - IX tur çərçivəsində baş verib. 6 ay əvvəlki matçda "ağ-qaralar" 3:1 hesablı qələbəyə sevinib. Ondan bir tur əvvəl isə "Səbail" "Qarabağ"dan texniki qalibiyyət sayəsində 3 xal alıb.

Ümumiyyətlə, "Neftçi" ilə ötənilki görüşdən "Qəbələ" ilə kubok oyununa qədər "Qarabağ" daxili yarışlarda 18 matçda meydana çıxıb. Bunun 16-sı çempionat, 2-si isə ölkə kuboku çərçivəsində olub. Qurban Qurbanovun yetirmələri bu müddətdə 13 qələbə, 5 heç-heçə ilə yadda qalıb. (matc.az)


 
tarix: 24-04-2019 16:15


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az