(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Aftandil Hacıyev: “Bu, hələ son deyil”

Aftandil Hacıyev: “Bu, hələ son deyil”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Komandanı təbrik etmək istəyirəm. Bu mövsüm vacib qələbəmizi qazandıq. Oyundan əvvəlki gərginlik hər iki komandada hiss olunurdu. Amma səbrli, təmkinli oynayıb nəticə qazandıq. Təəssüf etdiyim məqam odu ki, Aleksandr Rıbka zədələndi. Sabah tibbi müayinədən sonra vəziyyəti müəyyənləşəcək. Azarkeşlərimizə də təşəkkür edirəm. Hər oyun onların sayının artdığını görürük.

- Elxan Əhmədovun Premyer Liqada nə işi var? Üstəlik, 26 yaşında...
- Biz hər qapıçının səhvini görürük. Bu oyunda Elxandan da razı qalmışam. Baxmayaraq ki, təcrübəsi azdı. Amma bu gün qələbə qazanmağımız üçün əlindən gələni etdi.

- Artıq üçüncülüyü əldə etdiyinizi demək olar?
- Demək olmaz. Çünki bizim qarşıda "Qarabağ"la çətin səfər oyunumuz var. "Qəbələ" də öz meydanında "Neftçi"ni məğlub etsə, vəziyyətimiz pisləşəcək. Bu, hələ son deyil.

- Ruslan Qurbanovda hansı problem var? Sanki hazır deyil...
- Zədədən sonra formadan düşdü. Hər oyun dəyişiklik edə bilmirik. O, bir az da oyun təcrübəsi baxımından çətinlik çəkir.

- Yəqin ki, qapıçı transfer etməyi düşünürsüz... 
- Mövsüm bitdikdən sonra bu barədə danışığımız olacaq. Hansı büdcə ilə davam etdiyimizi, hansı mövqelərə ehtiyacımız olacaq, bunları danışacağıq. Avropa Liqasında iştirak etsək, heyətimizi gücləndirməli olacağıq.

- Belə görünür ki, Ribka mövsümü bitirib... 
- Tibbi müayinədən sonra dəqiq nəsə demək olar. Zədəsi ciddi görünürdü. (komanda.az)


 
tarix: 27-04-2019 20:06


 
Xəbər lenti
19.10.2019

11:00   “Liverpul”da 5 illik müqavilə

10:30   “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00   Bolqarıstan futbolunda daha bir istefa

09:30   Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

09:00   “Qəbələ”nin “Qarabağ”la 55-ci dueli

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

00:25   “Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı - YENİLƏNİR

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az