(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi” üçün prinsipial duel

“Neftçi” üçün prinsipial duel

Sabah Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, "Neftçi" azarkeşləri önündə "Sumqayıt"ı sınağa çəkəcək.

Hər iki komanda meydana fərqli hədəf üçün çıxacaq. Bir tərəfdə çempionluq yarışını davam etdirən "Neftçi", digər tərəfdə isə hər an sonuncu pilləyə yuvarlanmaq təhlükəsi olan "Sumqayıt".

İki tur əvvəl liderliyi əldən verən "ağ-qaralar" nəyin bahasına olursa-olsun, mütləq qələbə qazanmalıdı. Roberto Bordinin yetirmələrinin artıq xal itirmək haqqı qalmayıb. Əks təqdirdə, komanda çempionluqdan əlini üzə bilər. Ancaq sonuncu pillədəki "Keşlə"dən cəmi 1 xal öndə olan "Sumqayıt" da "zirzəmi"yə yuvarlanmamaq üçün "döyüşəcək".

"Sumqayıt"ı "Neftçi" üçün prinsipial rəqib də saymaq olar. Çünki "flaqman"ı Azərbaycan kubokundan məhz "kimyaçılar" uzaqlaşdırıb. Eyni zamanda çempionatın II dövrəsində "gənclik şəhəri" təmsilçisi rəqibi büdrətməyi bacarmışdı - 0:0. Üstəlik, ölkə kuboku da daxil olmaqla, "Sumqayıt" son 3 səfər matçında "Neftçi"yə uduzmayıb. Ayxan Abbasovun yetirmələri sabahkı görüşdən 3 gün sonra kubokda yarımfinalın cavab oyununa çıxacaq. Bununla belə, onların çempionata qeyri-ciddi yanaşmaq kimi limiti yoxdu.

Hər iki komandanın heyətində itki var. "Neftçi" mərkəz müdafiəçisi Mamadu Mbodjsuz mübarizə aparmalı olacaq. Qonaqlarda isə yarımmüdafiəçi Xəyal Nəcəfov məşqçilər korpusunun ixtiyarında olmayacaq. Hər iki oyunçu sarı vərəqə limitini doldurub. (matc.az)

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu 19:00-da start götürəcək.


 
tarix: 26-04-2019 20:11


 
Xəbər lenti
25.05.2019

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az