(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Elxan Məmmədov “Futbolinfo”nun xəbərini təsdiqlədi: “Əşyalar anbara qaytarılıb”

Elxan Məmmədov “Futbolinfo”nun xəbərini təsdiqlədi: “Əşyalar anbara qaytarılıb”

AFFA xəbərimizi təsdiqlədi. Düzdü, bunu oğurluq yox, oğurluğa cəhd kimi qiymətləndirdilər, lakin əsas odu bacadan tüstü çıxdığını gizlətmədilər.
 
AFFA-nın anbarından oğurluq edildiyini və bunu mühafizə xidmətinin əməkdaşlarının reallaşdırdığını xəbər vermişdik. Məsələyə münasibət öyrənmək üçün baş katib Elxan Məmmədova müraciət etdik. Qurumun mətbuat katibi Firuz Abdulla assosiasiya rəsmisinin fikirlərini bizə çatdırdı.
 
Baş katib belə bir halın yaşandığını bildirib: “Mühafizədə çalışan həmin şəxslər AFFA-nın əməkdaşları deyil, xidmət göstərən şirkətin nümayəndələridi. Həqiqətən belə bir cəhd olub. AFFA-nın anbarına daxil olmağa çalışıblar. Lakin mütəmadi yoxlama olduğuna görə qarşısı alınıb. Həm videomüşahidə sistemi vasitəsilə nəzarət var, həm də müvafiq komissiya mütəmadi yoxlama aparır. Götürülməyə cəhd olunan əşyalar anbara qaytarılıb. Xidmət göstərən mühafizə şirkətinə əməkdaşlarının davranışı ilə bağlı məlumat verilib. Onlar da AFFA-da və quruma bağlı obyektlərdə çalışan əməkdaşlarını xidmətdən geri çağırıb”.
 
Firuz bəyin dediyinə görə, hazırda assosiasiyada mühafizəni adını çəkmədiyi həmin şirkət təmin etmir: “Hazırda AFFA-da həmin şirkətin əməkdaşları yoxdu. Gələcəkdə necə olacağını bilmirik. Çünki müqavilə var, onun ləğvinin və ya davam etməsinin necə təmzilənəcəyi hələlik dəqiqləşməyib”.
 
AFFA olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib: “Bizim əməkdaşlarımız olmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməmişik, öz işçilərimiz olsaydı, bunu dərhal edərdik. Biz həmin şirkətə məlumat vermişik, davamını özləri tənzimləyəcək”.
 
Beləliklə, daha bir xəbərimiz təsdiqləndi. Düzdü, AFFA xəbəri qismən fərqli təqdim etməyə, olayın böyüməsinin qarşısını almağa çalışır. Əsas olan informasiyanın doğruluğu, xoşagəlməz olayın həqiqətən baş verməsidi. Qarşısının alınması isə sevindirici haldı.
 
Lakin yuxarıda təqdim etdiyimiz açıqlamalarda bir-birini “döyən” məqamlar var. “AFFA-nın anbarına daxil olmağa çalışıblar... Götürülməyə cəhd olunan əşyalar anbara qaytarılıb” açıqlaması qəribədi. Əşya anbara qaytarılıbsa, deməli, götürülübmüş. Yox, götürülməyə cəhd edilibsə,o zaman götürülməyən şeyin geri qaytarılması mümkün deyil, o zatən orada imiş, onu götürməyə cəhd ediblərmiş.
 
Məmmədovun təzadlı açıqlaması olayın “yatırılması” məqsədi daşıyır və başadüşüləndi. Ən doğrusu, bizim yazdığımızdı. Çünki həqiqətən müəyyən inventarlar anbardan çıxarılıb. Onların necə geri qaytarıldığı, ümumiyyətlə, qaytarılıb-qaytarılmadığı AFFA-ya aid məsələdi. Mühafizə xidməti dəyişdirilibsə, deməli, cinayətin üstü açılıb və əməkdaşlığı dayandırmaq üçün əsas var.
 
Baş katibin “beləbir cəhd” açıqlaması isə yadımıza “Kəpəz”i saldı. Gəncə klubunun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu postundan qovulanda maliyyə yeyintisinə yol verdiyi aydın idi. Lakin sonradan bunu pul oğurluğu yox, oğurluğa cəhd kimi qiymətləndirdilər. Eyni ssenaridi...

 
tarix: 26-04-2019 19:38


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az