(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

“Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

“Sabah”ın əsas komandasının baş məşqçisi Elşad Əhmədov, kapitanı Cavid İmamverdiyev, yarımmüdafiəçisi Rəşad Eyubov klubun “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edəcək təmsilçiləri, həmçinin U-12 komandasının heyəti ilə görüşərək, onlara öz məsləhətlərini veriblər. 

Futbolinfo.az xəbər verir ki, “Əlincə Arena”da keçirilən görüşdə əvvəlcə 2017 və 2018-ci illərdə keçirilən turnirdən görüntülər və məşhur rusiyalı keçmiş futbolçu Aleksey Smertinin “Dostluq üçün futbol” sosial layihəsinin iştirakçılarına müraciəti yer alan videolar nümayiş etdirilib.

2017-ci ildə keçirilən turniri çempion kimi başa vuran komandanın heyətində yer almış təmsilçimiz Rəvan Kazımov builki yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra isə baş məşqçi Elşad Əhmədov, kapitan Cavid İmamverdiyev, həmçinin yarımmüdafiəçi Rəşad Eyubov həm sosial layihənin iştirakçılarına, həm də U-12 komandasının üzvlərinə tövsiyələr veriblər.

Əhmədov azyaşlı futbolçulara müraciətində onlara intizamlı olmağı tövsiyə edib:

“Adından da göründüyü kimi bu layihədə əsas olan dostluqdu. Bu səfərləri hazırlayan insanlara “çox sağ ol” deyirik. Bu, azyaşlı futbolçular üçün vacibdi. Belə səfərlərdə yeni şeylər görüb öyrənirsiz. Lakin sizin işiniz futbol oynamaqla yekunlaşmır. Siz dərslərinizə də ciddi yanaşmalısız. İntizamlı olmalısız. Məşqçiniz Samir müəllim futbolçu olduğu zaman nümunəvi davranışı, intizamı ilə fərqlənirdi. Sizin əsas məqsədiniz gələcəkdə yaxşı, intizamlı futbolçu olmaqdan əlavə, ən əsası, ölkəmizə layiqli övlad kimi yetişmək olmalıdı. Bu gün sizin əyləşdiyiniz bu konfrans zalında bizim əsas komandanın futbolçuları otururlar. Məsələn, qapıçının oturduğu yerdə əsas komandanın qapıçısı Saşa Stamenkoviç əyləşir. Gələcəkdə onları siz əvəz edəcəksiz. Bu gün Cavid İmamverdiyev, Rəşad Eyubovun olduğu yerdə siz olacaqsız. Bu yolda hamınıza uğurlar”.

Cavid İmamverdiyev də azyaşlı futbolçulara müraciət edib:

“Siz bizim gələcəyimizsiz. Sevinirəm ki, sizə Samir müəllim kimi insan məşqçilik edir. Onunla uzun müddətdi tanışıq. Futbol oynadığı dövrdə də nizam-intizamı ilə diqqət çəkirdi. Düşünürəm ki, baş məşqçi kimi bir az da özünü inkişaf etdirib. Mənim sizə əsas məsləhətim odu ki, futbolçu olmaq yoluna çıxmısızsa, bu yolu sevərək gedin. Futbolçu olmaq istəyirsizsə, buna özününüzü – evdə, məktəbdə, çöldə hər yerdə hazırlamalısız. Futbolçu olmaq təkcə futbolkanı geyinib, meydana çıxıb futbol oynamaqdan ibarət deyil. Bunun üçün meydandan kənarda da çalışmalı, təkcə məşqlərdə yox, məktəbdə, evdə də nümunəvi davranışınızla seçilməlisiz”.

Daha sonra isə Rəşad Eyubov öz tövsiyələrini azyaşlı futbolçulara çatdırıb:

“İlk növbədə gələcək karyeranızda, qarşıdakı oyunlarınızda hər birinizə uğurlar arzulayıram. Bilməlisiz ki, yaxşı futbolçu olmaq üçün yalnız məşqlərə ciddi yanaşmaq kifayət deyil. Futbolla yaşamalısız. Bundan əlavə, məşqçilərinizin, valideynlərinizin sözlərinə əməl etməlisiz. Hər birinizə bir daha uğurlar”.

U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov sonda baş məşqçiyə və futboçulara dəstəyə görə təşəkkür edib:

“Başda Elşad müəllim olmaqla, hər birinizə təşəkkür edirəm. Bu gün sizin bura gəlməyiniz bizim üçün böyük motivasiyadı. Biz də “Sabah”ın hər oyununda tribunadan dəstək oluruq, bundan sonra da olacağıq. Bizim uşaqların əsas məqsədi gələcəkdə əsas komandada oynamaqdı. Bu gün “Sabah”a tribunadan dəstək verən bu uşaqlar bəlkə də, bir neçə il sonra yaşıl meydanda komandanın uğurları üçün çalışacaqlar.

Mayın 2-də Xorvatiyada keçiriləcək turnirdə iştirak edəcəyik. Çalışacağıq ki, bu beynəlxalq turnirdə “Sabah”ı layiqincə təmsil edək. Sizinlə görüş bu turniröncəsi bizə yaxşı motivasiya olacaq. Bir daha hər birinizə təşəkkür edirik”.

Daha sonra “Dostluq üçün futbol”un iştirakçıları sosial layihənin simvollarından olan qolbağı Elşad Əhmədov, Cavid İmamverdiyev və Rəşad Eyubovun qoluna bağlayıblar.


 
tarix: 26-04-2019 09:12


 
Xəbər lenti
24.05.2019

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az