(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ayxan Abbasov: “Bu barədə danışsam, başqa cür başa düşərlər”

Ayxan Abbasov: “Bu barədə danışsam, başqa cür başa düşərlər”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 26-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, səfərdə 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Əlbəttə, bu səfər matçının çətin olacağını bilirdik. Çünki "Neftçi" çempionluğa oynayan komandadır. Ancaq bizim durum da bəllidir, Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Çalışdıq ki, heyətdə balans yaradaq. Futbolçularımız alışıb yanırdılar. Xüsusilə də gənclər. Fəxr edirəm ki, belə futbolçularım var.

- Belə düşünmək olardı ki, çempionatı kuboka qurban verəcəksiniz. Qələbəyə inamınız vardı?
- Əlbəttə, kuboku da fikirləşirik. Onu heyətdə də gördünüz. Bəzi futbolçularımıza istirahət vermişdim. Bu gün meydana buraxdıqlarıma inanıram. İnanmadıqlarımız bizimlə deyillər. Bəlkə də bu 2 gün oyuna ən rahat hazırlaşdığımız idi. Baxşəli Baxşəliyevin ilk oyunu idi. Futbolçularımızı təzyiq altında saxlamadıq. İlk hissədə taktiki tapşırıqlarımız yerinə yetiridk. Ancaq ikinci hissədə çətin anlar oldu, bəzi dəyişiklikləri etdik. Futbolçularıma həmişə inanmışam.

- "Neftçi"nin sizdən çəkdiyi nədi?
- (gülür) Nə mənada?

- Bu mövsüm o qədər büdrətmisiniz ki..
- Bu barədə danışsam, başqa cür başa düşərlər. Çalışmışam ki, komandamı yaxşı hazırlayım. Uda bilmədiyim komandalar da var. "Neftçi" ilə oyunlar bir az maraqlı olur. (Sportnet)


 
tarix: 27-04-2019 22:29


 
Xəbər lenti
23.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az