(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Abasov: “Heç kimdən alacağımız, verəcəyimiz yoxdu”

Abasov: “Heç kimdən alacağımız, verəcəyimiz yoxdu”

“Zirə”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, doğma meydanda 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə görüş haqda danışıb:

- Onsuz da "Qarabağ"a qarşı əsas heyətlə oynayanda əziyyət çəkirsən. Bu gün 8 əsas futbolçumuz yox idi. Deməzdim ki, ikinci heyət idi, sadəcə, az oynayanlara şans vermişdik. Fikrimizi son şansımız olan kuboka - "Sumqayıt"la cavab yarımfinal matçına yönətmişik.

- Əsas qapıçınız Kamal Bayramovun zədəsi nə yerdədi?
- Oyunadək bərpa olunmalıdı. Ancaq o vaxtdan komandayla məşq etməyib. Ümnid edirik ki, oynayacaq. Həkimlərdən xoş xəbər gözləyirik.

- Bu gün "Qarabağ" futbol oynadı. Bəs "Zirə" meydanda nə etdi?
- Futbolçulara matçdan əvvəl dedik ki, itirəcəyimiz bir şey yoxdu, çıxaq futbol oynayaq. Oynayan da oldu, oynamayan da. "Panika"ya düşənlər də vardı, bunu da başa düşürəm. Ümid edirik ki, daha belə olmayacaq..

- Bu oyunu kuboka qurban verdiniz?
- Bəli. "Qəbələ"yə matçda da belə olmuşdu.

- Qorxmurdunuz ki, deyərlər "Qarabağ"a köməklik etdiniz?
- Yox. "Qarabağ"dan da xal almışıq, "Neftçi"dən də. Heç kimdən alacağımız, verəcəyimiz yoxdu. Qorxuyla yaşasaq, bütün planlarımızı alt-üst edərik.

- Bu gün ilk qolda kobud səhvə yol verən gənc qapıçınıza nə dediniz?
- Heç nə deməmişəm, bunu etmək fikrim də yoxdu. Ola bilər ki, kubokda da Abdulla Seyidəhmədova güvəndik. Çnüki Bayramovun zədə problemi var. "Qarabağ"ın adı da ola bilər ki, sözünü deyir.

- Onda bir bir gərginlik hiss olunur...
- Həmin qoldan sonra toparlanmamağı təcrübəsizliyi ilə bağlıdı. Bu matçdakı səhvini bağışlamaq olar.

- Siz oynadığınız vaxtda Abdullah Zubir çıxış etsəydi, ona qarşı necə mübarizə aparırdınız?
- Zubirə qarşı elə oynayardım ki, bir də mənə yaxınlaşmazdı. (Sport24)


 
tarix: 27-04-2019 19:11


 
Xəbər lenti
25.05.2019

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az