(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Bakı finalına doğru: Kiber Çempionatda 1/16 final yekunlaşdı

Bakı finalına doğru: Kiber Çempionatda 1/16 final yekunlaşdı

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində aprelin 25-də futbol üzrə kiber çempionatın 1/16 mərhələsinə yekun vurulub. 

Futbolinfo.az xəbər verir ki, iştirak üçün müraciət etmiş 750 nəfər arasında qeydiyyatdan keçmiş ilk 256 nəfər çempionatda öz bacarığını göstərmək şansı qazansa da, yarışda 136 nəfər iştirak edib. Çempionata qoşulmayan iştirakçılara texniki məğlubiyyət verilib. İştirakçılar arasından cəmi 16 oyunçu növbəti mərhələyə vəsiqə qazanıb. Oyun FIFA 19 qaydaları əsasında təşkil olunub.

Çempionatın 1/16 mərhələsində ən böyükhesablı məğlubiyyət 9:0 olub. “Çelsi” isə iştirakçılar arasında ən çox seçilən klub olaraq qeydə alınıb.

Çempionatın yeganə xanım iştirakçısı “Beşiktaş” klubu ilə çıxış edən Günel Hüseynova olub. Növbəti mərhələyə vəsiqə qazanmasa da, xanım iştirakçı hər kəs tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, bu gün futbol üzrə kiber çempionatın 1/8 mərhələsi start götürəcək.

Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 AZN pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 AZN pul mükafatı veriləcək. Üçüncü yeri tutan iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə ediləcək.

Çempionat Azərbaycan Kiber İdman Federasiyasının dəstəyi ilə keçirilir.

Kiber çempionat haqqında ətraflı məlumatı https://finalbaku2019.az/az/cybercup/ saytından əldə edə bilərsiniz.


 
tarix: 26-04-2019 15:36


 
Xəbər lenti
24.10.2019

00:09   Azərbaycan - Moldova 3:1 - VİDEO

23.10.2019

23:45  Millimizin baş məşqçisi: “Bunu bacaracağımıza inanıram”

23:39  “Azərbaycanla oyunda ən azı 1 xala layiq idik”

21:46  Yığmamız Moldovaya qalib gəldi

20:55  Vüqar Nadirov idman direktoru təyin olundu

19:34  “Dinamo” Ramil Şeydayevdən imtina edir

19:00  Noyer Kana çatdı

18:52  Roman Bezyak: “Bu, bizim oyunumuza təsir etməyəcək”

18:42  Tomas Toll: “Oyundan sonra gülən mən olacam”

18:17  Millimiz Moldovaya qalib gəldi

18:10  Millimiz Farer adalarına da uduzdu

17:52  Dibala ilk “5-lik"də

17:35  “Səfərlər uzun olsa da, nəticələr yaxşı idi” - Eddi İsrafilov

17:17  “Liverpul”da iki itki

16:54  Millimizin sabiq üzvü atası barədə: “Edam olunmalıdır!

16:38  Millimizin futbolçuları oteldə siqaret çəkiblər! – AÇIQLAMA

16:16  APOEL-in heyətində rotasiya

15:54  Təxirə salınan “el klasiko”nun vaxtı bəlli oldu

15:33  APOEL artıq Bakıdadı

15:15  Birinci Divizionda 8-cu turun hakimləri

14:56  Premyer Liqada 9-cu turun hakim təyinatları

14:30  Mbappe Messinin rekordunu qırdı

14:06  “Bavariya”da daha bir ciddi itki

13:46  PSJ-dən darmadağın - VİDEO

13:32  “Bavariya”dan çətin qələbə - VİDEO

13:21  Qara Qarayev: “Aramızda gizli bir şey qalmayıb”

13:14  Qurban Qurbanov: “Üstünlüyü bunda axtarmalıyıq”

13:01  Premyer Liqanın 9-cu turu rəqəmlərin gözü ilə

12:50  “Tottenhem”dən 5 cavabsız qol - VİDEO

12:44  Yığmamız Moldovaya qarşı

12:36  MS “Atalanta”nı qol vurmasına peşman etdi - VİDEO

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az