(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurbanov: “Hər oyuna əsas futbolçularımızın çıxmasını istəyirəm”

Qurbanov: “Hər oyuna əsas futbolçularımızın çıxmasını istəyirəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 26-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı səfərdə 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Öncə futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Bəlkə oyun bir az sönük görünürdü. Ancaq çox əziyyət çəkdilər. Çox çalışdılar ki, düzgün oynasınlar. "Zirə"yə də uğurlar arzulayıram.

- "Zirə" 8 futbolçusunu qorumuşdu. Siz isə əsas heyətlə meydana çıxmışdınız. Hərçənd, sizi də kubokda çətin yarımfinal matçı gözləyir. İtkilərinizi göz önünə gətirirdiniz, yoxsa..?
- Hər oyuna əsas futbolçularımızın çıxmasını istəyirəm. Qəbələdə çox da rotasiya etməmişdik. Bu gün çempionat matçının bizim üçün vacib olduğunu bilirik. Eləcə də "Qəbələ"ylə kubok. Hər ikisi bizim üçün çox önəmlidi.

- Rəqibin heyətlə bağlı sürpriz edəcəyini gözləyirdiniz?
- Hardasa hə. Çünki Samir Abasov rotasiya etməyi çox xoşlayır. Rəqibin ən yaxşı oyununa hazırlaşmışdıq. Çempionatda son görüşdə bizə qarşı yaxşı oynamışdılar.

- "Neftçi" – "Sumqayıt" matçını stadiondan izləyəcəksiniz?
- Yəqin ki, çatmayacam, evdən izləyəcəm. (Sport24)


 
tarix: 27-04-2019 18:55


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az